Month: April 2025

  • Bitkoinin qiyməti kəskin ARTDI

    Son sutka ərzində bitkoinin qiyməti kəskin şəkildə artaraq mart ayından bəri ilk dəfə 90 min dollar həddini keçib. Ticarət platformalarının məlumatına görə, 22 aprel tarixinə olan vəziyyətə əsasən, kriptovalyutanın dəyəri 2,54 faiz artaraq 90,47 min dollara çatıb.

    Median Az xəbər verir ki, bitkoinin dəyəri 25,6 unsiya qızıla bərabər olub.

    Son iki həftə ərzində ABŞ ilə Çin arasında ticarət gərginliyi səbəbilə qızılın qiyməti 10 faiz artıb. Nəticədə bitkoin və qızıl arasındakı nisbət 2024-cü ilin noyabrında, ABŞ-də keçirilən prezident seçkiləri öncəsində müşahidə olunan səviyyəyə qayıdıb.
    “Euler Analitik Texnologiyalar” şirkətinin mütəxəssisləri bildirirlər ki, bazarlardakı qeyri-müəyyənlik fonunda investorlar qoruyucu aktiv kimi yenidən kriptovalyutalara üz tuturlar. Bu tendensiya bitkoinin qızıl qarşısındakı dəyərinin bərpasına səbəb olub./teleqraf.com

  • İsrail “Hizbullah”ın Livandakı hərbi kompleksinin komandirini öldürüb

    İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının “Məcdal Zun” hərbi kompleksinin komandirini öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

    “Bu gün İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Haniyə bölgəsində yerləşən “Məcdəl Zun” kompleksinə zərbə endirib və “Hizbullah” komandirini öldürüb”, – məlumatda deyilir.

    Xatırladaq ki, İsrail ordusu bir il davam edən silahlı eskalasiyadan sonra 2024-cü ilin noyabrında Livanla əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq bu ilin fevralında Livanın cənubundan ordusunun çıxarılmasını başa çatdırıb. İsrail ordusu ancaq Livanın cənubundakı beş strateji mövqedə qalıb və bunu təhlükəsizlik nəzarəti maraqları ilə izah edib.

  • Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

    Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.

    Hadisə Gürpınar rayonunda qeydə alınıb.

    Qəza nəticəsində yeddi nəfər ölüb, 12 nəfər yaralanıb.

    Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralananlardan dördünün durumu ağırdır.

    Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

    Hadisə ilə bağlı araşdırma başlanılıb.

    ///report

  • Кая Каллас совершит визит в Азербайджан

    Верховный представитель Европейского союза по внешней политике и вопросам безопасности Кая Каллас 25 апреля прибудет в Азербайджан.

    Как передает Median.Az, данная информация приводится в сообщении Управления внешней политики и безопасности ЕС.

  • Kaya Kallas Azərbaycana səfər edəcək

    Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana gələcək.

    Bu barədə Median.Az Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik İdarəsinin məlumatına istinadla xəbər verir.

    Səfərin aprelin 25-də baş tutacağı bildirilir.

  • Qarabağ Universitetində müəllim işləmək istəyənlərə ŞAD XƏBƏR

    Qarabağ Universiteti “Hüquqşünaslıq”, “Psixologiya”, “Tarix” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə müəllim vakansiyaları elan edir.

    Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

    Tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Cinayət-Prosessual Hüquq istiqaməti üzrə müəllim) qeyd edərək shss@karabakh.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

  • Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıb: Bir gündə iki oğlumu itirdim

    Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib. Onların əksəriyyəti bədən əzalarının bir hissəsi amputasiya edilmiş mina qurbanları olub. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəlib.

    Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Zərərçəkmiş şəxs Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində yerləşən sahədə mal-qara otararkən Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını bildirərək deyib: “Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”.

    Digər zərərçəkmiş Elnur Əsgərov isə 2023-cü il aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndində mal-qara otaran zaman Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını deyib.

    Zərərçəkmiş Akif Hüseynov ifadəsində bildirib ki, yaşadıqları Ağdam rayonunun Yusifcanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Əfətli kəndində məskunlaşıb. O, oğlanları Anar, Razi və Bayram, nəvəsi Hüseynin işğaldan azad edilmiş ərazilərdə olan əkin sahəsinə baxmağa gedərkən minaya düşdüklərini bildirib. Hadisə barədə xəbər tutan A.Hüseynov özü də əraziyə gedib. Yaralı vəziyyətdə olan şəxslər ərazidən çıxmaq istəyərkən daha bir mina partlayıb.

    Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq A.Hüseynov deyib ki, mina partlayışları nəticəsində oğlanları Razi və Bayram həlak olub, özü, digər oğlu Anar ağır xəsarətlər alıb, nəvəsi Hüseyn yüngül yaralanıb və güclü psixoloji travma alıb. “Bir gündə iki oğlumu itirdim”, – deyə o qeyd edib.

    Hadisə zamanı onlarla birlikdə olan qonşusu Bəhruz Abdulov da yaralanıb.

    Zərərçəkmiş şəxs qismində ifadə verən A.Hüseynovun oğlu Anar Hüseynov və qonşusu Bəhruz Abdulov da ifadə verərək hadisənin necə baş verdiyini danışıblar.

    Zərərçəkmiş şəxslər Nicat Cabbarov və qohumu Rafael Bayramov isə ifadələrində Tərtər rayonunun işğaldan azad olunmuş hissəsində eyni vaxtda minaya düşdüklərini, ayaqlarının bir hissəsinin amputasiya edildiyini bildiriblər.

    Alışan Səfərov və Faiq Səfərov isə yol istismarı idarəsinin işçiləri olublar. Onlar Tərtərdə yola basdırılmış minaya düşərək yaralandıqlarını deyiblər.

    Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Hikmət Abdullayev isə hərbi xidmətini yerinə yetirərkən yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq deyib ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə mütəmadi olaraq müxtəlif tipli iriçaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Ordusu isə təxribatların qarşısını alaraq düşmənin planlarını darmadağın edib.

    ANAMA-nın əməkdaşları Yadigar Şükürov, Qəhrəman Rzayev, Nəcməddin Hüseynov, Mahir Mustafayev, Samir Gözəlov, Əli Şükürov, Fərid Cəbrayıllı, Telman Zeynalov, Bəhruz Nəsirov, Ələsgər Quliyev minatəmizləmə işləri zamanı minaya düşdüklərini, müxtəlif bədən xəsarətləri aldıqlarını deyiblər. Ə.Quliyev dövlət ittihamçısının suallarını cavablandırarkən minatəmizləmə zamanı PMN minalarına və tank əleyhinə minalara, habelə “sürpriz mina”lara çox rast gəldiyini deyib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib: “Bu minaların ən qorxulusu tank əleyhinə və qəlpəli minalardır. OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəli minalardandır”.

    Zərərçəkmiş İlham Salmanov da Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və ayağının amputasiya olunduğunu qeyd edib.

    İlknur Əliyev hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman üzərinə atılan əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib.

    Natiq Mamedov, Elnur Abbaszadə, Vüsal Quliyev, Ramin Babayev və digərləri mina partlaması nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.

    Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.

    Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

  • Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib

    Futbol üzrə Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi tarix dəyişdirilib.

    Median.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Bakıda mayın 21-də başlayacaq minifutbol üzrə dünya çempionatıdır. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.

    Bununla əlaqədar olaraq, Minifutbol Federasiyası PFL-ə Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Buna müsbət rəy verən qurum həlledici matçın iyunun 1-də deyil, mayın 31-də təşkil olunması barədə qərar qəbul edib.

    Qarşılaşma saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

  • Aİ missiyası Azərbaycan sərhədlərində göründü

    Aprelin 22-də Ermənistandakı Avropa İttifaqı missiyasının nümayəndələri bu ölkənin silahlı qüvvələrinin Gorus rayonunun Xanəzah kəndi istiqamətində yerləşən döyüş mövqeyinə gələrək foto və video çəkilişi aparıblar.

    Median.Az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

    Məlumata görə, Aİ missiyasının nümayəndələrinin hərəkətləri bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən vizual olaraq və texniki vasitələrlə izlənilib.

  • Papa Fransiskin üzüyü sındırılacaq – SƏBƏB

    Aprelin 21-də vəfat etmiş Roma Papası Fransiskin qaşlı üzüyü çəkiclə sındırılacaq.

    Median.Az “Metro”ya istinadən xəbər verir ki, üzük xüsusi mərasim zamanı məhv ediləcək.

    Bu ona görə edilir ki, üzük ənənəvi olaraq məktubları mumla möhürləmək və pontifikin sənədlərində rəsmi möhür qoymaq üçün istifadə olunurdu.

    Beləliklə, onun məhv edilməsi saxtakarlıq etməyin imkansız olmasına zəmanət verir.

    Üzük sındırıldıqdan sonra Fransiskin tabutuna qoyulacaq.