Month: April 2025

  • Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib

    Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində bu günə qədər ümumilikdə 743,345 kv.m (74,3 ha) ərazi minalardan təmizlənib.

    Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

    Qeyd edilib ki, təmizlənmiş ərazilərdən 1 076 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 933-ü piyada əleyhinə mina, 95-i tank əleyhinə mina, 48-i isə partlamamış hərbi sursatlardır.

    Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

    Həmin kəndlər mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.

    Qeyd edək ki, ANAMA işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Qazax rayonunun dörd kəndində də dövlət prioritetləri əsasında minatəmizləmə əməliyyatlarını icra etməkdədir. Əməliyyatlar əl ilə minaaxtarma və mexaniki minatəmizləyən maşın və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.

  • Ermənistan parlamentində dava düşüb

    Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə müxalif “Ermənistan” blokunun nümayəndələri arasında dava düşüb.

    Dava deputatlar Geqam Manukyan və Vae Qaluumyan arasında baş verib.

    Mübahisə “Ermənistan” fraksiyasının qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulduğu qanun layihəsinin təqdim edilməsinə dair bəyanatından sonra başlayıb.

    Parlament sədri Alen Simonyan birbaşa yayımın dayandırılmasını tələb edib, bundan sonra zala hüquq-mühafizə əməkdaşları daxil olub.

  • Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabunçu rayonunun və Sumqayıt şəhərlərinin bəzi ərazilərinin qaz verilişi müvəqqəti dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Sumqayıt şəhərində görüləcək təmir işləri ilə əlaqədar 23.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski, Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin, Sumqayıt şəhəri üzrə isə 76-cı məhəllənin, Ceyranbatan qəsəbəsinin bir hissəsinin, MTN və Metallurq bağları ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb

    Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlər imzalanıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, imzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən Günəş Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi (mübadilə ediləcək)”, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu” yer alıb.

  • Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxundu

    Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq təqsirləndirilən şəxs 16 il 1 ay azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Svetliçnıy İvan Nikolayeviç Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

    Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.

    O, DTX tərəfindən şübhəli şəxs qismində saxlanılaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
    //oxu.az

  • Gürcüstanda universitetlərdə ana dili dərsləri məcburi olacaq

    Gürcüstanda ali təhsil müəssisələrində ana dilinin tədrisi məcburi olacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclər Komitəsinin sədri Givi Mikanadze bildirib.

    Onun sözlərinə görə, qanunvericilik təşəbbüsü artıq komitə tərəfindən dəstəklənib və iyun ayının ortalarında qanun qüvvəyə minəcək. Gürcüstan Təhsil Nazirliyi bu müddət ərzində yeni qaydalara uyğun tədris proqramı hazırlayacaq.

    Təklif Tbilisi Dövlət Universitetinin professorları Nana Maçavariani və Georgi Qoqolaşvilinin təşəbbüsüdür.

    Qeyd edək ki, 2005-ci ildən etibarən universitetlərdə gürcü dili fənni ləğv edilmişdi. Yeni dəyişikliklərdən sonra bu fənnin yalnız filologiya fakültəsində deyil, bütün fakültələrdə məcburi tədrisi nəzərdə tutulur.

  • İsveçrə Rusiyanın 10-a yaxın KİV-nə qarşı sanksiyalar tətbiq edib

    İsveçrə hökuməti Rusiyanın səkkiz KİV-ni sanksiya siyahısına əlavə edib.

    Bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) saytında yerləşdirilən sənəddə qeyd olunub.

    Digərləri ilə yanaşı, sanksiya siyahısına “Lenta.ru” internet-nəşri, “Zvezda” televiziya kanalı və “Krasnaya zvezda” qəzeti, “Eurasia Daily” informasiya saytı, “News Front” agentliyi, “SouthFront” saytı, “RuBaltic.ru” portalı və Strateji Mədəniyyət Fondu daxil edilib. Qeyd olunur ki, məhdudiyyətlər aprelin 23-dən qüvvəyə minəcək.

    //report

  • Bakıda içki məclisi qanla bitdi: Bir nəfər öldürüldü – VİDEO (YENİLƏNİB)

    Paytaxtın Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.

    Məlumata görə, şərti adı Ədil Məhərrəmov olan şəxslə əvvəllər məhkum olunmuş 57 yaşlı şərti adı Nəcəf Qafarov adlı şəxs arasında mübahisə yaranıb.

    Bu zaman Nəcəf Qafarov Ədil Məhərrəmova bizlə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.

    “Eşitdiyimə görə, hadisə baş verməzdən öncə qayınatası, yoldaşı oturub yeyib-içiblər. İçkili olublar, sözləri çəp gəlib. Bu da davaya səbəb olub”, – qonşulardan biri söyləyib.

    Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

    * * * * *

    Bakıda qətl hadisəsi törədilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    Məlumata görə, Bakı sakini Ədil Məhərrəmov bizlə öldürülüb.

    Hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin qayınatası, əvvəllər məhkum olunmuş Nəcəf Qafarov tutulub.

    Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

  • “Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası” təsdiqləndi

    Nazirlər Kabineti “Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası”nı təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Təşkilatın “Doc 9184, ikinci hissə, ərazidən istifadə və ətraf mühitin idarə edilməsi” sənədlərinin tələblərinə uyğun hazırlanıb.

    Qayda ilə bu linkdən tanış olmaq mümkündür.

  • В Азербайджане продлен срок выплаты надбавки медработникам, борющимся с COVID-19

    Кабинет министров Азербайджана внес изменения в постановление “Об определении срочной надбавки к заработной плате медицинских работников, участвующих в мероприятиях по борьбе с коронавирусной инфекцией нового типа (COVID-19)”.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно решению, срок выплаты срочной надбавки к зарплате медицинских работников, участвующих в мероприятиях по борьбе с коронавирусной инфекцией нового типа (COVID-19), продлен до 1 июля 2025 года.