Month: April 2025

  • Джейхун Гусейнов застрелился из табельного оружия: объявлен результат медэкспертизы – ФОТО

    Командир части и начальник медицинской службы солдата Джейхуна Гусейнова, тело которого было найдено через два дня после его исчезновения с места службы в Нахчыване, приговорены к лишению свободы на срок 4 и 3 года соответственно. Они были признаны виновными в превышении должностных полномочий, связанных со смертью военнослужащего.

    Как передает Qafqazinfo, сразу после инцидента Генеральная прокуратура сообщила о возбуждении уголовного дела по статье 120.2.12 (умышленное убийство при отягчающих обстоятельствах) Уголовного кодекса Азербайджана в Нахчыванской военной прокуратуре. Однако не было известно, как и при каких обстоятельствах произошел инцидент.

    По данным медицинской экспертизы, Джейхун покончил жизнь самоубийством из служебного оружия. Окончательное заключение было представлено в суд. В медицинском документе указано, что солдат выстрелил себе в голову из автомата около 05:30 и скончался от полученных травм.

    Командир покойного солдата полковник Самир Газиев и начальник медслужбы Айдын Гулиев не признали себя виновными в суде. Командир также усомнился в самоубийстве солдата, заявив, что он мог быть застрелен противником.

    В предъявленном им обвинении говорится, что в дни, предшествовавшие инциденту, психологическое состояние солдата было ненормальным. Это подтверждают и предыдущие медицинские заключения. Однако командир все же отправил его на пост к вражеским позициям, а начальник медицинской службы не сделал никакого доклада о психическом состоянии Джейхуна. Этими действиями они превысили свои должностные полномочия.

    Приговором суда обвинение было признано обоснованным. С.Газиев был приговорен к четырем, а А.Гулиев – к трем годам лишения свободы.

    Стоит отметить, что Джейхун Гусейнов (1999 г.р.) был одним из самых образованных молодых людей страны. Так, в 2016 году он с золотой медалью окончил лицей имени академика Зарифы Алиевой. В том же году с 627 баллами поступил на факультет международных отношений Университета АДА, а затем прошел программу обмена в Японии и окончил ее с отличием. Получив степень магистра в Тель-Авиве, Джейхун вернулся на родину и отправился на военную службу.

  • Ceyhun Hüseynov özünü xidməti silahı ilə öldürübmüş – Ekspertlərin rəyi AÇIQLANDI – FOTO

    Naxçıvanda xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibb xidmət rəisi 4 ilə kimi azadlıqdan məhrum ediliblər. Onlar əsgərin ölümü ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

    Hadisədən dərhal sonra Baş Prokurorluq Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) maddəsi ilə cinayət işinin başlanıldığı ilə bağlı məlumat yaymışdı. Hadisənin necə və hansı şəraitdə törədildiyi isə məlum deyildi.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tibbi ekspertlərin rəyində Ceyhunun özünü xidməti silahı ilə öldürdüyü yazılıb. Bununla bağlı yekun rəy də məhkəməyə təqdim edilib. Tibbi sənəddə qeyd olunur ki, əsgər səhər saat 05:30 radələrində baş nahiyəsinə avtomat silahla atəş açıb, aldığı xəsarətlərdən həyatını itirib.

    Mərhum əsgərin mühakimə edilən komandiri, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyev məhkəmədə özlərini təqsirli bilməyiblər. Komandir əsgərin özünü öldürməsinə də şübhə ilə yanaşıb, onun düşmən tərəfindən vurula biləcəyini deyib.

    Onlara verilmiş ittihamda yazılır ki, hadisə baş verməzdən əvvəlki günlərdə əsgərin psixoloji vəziyyəti normal olmayıb. Əvvəlki həkim rəyləri də bunu təsdiq edib. Lakin komandir yenə də onu düşmən mövqeyinə posta göndərib, tibb xidməti rəisi də Ceyhunun psixi vəziyyəti ilə bağlı hər hansı məruzə etməyib. Bu hərəkətləri ilə onlar vəzifə səlahiyyətlərini aşıblar.

    Məhkəmənin hökmü ilə ittiham əsaslı hesab edilib. Samir Həziyev dörd, Aydın Quliyev isə üç il müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, 1999-cu il təvəllüdlü Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun, daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.

  • Qadının fotolarını “TikTok”da yayacağı ilə hədələyən şəxsə cəza verildi

    Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qüdrət Dadaşovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    İttiham aktına əsasən, Qüdrət Dadaşov 10 sentyabr 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq yaşadığı evdən və işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən quşçuluq fabrikinin həyətindən “WhatsApp” vasitəsilə qeyri-rəsmi münasibətdə olmaqla bir neçə dəfə cinsi əlaqədə olduğu zərərçəkmiş Səbinə Əkbərova (ad, soyadı şərtidir) ilə danışıb, mesajlaşıb. Sonra o, Səbinəyə telefonunda onun lüt şəkillərinin olduğunu bildirib, həmin fotoları “TikTok” sosial səbəkəsində yayımlayacağını, ailəsində və qohumlarının yanında rüsvay olacağını, eləcə də onunla olan qeyri-rəsmi münasibətlərindən hər kəsin məlumatının olacağını deyərək hədələyib. Qüdrət hətta zərərçəkmiş şəxs ilə “WhatsApp” vasitəsilə danışan zaman çəkdiyi şəkilləri ona göndərib, həqiqətən, lüt şəkillərini də çəkdiyinə inandıraraq həmin məlumatları və şəkilləri “TikTok”da yaymaması, həmçinin bu barədə yaxın qohumlarına məlumat verməməsi müqabilində qadından 150 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib.

    Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

  • Qətlə görə tutulan şəxslərin cəzası azaldıldı: “Günə min manat xərcləyən sifarişlə adam öldürər?”

    2017-ci ildə iş adamı Valeh Nəcəfovu sifarişlə qətlə yetirməkdə təqsirləndirilərək həbs edilən dəstə üzvlərinin cəzası azaldılıb. Onlar adam öldürmə ittihamından bəraət alıblar.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, hadisə 2017-ci il martın 30-da Xırdalan şəhərində baş verib.

    1970-ci il təvəllüdlü Valeh Nəcəfov qətlə yetirilib. 1985-ci il təvəllüdlü Xəyal Paşayev isə yaralanıb.

    İstintaqla müəyyən edilib ki, Samir Kazımov 2017-ci ilin mart ayında İran İslam Respublikasının vətəndaşları Bəşir Qəhrəmani, Həsən Rəhbəri Qaradağlı, Azərbaycan Respublikasının vətəndaşları Miskin Qasımov, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar, Məhəmməd Əhmədov və digərləri ilə mütəşəkkil dəstənin tərkibində aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirib.

    Belə ki, Bəşir Qəhrəmani və Həsən Rəhbəri Qaradağlının 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Valeh Nəcəfovla şərikli kommersiya fəaliyyətindən onlara sonuncunun 30 min dollar borcunun yaranmasını iddia ediblər. Onu oğurlayıb, şəxsiyyəti üzərində zor tətbiq edilməklə, borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişi Rəşad Qurbanova və İlham Həsənova veriblər.

    Valeh Nəcəfovu zorla avtomobilə mindirib Bakı şəhərinin Əhmədli qəsəbəsində yerləşən kafeyə gətiriblər. Orada Xəyal Paşayev üzünə yumruqla zərbə vuraraq Bəşir Qəhrəmaniyə verməli olduğu pul vəsaitini Valeh Nəcəfovdan hədə-qorxu ilə tələb edib. Sonuncu pulu olmadığını bildirdikdə Paşayev dəstə üzvləri ilə birlikdə zor tətbiq etməklə onu yenidən maşına mindirib Məhəmməd Əhmədova məxsus, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə aparıblar. Paltarlarını soyundurub, zərərçəkmişi döyüblər.

    Valeh Nəcəfov pul əvəzinə arvadına məxsus qızıl əşyaları verib. Valeh Nəcəfovdan əlavə pul vəsaiti verməsi tələb edilib. Nəcəfov üzərində gəzdirdiyi “Beretta” markalı tapançadan atəş açıb. Xəyal Paşayev onunla əlbəyaxa olarkən Samir Kazımov, Kənan Həsənov və Bilal Bayramovla birlikdə müdaxilə edərək, Valeh Nəcəfovun qollarından tutub, müqavimətini məhdudlaşdırıblar.

    Bundan istifadə edən Xəyal Paşayev silahı Valeh Nəcəfovun əlindən alıb, baş nahiyəsinə bir dəfə atəş açıb. Nəticədə Valeh Nəcəfov ölüb.

    Qətl hadisəsinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması 2018-ci ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb.

    Hökmə əsasən, Xəyal Paşayev 19, Kənan Həsənov və Bilal Bayramov 18, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum olunublar.

    Onlar adam oğurluğu, qəsdən adam öldürmə, hədə-qorxu ilə pul tələb etmə, xuliqanlıq kimi maddələrlə təqsirli biliniblər.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin cəzası Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilib.

    Onlara mütəşəkkil dəstə şəklində qəsdən adam öldürmə maddəsi ilə verilən cəzaya görə bəraət hökmü çıxarılıb. Təqsirləndirilən şəxslər mütəşəkkil dəstə şəklində adam oğurluğu, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə təqsirli bilinərək hər biri maksimum həddə – 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Xəyal Paşayev deyib ki, heç kimlə pula görə mübahisə etməyib və bu söhbətlərdə iştirak etməyib.

    Dediyinə görə, hadisələrin təsadüfi axarı onu bura gətirib çıxarıb:

    “Bizə ittiham verilib ki, guya pula görə adam öldürmüşük. Söhbət hansı puldan, hansı məbləğdən gedir? Mərhum Valehin Bəşirə 15 min dollar borcu olub. Xahişlə pulu 10 min manata saldılar. Hətta Valehdən xahiş etdim ki, pulu aylıq hissə-hissə versin. Amma ona da razılaşmadı. Bu işdə gülməli olan bir məsələ var. Valeh 10 min manat pul verməli idi. Həmin pulun heç olmasa 5 min manatı pulun sahibinə verilməli idi. Yerdə də qalırdı 5 min manat. Bu işə görə 10 nəfər tutulub. Adama 500 manat pul çatır. Kim bu pula görə adam öldürərdi?

    Mənə 500 manat lazım olsaydı, gedib mağazalardan birindən bahalı viski oğurlayıb 500 manata satardım. Özüm idmançıyam, respublika çempionu olmuşam, Xırdalanda süd satan maşınlar mənimdir, ağartı məhsullarının satışı ilə məşğul idim. Mənim 500 manata ehtiyacım yox idi axı. Elə gün olurdu ki, dostlarla Nabrana gedib bir günə min manat pul xərcləyirdim”.

    Suallara cavab verən Xəyal Paşayev bu söhbətlərə necə qarışmasını, necə iştirakçı olmasını da izah edib:

    “Sadəcə çayxanaya gedəndə borc söhbəti olduğunu bildim. Samir mənim dostumdur. O da idmançıdır. Məni çaya dəvət edəndə getdik. Oradan da birlikdə Xırdalana gedəcəkdik. Samir dedi ki, yolüstü bir nəfərlə görüşəcəyik. Çayxanada Samirlə Valeh arasında söhbət oldu. Mən də içkili olub, səhv edib burnumu soxmuşam. Samir həm də mənim sinif yoldaşımdır. Onun zərbəsinin çəkisi 300 kiloqramdır. Vurduğu adam durmur. Oraya məni qüvvə kimi aparmamışdı axı. Danışanda, Samirlə mübahisə edəndə, mən də müdaxilə etdim”.

    Xəyal Paşayev ifadəsinin davamında mərhum Valehin öldüyü gün baş verənlərdən danışıb:

    “Valeh özü mənə arxadan üç güllə vurub. Kamera görüntüsü də var. Amma görüntülərin bir hissəsi yoxdur. Kamera görüntüsündə var ki, mən blokun qabağından qaçıram. Orada bir nəfər də dayanıb siqaret çəkir. Saat 9-da vurulub bloka girirəm. Amma kamera sonradan 9:25-i göstərir. Bu 25 dəqiqə hara getdi? Mən dedim ki, 23 dəqiqəsini halal edirəm, cəmi 2 dəqiqəsini göstərin. Həmin görüntüdə var ki, Valeh arxamca gələrək məni güllələyib.

    Mənə arxadan 3 güllə dəyib. Kişiyik, aramızda söz-söhbət olub. Kişi kişi ilə dava edər, deputatlar da dalaşır, dövlət dövlətlə dalaşır. Burada nə var ki? Bu hadisədən bir gün əvvəl aramızda söhbət oldu, mübahisə etdik. Səhər də zəng edib çağırdı, dedi ki, sən məni vurdun. Sonra da bizi güllələdi. Mən ona bir şillə vurmuşdum. O da mənim şilləmi qaytarmışdı. Səhər də gəlib dedi ki, dünən sən idin məni vuran? O da mənə güllə atdı”.

    Xəyal Paşayevin dediyinə görə, mərhum Valeh özü-özünü vurub:

    “Mənə 3 güllə vurdu. Dedi, bəlkə ölmüşəm. Ona görə də özünü vurub öldürüb”.

    Qeyd edək ki, bu iş üzrə barələrində axtarış elan olunan Bəşir Qəhrəmani, İlham Həsənov, Miskin Qasımov və Rəşid Qurbanov 2019-cu ildə tutulublar. Onlar barəsində də ayrıca cinayət işi açılıb. Onlara da 18 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib.

    Sonuncu olaraq Samir Kazımov tutulub. 2022-ci ildə saxlanılan S.Kazımov məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

  • Vətəndaşların bank kartlarından ötən gün 31 min manat oğurlanıb

    Vətəndaşların bank kartlarından ötən gün ümumilikdə 31 min 340 manat oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

    “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 21-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 7 845, 7 700, 5 000, 2 997, 2 000, 1 200, 1 000, 999, 900, 597, 245, 230, 220, 116, 100, 97, 72, 22 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.

    DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.

  • Papa Fransiskin ölümü ilə əlaqədar Azərbaycanda xatirə kitabı açılıb

    Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Azərbaycanda xatirə kitabı açılıb.

    Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının İdarəsindən oxu.az-a bildirilib ki, xatirə kitabı Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində açılıb.

    “Başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-na qədər (26-sı da daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.

    24 aprel saat 19:00-da Müqəddəs Məryəm kilsəsində mərhum Papa Fransiskin ruhuna xüsusi ayin (messa) keçiriləcək. Ayinə Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete başçılıq edəcək”, – məlumatda qeyd olunub.

  • ГПС Азербайджана пресекла контрабанду наркотиков дроном с территории Ирана

    Азербайджанские пограничники пресекли попытку контрабанды наркотиков с территории Ирана с использованием беспилотного летательного аппарата.

    Как сообщает Median.Az со ссылкой на Государственную пограничную службу, инцидент произошел 21 апреля на территории ответственности Лянкяранского пограничного отряда.

    В результате оперативных мероприятий в приграничной зоне было обнаружено 6/6 кг марихуаны, сброшенной дроном.

    По данному факту продолжаются оперативно-следственные действия.

  • İrandan Azərbaycana PUA ilə külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

    İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

    Bildirilib ki, aprel ayının 21-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Trampın reytinqi rekord həddə düşüb

    ABŞ Prezidenti Donald Trampın fəaliyyəti ilə bağlı reytinqi Ağ Evə qayıtdığı vaxtdan bəri ən aşağı səviyyəyə çatıb.

    “Ipsos” xidmətinin “Reuters” üçün keçirdiyi sorğuların nəticələrinə əsasən, bu gün amerikalıların yalnız 42%-i respublikaçının hazırkı siyasətini dəstəkləyir, 53%-i isə onun fəaliyyətindən narazılıq ifadə edir.

    Analitiklərin fikrincə, reytinqin azalması həddindən artıq liberal elan edilmiş universitetlərə münasibətdə Tramp administrasiyasının son qərarları ilə də bağlı ola bilər. Xüsusilə, aprel ayında ABŞ-nin Təhsil Nazirliyi Harvard Universitetinə 2.2 milyard dollar məbləğində qrantları və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələri dondurub.

    Bundan əlavə, sorğuda iştirak edənlərin əksəriyyəti – 59% – hesab edir ki, ABŞ dünya arenasında təsirini itirir. Həmçinin, sorğu iştirakçılarının dörddəüçü Donald Trampın 2028-ci ildə üçüncü prezidentlik müddətinə namizədliyinin irəli sürülməsinə qarşıdır. 16-21 aprel tarixlərində keçirilən sorğuda 4.3 mindən çox amerikalı iştirak edib.

  • Rusiya ölkədə olan miqrantların leqallaşdırma müddətini sentyabra qədər UZATDI

    Rusiya ölkə ərazisində nizamsız hüquqi statusla yaşayan xarici vətəndaşlara qalma müddətlərini leqallaşdırmaq üçün əlavə vaxt verəcək. Əvvəllər 30 aprel 2025-ci il tarixinə qədər müəyyən edilmiş müddət indi 10 sentyabr 2025-ci il tarixinədək uzadılıb.

    Bu barədə Median.Az Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

    Qərar Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayevin Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin rəisi İqor Maslovla görüşü zamanı Rusiya tərəfindən elan olunub.

    Müddətin uzadılması Rusiya prezidentinin 30 dekabr tarixli fərmanının qüvvədə olma müddətinə aiddir. Həmin fərmana əsasən, xarici vətəndaşlar ya 30 aprelədək ölkədə qalma müddətlərini qanuniləşdirməli, ya da ölkəni tərk etməli idilər. Bu qayda nəzarət olunan şəxslərin reyestrinə daxil edilməli olan xarici vətəndaşlara şamil edilir.

    Qeyd edək ki, 5 fevral tarixindən etibarən Rusiyada qüvvəyə minmiş bu reyestr ölkədə qeyri-qanuni yaşayan xarici vətəndaşların qeydiyyatı üçün nəzərdə tutulub. Reyestrin tətbiqi ilə paralel olaraq, qeyri-qanuni miqrantlar və hüquq pozuntularına yol vermiş şəxslər üçün yeni deportasiya rejimi də qüvvəyə minib.

    Yeni qaydalara əsasən, Rusiyada qanunsuz yaşayan şəxslərin bir sıra hüquq və azadlıqları məhdudlaşdırılır. Məsələn, onların nikaha girməsinə, nəqliyyat vasitələrini qeydiyyatdan keçirməsinə və onları idarə etməsinə qadağa qoyulur. Qalma rejiminin təkrar pozulması halında isə belə şəxslər deportasiya oluna bilərlər.