Month: April 2025

  • Naxçıvanda bacısını öldürən şəxs: “Namusumu küçələrə atmısan”

    Naxçıvanda bacısını öldürən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs qətli namus üstündə törətdiyini deyib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, 40 yaşlı Ruslan Əlili bacısı Elfanə Əliyevanı küt alətlə ağır xəsarətlər yetirərək qətlə yetirib.

    Hadisə Culfa rayonunda baş verib. Ruslan bacısının səhv hərəkətlər etdiyini düşünərək onu qətlə yetirib. Ruslan ilk dəfə bacısının başqa bir şəxslə qaçmasına, iki gün sonra evə qayıtmasına qəzəblənib. Lakin bununla bağlı bacısına heç bir irad bildirməyib.

    Ruslan bacısının sonradan 43 yaşlı şəxsə ərə getməsinə də narazılıq edib və bunu da özünə təhqir hesab edib. Ruslanın bacısını öldürməyə qərar verməsinə səbəb olan hadisə isə maraqlıdır. Hadisədən bir neçə gün əvvəl Elfanə qardaşı Ruslanın evinə gəlib və onun arvadının alt paltarlarını götürərək su kanalına atıb. Ruslan bunu özünün namusuna xələl gətirilməsi kimi qiymətləndirib. Bundan sonra bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə bacısının onlara gəlməsini gözləyib. Hadisə günü Ruslan həyətdə uzunluğu bir metr olan dəmir parçasını qapının arxasında gizlədib. Bacısının evə gəlməsini gözləyib.

    Elfanə qapıdan həyətə keçən kimi Ruslan ona zərbələr endirməyə başlayıb. Ruslanın bacısına sözləri isə belə olub: “Namusumu küçələrə atmısan”.

    Əməlindən peşman olduğunu deyən Ruslan bacısını xüsusi amansızlıqla öldürmədiyini söyləyib. Bildirib ki, hadisə zamanı bacısı ona yalvarmayıb, aman diləməyib. Onun sözlərinə görə ilk zərbədən sonra Elfanə yıxılıb və ona müqavimət göstərə bilməyib.

    Məhkəmənin hökmü ilə Ruslan 10 il azadlıqdan məhrum edilib.

  • Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək öldü

    Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

    Hadisə rayonun məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

    Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü – Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

    //report

  • Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası I Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Roma Kilsəsinin kamerlenqosu kardinal Kevin Farrell həzrətlərinə başsağlığı verib.

    Median.Az President.az-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:

    “Zati-həzrətləri, Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası zati-müqəddəsləri Fransisk həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.

    Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdilər.

    Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub-saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdı.

    Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində zati-müqəddəsləri Fransisk həzrətlərinin misilsiz xidmətləri olub. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaq.

    Bu ağır itkinin kədərini bölüşür, sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

  • В Баку потушен крупный пожар на складе электроники

    В результате необходимых и неотложных мер силы Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана полностью потушили пожар на складе на улице Низами в Насиминском районе Баку.

    Как передает Median.Az со ссылкой на пресс-службу ведомства, склад, где хранились электроника и другие товары, располагался в здании общей площадью 2 400 кв.м. В результате пожара огнем было охвачено 360 кв.м помещения.

    Отмечается, что большая часть склада была защищена от огня. Кроме того, удалось предотвратить распространение пламени на близлежащие строения.

  • Bakının Nizami küçəsindəki anbarda şiddətli yanğın: Məhdudiyyət aradan QALDIRILDI

    Paytaxtın Nəsimi rayonu ərazisində baş verən yanğın səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Bildirilib ki, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

  • Аркадий Гукасян ответил на вопросы о Ходжалинском геноциде

    На судебном процессе, продолжившемся 21 апреля в Бакинском военном суде, обвиняемый Аркадий Гукасян ответил на вопросы о Ходжалинском геноциде, произошедшем в ночь с 25 на 26 февраля 1992 года, и о систематическом истреблении невинных людей во время геноцида именно потому, что они были азербайджанцами.

    Он заявил, что впервые узнал о том, что произошло в Ходжалы, по “официальной информации” в феврале 1992 года: “В то время мы не знали о масштабах трагедии. Мы знали, что из Ходжалы в Ханкенди были привезены сотни азербайджанцев. Позже их передали противоположной стороне”.

    Он также подчеркнул, что осуждает убийство мирных жителей: “Это неприемлемо, это одна из кровавых страниц войны”.

    Отметим, что продолжается суд над гражданами Республики Армения, обвиняемыми в преступлениях против мира и человечности в результате военной агрессии Армении, военных преступлениях, в том числе подготовке и ведении агрессивной войны, геноциде, нарушении законов и обычаев войны, а также терроризме, финансировании терроризма, насильственном захвате и удержании власти и многочисленных других преступлениях.

  • Arkadi Qukasyan Xocalı soyqırımı ilə bağlı suallara cavab verib

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı, soyqırımı zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə sistemli şəkildə məhv edilməsi ilə bağlı suallara cavab verib.

    O, Xocalıda baş verənlər haqqında ilk dəfə 1992-ci ilin fevral ayında “rəsmi məlumatlar” verilməsi nəticəsində informasiya aldığını iddia edib:

    “O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”.

    O, dinc əhalinin qətlini pislədiyini də vurğulayıb:

    “Bu, qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • В Азербайджане скончалась известный гинеколог

    В Азербайджане скончалась известный гинеколог Айнур Рустамова.

    Врач ушла из жизни минувшим днем.

    Причина смерти неизвестна.

  • Azərbaycanda tanınmış ginekoloq vəfat edib

    Azərbaycanda tanınmış ginekoloq vəfat edib.

    Ginekoloq Aynur Rüstəmova dünən dünyasını dəyişib.

    Onun ölüm səbəbi hələ məlum deyil.

  • На бакинском бульваре обнаружен утопленник

    В акватории Приморского национального парка в Баку обнаружен утопленник.

    Как передает lent.az, из воды было извлечено тело 48-летнего жителя Нефтчалинского района Немата Тарверди оглу Наджафова.

    Отмечается, что на трупе нет видимых признаков насилия.

    По данному факту проводится расследование.