Month: April 2025

  • COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

    COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

    Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyun ayına qədər uzadılıb.

  • Tərtərdə evdən meyitləri tapılan ailənin GÖRÜNTÜLƏRİ (FOTO)

    Ötən gün Tərtərdə dəm qazının qurbanı olanın ailənin fotoları yayılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

    Xatırladaq ki, əslən Kəlbəcər rayonundan olan bir ailənin dörd üzvü: 30 yaşlı Tağızadə Ülfət Mais oğlu, həyat yoldaşı 27 yaşlı Tağızadə Əfsanə Fəqan qızı və övladları 7 yaşlı Ümid və 5 yaşlı Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

  • Bu şagirdlərə attestat verilməyəcək

    Azərbaycanda 2025-ci il buraxılış imtahanları başa çatıb və nəticələr artıq açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə – 300 bal toplayaraq imtahanın ən yüksək göstəricisini əldə edib. Eyni zamanda, 10 nəfər imtahan zamanı qaydaları pozduğuna görə prosesdən xaric edilib.

    Bir çox şagird uğurla nəticə göstərsə də, aşağı bal toplayanlar, imtahandan kəsilənlər və iştirak etməyənlər də olub.

    Son günlərdə yayılan məlumatlara görə, imtahanda iştirak etməyən, yaxud buraxılışdan kəsilən şagirdlərin attestat ala bilməyəcəyi bildirilir.

    Median.Az
    xəbər verir ki, modern.az mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ilə əlaqə saxlayıb.

    Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”na əsasən ümumi və tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar:

    “Belə şagirdlərə ümumi təhsil müəssisələrində təhsil almalarına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir”.

    Məlumatda qeyd edilib ki, buraxılış imtahanlarında iştirak edən şagirdlərə isə topladığı baldan asılı olmayaraq ümumi orta və ya tam orta təhsil haqqında attestat (illik qiymətlər və imtahan balının ədədi ortası hesablanmaqla yekun qiymətlər DİM tərəfindən çıxarılır) verilir.

  • Elşad Xose uzun müddətdən sonra həyat yoldaşı ilə – VİDEO

    Məşhur reper Elşad Xose uzun müddətdən sonra həyat yoldaşı ilə görüntülənib.

    Sənətçi tədbirlərdən birində “İncə səhər” verilişinin obyektivinə tuş gəlib.

    Reper əvvəl baş tutacaq konsertindən danışıb. Daha sonra isə şəxsi həyatı ilə bağlı verilən sualları cavablayıb.

    Xose yeni ev aldığını qeyd edib. Reper sosial şəbəkələrdə elə də çox görünmədiyini vurğulayıb.

    Xatırladaq ki, Xose 2021-ci ilin dekabrın 21-də nikah məclisi təşkil edərək xanımı ilə həyat yollarını birləşdirib.

    Bu, Elşad Xosenin ikinci evliliyidir. O, 2012-ci ildə rəqqasə Oksana Rəsulova ilə ailə həyatı qurub. Cütlük 6 ay sonra boşanıb.

    Ətraflı videoda:

  • В Баку мужчина подозревается в убийстве зятя шилом

    В Бинагадинском районе Баку произошло убийство.

    Как сообщает Report, житель столицы Адиль Магеррамов был убит шилом.

    По подозрению в совершении преступления задержан тесть потерпевшего, ранее судимый Наджаф Гафаров.

    По данному факту возбуждено уголовное дело, назначены соответствующие экспертизы.

  • Bakıda kişi bizlə qətlə yetirilib – Qayınatası şübhəli bilinir

    Bakıda qətl hadisəsi törədilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Məlumata görə, Bakı sakini Ədil Məhərrəmov bizlə öldürülüb.

    Hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin qayınatası, əvvəllər məhkum olunmuş Nəcəf Qafarov tutulub.

    Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

  • Драка между школьниками в Гяндже, есть пострадавший (ОБНОВЛЕНО)

    В результате драки между школьниками в Гяндже один человек был госпитализирован.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “22 марта в 14:10 подросток 2008 года рождения был госпитализирован в отделение скорой помощи больницы имени Аббаса Саххата при Гянджинской городской объединенной больнице.

    Пациенту, у которого диагностирована гематома левого глаза и черепно-мозговая травма, оказана необходимая медицинская помощь.

    Его состояние оценивается как средней степени тяжести, лечение продолжается в соответствующем отделении”, – отмечается в информации.

    * * * * *

    В Гяндже между школьниками произошла драка.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, учащиеся средней школы № 2 имени Ахмеда Джавада – Фарид Гулиев (2009 г.р.) Амин Гумбатов (2010 г.р.) и Рауль Гусейнов (2010 г.р.) получили травмы различной степени тяжести.

    Они были госпитализированы в одну из больниц города.

    По данному факту ведется расследование.

  • Gəncədə məktəblilər arasında DAVA – Xəsarət alan var (YENİLƏNİB)

    Gəncədə məktəblilər arasında baş verən dava nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Martın 22-də saat 14:10-da 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

    Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

    Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”, – məlumatda qeyd olunub.

    * * * * *

    Gəncədə məktəblilər arasında dava olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri – 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • Samuxda Kəlbəcər sakininə məxsus çox sayda qoyun oğurlanıb

    Samux rayonunda Kəlbəcər sakininə məxsus xeyli sayda qoyun oğurlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Samux rayonunun Qarayeri qəsəbəsində baş verib.

    Gecə saatlarında şəxs və ya şəxslər fermaya daxil olaraq 154 baş xırdabuynuzlu heyvanı aparıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakının Ziya Bünyadov prospektində qəza: Avtomobilləri evakuatorlar kənarlaşdırır

    Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

    Sıxlığın qısa müddət ərzində aradan qaldırılması üçün qəzada iştirak edən avtomobillərin yoldan evakuatorla kənarlaşdırılması işləri aparılır.