Month: April 2025

  • Milli Məclisdə iki yeni sektor müdiri təyin edilib

    Milli Məclisdə yeni təyinatlar olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, İlqar Nəbiyev parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsində sektor müdiri təyin edilib.

    İlqar Nəbiyev bundan əvvəl Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri olub. Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri vəzifəsinə isə İlqar Nuri təyin edilib.

  • АПБА выявило вирус в партии томатов, ввезенных из Туркменистана

    В партиях помидоров, импортированных из Туркменистана в Азербайджан, выявлен опасный вирус, в связи с чем введены ограничения в отношении компании-поставщика.

    Как сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА), в рамках фитосанитарного контроля были взяты образцы из партии в 56 тонн томатов, ввезенных в страну компанией ООО Katora 44. В результате лабораторных исследований в продукции обнаружен вирус коричневой морщинистости плодов томата (Tomato brown rugose fruit virus).

    В связи с этим принято решение об уничтожении зараженной продукции либо ее вывозе за пределы таможенной территории страны.

    Также были введены ограничения в отношении предприятия-поставщика. В компетентный орган Туркменистана направлено официальное уведомление с требованием проведения оздоровительных мероприятий на зараженном хозяйстве.

  • Türkmənistandan Azərbaycana gətirilən pomidorda virus aşkarlandı

    Türkmənistanda fəaliyyət göstərən müəssisədən pomidor məhsulu idxalına məhdudiyyət qoyuldu.

    Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, AQTA həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Katora 44” MMC-nin Türkmənistandan idxal etdiyi 56 ton pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.

    Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, istehsalçı şirkətə məhdudiyyət tətbiq edilib və Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.

    Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri pomidor, badımcan, bibər, tütün olub sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Virus beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

  • Bəzi çaylarda sululuq artıb

    Ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.

    Bu barədə avtomat hidroloji stansiyalarının məlumatında qeyd edilib.

    Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qudiyalçay-Qımılda 6 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Oxçuçay-Bürünlüdə 7 sm, Quruçay-Böyük Tağlar və Tərtərçay-Kəlbəcərdə 3 sm artım qeydə alınıb.

    Kür çayının aşağı axınında – Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 20 sm, Kür-Salyanda 10 sm, Kür-Bankədə 5 sm artıb.

  • IV və VI siniflərdə bəzi fənlər üzrə monitorinq təşkil olunacaq

    2025-ci ilin may-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq təşkil olunacaq.

    Bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb.

    Əmrə əsasən, monitorinqdə istifadə ediləcək qiymətləndirmə vasitələrinin hazırlanması, qiymətləndir mə vasitələrinin aprobasiyasının aparılmasını monitorinqin nəticələrinin təhlil edilməsini təmin edilməsini Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev), yerli bölmələri tərəfindən monitorinqin təşkil olunmasının koordinasiyasını təmin edilməsi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov), əmrin icrasına nəzarət isə nazir müavini Həsən Həsənliyə həvalə edilib.

  • Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq

    Xətai rayonu Oksigen küçəsi, ev 1 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina söküləcək.

    Median.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.

    O bildirib ki, söküləcəyi nəzərdə tutulan bina ikimərtəbəlidir.

    “Binada 31 ailə yaşayır. Artıq 8 ailənin köçürülməsi ilə bağlı razılığa gəlinib”, – deyə o qeyd edib.

    Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.

  • Bakıda əsgər getmək istəməyənlər bunu edib – Laborant analizi öz qanı ilə dəyişib

    Bakıda hərbi xidmətdən yayınmaq istəyən şəxslərə özünün qanını verən talassemiya xəstəliyindən əziyyət çəkən laborantın cinayət işində maraqlı təfərrüatlar üzə çıxıb.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.

    İstintaqla müəyyən olunub ki, Süleyman Qubadlı 2022-2023-cü illər ərzində həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alıb. Laborator müayinə üçün onlardan götürülən qan nümunələrini dəyişib və talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabe qurumlarına təqdim edib.

    Beləliklə, həmin şəxslərin həqiqi hərbi xidmətdən yayınmalarını təşkil edib və digər qanunsuz hərəkətlər törədib.

    Toplanan sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Bu işdə Süleymana kömək edən daha iki laborant da cinayət məsuliyyətinə cəlb edilib.

    Süleyman talassemiya xəstəliyindən əziyyət çəkirmiş. O, pul aldığı şəxslərə analiz üçün öz qanını verirmiş. Bununla da həmin şəxslərin analiz nəticələrində talassemiya xəstəsi olması “aşkar” edilirmiş.

    Məlumata görə, Süleyman saxta sənədləri “Bakı-Tehran” özəl tibb mərkəzində hazırlayıb.

    O, 9 nəfərdən eyni vədlə 2500-7500 manat civarında pul alıb. Başqa 3 nəfərdən də pensiya düzəltmək adı ilə pul alıb.

    Süleyman dindirilən zaman aldığı pulları icarəyə bahalı maşınlar götürməyə, şəxsi əyləncəsinə və ehtiyaclarına xərclədiyini deyib.

    Törətdiyi əmələ görə 1 il 6 ay azadlıqdan məhrum edilib. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında qandallanıb.

    Digər təqsirləndirilən şəxslər isə şərti cəza alıblar.

  • Xırdalanda arvadını pəncərədən ataraq öldürən şəxsə hökm oxunub

    Abşeronda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nürəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Hüseyn Kazımov 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, Abşeron Rayon Prokurorluğunun yaydığı məlumata görə, ötən il iyulun 23-ü saat 7 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində çoxmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

    Xəstəxanaya yerləşdirilən Ayşən Kazımova orada ölüb. Hüseyn Kazımov saxlanılıb.

  • Papanın vəfatından sonra İspaniyada üç günlük matəm elan edildi

    İspaniya hökuməti katolik dünyasının ruhani lideri Papa Fransiskin vəfatından sonra üç günlük rəsmi matəm elan edib.

    Bu barədə İspaniya baş nazirin müavini Feliks Bolanos mətbuata açıqlamasında deyib.

    Bolanos ölkə boyu üç günlük rəsmi matəm elan etdiklərini bildirib.

    İspaniya və Aİ bayraqlarının yarıya endiriləcəyini və qara lentlər taxılacağını açıqlayan Bolanos, 88 yaşında vəfat edən Papa Fransiskin humanist, həmrək və islahatçı olduğunu, ədalətsizlik və bərabərsizliyə qarşı mübarizəsi ilə tanınacağını qeyd edib.

    İspaniyanın Baş naziri Pedro Sançes de X öz Twitter hesabında paylaşıb:

    “Papa Fransiskin vəfatından kədərləndim. Onun sülhə, sosial ədalətə və insanlara sadiqliyi ilə dərin miras qoydu”.

    Hökumətdəki bütün nazirlər, parlamentdəki siyasi partiya liderləri və muxtar hökumət başçıları da Papanın vəfatı ilə bağlı başsağlığı mesajları göndəriblər.
    //azxeber.com

  • Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb

    Baş Prokurorluqda ekoloji hüquqpozma faktları üzrə cinayət işləri başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Lerik, Cəlilabad, Xızı rayonunda, həmçinin Bakı şəhərinin Binəqədi və Yasamal rayonları ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

    Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 191, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241, Xızı şəhəri H.Əliyev prospekti 194 ünvanında, Lerik şəhəri Honiyon adlanan ərazidə, Cəlilabad rayonu ərazisində köhnə Ələt-Astara magistral yolunun 143-144-cü kilometrliyində meşə fonduna daxil olmayan 413 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib.

    Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.