Month: April 2025

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

    9. Fətəli xan Xoyski prospekti, metronun “Gənclik” stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    13. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    15. Bülbül prospekti, metronun “Sahil” stansiyasının qarşısında;

    16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    17. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    18. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.

  • Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

    Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

    Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

    Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

  • Орхан Фикретоглу назначен советником министра

    Заслуженный деятель искусств Орхан Фикретоглу (Садыгов) назначен советником министра культуры.

    Как сообщает Median.Az со ссылкой на Report, соответствующий приказ подписал министр культуры Адиль Керимли.

    Согласно информации, новый советник главы ведомства будет координировать несколько важных направлений деятельности Министерства культуры.

    Отметим, что писатель и публицист Орхан Фикретоглу долгое время работал в различных медиаорганах и ряде структур страны. До этого назначения он временно исполнял обязанности генерального директора Агентства кино при Минкультуры.

  • Orxan Fikrətoğlu nazir müşaviri TƏYİN OLUNDU

    Mədəniyyət nazirinə yeni müşavir təyin olunub.

    Ьədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

    O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

    Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib.

    Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edib.

  • Скончалась азербайджанский арбитр ФИДЕ

    Ушла из жизни заслуженный тренер Азербайджана, чемпионка Азербайджана по шахматам среди женщин, арбитр Международной шахматной федерации (ФИДЕ) Тарана Саидова.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Федерации шахмат Азербайджана.

    Отметим, что Т.Саидова скончалась в возрасте 55 лет.

  • Azərbaycanlı FIDE hakimi vəfat edib

    Şahmat üzrə Azərbaycanın əməkdar məşqçisi, qadınlar arasında Azərbaycan çempionu və Beynəlxalq Şahmat Federasiyasının (International Chess Federation – FIDE) hakimi Təranə Səidova vəfat edib.

    Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, Təranə Səidova 55 yaşında dünyasını dəyişib.

  • Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə

    Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

    Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

  • Дуров: Telegram за свою историю не раскрыл ни байта личных переписок

    Сооснователь Telegram Павел Дуров заявил, что мессенджер за 12 лет своей истории не раскрыл ни единого байта приватных переписок, сообщает Oxu.Az.

    “За свою 12-летнюю историю Telegram ни разу не раскрыл ни единого байта личных сообщений”, – написал Дуров.

    Он напомнил, что мессенджер раскрывает только IP-адреса и номера телефонов предполагаемых преступников при наличии судебного ордера. Это делается в соответствии с европейским законом о цифровых услугах.

    Также Дуров заявил, что его компания всегда соблюдала законы Евросоюза. Так он прокомментировал сообщения о том, что Telegram начал подчиняться законам ЕС только после его задержания во Франции в 2024 году.

    “Вчера одна французская газета заявила, что мое задержание во Франции прошлым летом наконец-то заставило Telegram подчиниться европейским правилам. Это неправда. Telegram всегда соблюдал законы ЕС”, – написал Дуров в своем блоге.

    Он также подчеркнул, что после своего задержания именно полиция Франции начала “соблюдать европейские правила”, так как начала законно отправлять запросы в Telegram в соответствии с законом о цифровых услугах (Digital Services Act, DSA).

    “В результате французские суды получили возможность получать от Telegram IP-адреса подозреваемых в совершении преступлений”, – добавил Дуров.

  • Durov: “Telegram” heç vaxt şəxsi yazışmaların bir baytını belə açıqlamayıb”

    “Telegram” 12 illik tarixi ərzində şəxsi yazışmaların bir baytını belə açıqlamayıb”.

    Bu barədə mesencerin həmtəsisçisi Pavel Durov öz bloqunda yazıb.

    O xatırladıb ki, mesencer yalnız məhkəmə orderinin olduğu təqdirdə ehtimal olunan cinayətkarların IP-ünvanlarını və telefon nömrələrini açıqlayır. Bu, Avropa rəqəmsal xidmətlər qanununa uyğun olaraq edilir.

    Durov, həmçinin 2024-cü ildə Fransada həbs olunduqdan sonra “Telegram”ın Avropa İttifaqının qanunlarına tabe olmağa başlaması barədə məlumatları da şərh edib.

    “Dünən Fransanın bir qəzeti iddia etdi ki, keçən yay Fransada həbsim nəhayət “Telegram”ı Avropa qaydalarına tabe olmağa məcbur edib. Bu doğru deyil. “Telegram” həmişə Aİ qanunlarına riayət edib”, – deyə o yazıb.

    O həmçinin vurğulayıb ki, həbsindən sonra məhz Fransa polisi Avropa qaydalarına riayət etməyə başlayıb, çünki “Rəqəmsal xidmətlər haqqında” qanuna (“Digital Services Act”, DSA) uyğun olaraq “Telegram”a qanuni sorğular göndərməyə başlayıb.

  • Bakı Xoreoqrafiya Akademiyasına yeni prorektor təyin edilib

    Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) yeni prorektor təyin edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Səftər Mikayıl oğlu Rəhimli sözügedən vəzifəyə təyinat alıb.

    Səftər Rəhimli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sabiq sədri Mustafa Abbasbəylinin müşaviri olub. Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edildikdən sonra Səftər Rəhimli Dövlət Məşğulluq Agentliyində müşavir vəzifəsindən azad olunub.

    Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının 4 ilə yaxındır rektoru yoxdur. Nailə Məmməd-Zadə 2022-ci ildən bu günə qədər akademiyanın tədris işləri üzrə prorektoru və rektor vəzifələrini müvəqqəti icra edib.