Month: April 2025

  • Kredit borcu olan bəzi şəxslərin adları “qara siyahı”ya düşməyəcək

    “Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər”.

    Bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.

    O bildirib ki, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər:

    “Adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati prosedurlar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən bu öhdəliklərə əməl edilməsinə nəzarət heç də asan deyildi və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi.

    Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq”.

    “Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati prosedurları keçməsi zərurəti aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə “qara siyahıya” bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, bu, həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı dövriyyəsinin genişlənməsinə imkan yaradacaq”, – deyə deputat qeyd edib.

  • Qəbələdə 63 yaşlı kişi intihar edib

    Qəbələdə 63 yaşlı kişi intihar edib.

    Hadisə rayonun Yenicə kəndində qeydə alınıb.

    Belə ki, aprelin 19-da 63 yaşlı Fərzalı Bəxtiyar oğlu Səmədov yaşadığı evin həyətində özünü asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • СГБ задержала за рубежом подозреваемого в терроризме

    В Сабаильском районном суде состоялось судебное заседание по избранию меры пресечения в виде ареста в отношении Руслана Наджимова, задержанного по уголовному делу, расследуемому в Службе государственной безопасности (СГБ) Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на СГБ, процесс прошел на основании ходатайства следователя и представления прокурора.

    Подозреваемый в совершении преступлений террористического характера в составе устойчивой вооруженной группы гражданин Азербайджанской Республики Руслан Рафиг оглу Наджимов (1987 г.р.) пытался скрываться на территории иностранного государства под различными именами.

    “В результате комплексных оперативно-разыскных мероприятий, проведенных СГБ, Р.Наджимов был задержан за рубежом и 15 апреля 2025 года доставлен на территорию страны для привлечения к следствию.

    Решением суда в отношении Руслана Наджимова избрана мера пресечения в виде ареста сроком на четыре месяца”, – говорится в информации.

  • DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs etdi

    Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Ruslan Rafiq oğlu Nəcimov barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

    Sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Ruslan Rafiq oğlu Nəcimov müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb.

    DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq 15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilib.

    Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • В Азербайджане произошло землетрясение

    На границе Шекинского и Огузского районов на северо-западе Азербайджана произошло землетрясение магнитудой 4.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы.

    Согласно информации, подземные толчки были зафиксированы в 08:31 по местному времени в 6 км к востоку от сейсмостанции Шеки.

    Очаг стихии залегал на глубине 17 км.

  • Azərbaycanda zəlzələ oldu

    Şəki stansiyasından 6 kilometr şərqdə, Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, yerli vaxtla saat 08:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 4-ə bərabər olub.

    Zəlzələ 17 kilometr dərinlikdə baş verib.

  • Kianu Rivzin növbəti rolu məlum oldu

    Hollivud ulduzu Kianu Rivz “Dogstar” və “Weezer” rok qruplarının rəqabətindən bəhs edən sənədli filmdə rol alacaq.

    Bu barədə insayder Ceff Snayder məlumat yayıb.

    Onun sözlərinə görə, “Con Uik” filminin ulduzu bu yaxınlarda çəkiləcək layihədə əhəmiyyətli yer alıb.

    Rollarda, həmçinin Culyetta Lyuis, Erik Andre, Conni Noksvill və Ben Şvarts, eləcə də hər iki qrupun üzvləri çəkiliblər.

    Filmin rejissorları “Paranormal hadisə” filmləri ilə tanınan Henri Cust və Ariel Şulman olacaq.

    Qeyd edək ki, “Weezer” rok qrupu 1990-cı illərin əvvəllərində yaranıb və ilk çıxışını 1992-ci ildə Los-Ancelesdə “Dogstar”ın konsertində açılış qrupu kimi edib. Kianu Rivz özü də “Dogstar”ın üzvü olub.

  • Выявлен неожиданный побочный эффект коронавируса

    Вы переболели COVID-19 и вдруг стали чаще простужаться, подхватывать вирусы “на раз-два”, а обычный кашель не проходит неделями? Вам не показалось: люди, переболевшие коронавирусом, действительно болеют чаще и дольше. И речь идет не только о тяжелых формах инфекции.

    Как сообщает Median.Az со ссылкой на vokrugsveta.ru, ученые из Университета Сент-Луиса (США) проанализировали медицинские данные более 800 000 человек и пришли к тревожному выводу: риск заболеть другими инфекциями у переболевших COVID-19 повышается на 20-50%.

    Исследование показало, что в течение года после заражения коронавирусом переболевшие чаще сталкивались с бактериальными инфекциями, грибковыми поражениями, респираторными заболеваниями, острыми проблемами с легкими. При этом даже легкая форма COVID-19 оставляет “след”: иммунная система словно сбивается с курса и становится менее устойчивой к внешним угрозам.

    Ученые пока не дают окончательного ответа. Версию о том, что все дело в изоляции и снижении контактов с вирусами во время пандемии, отвергли – люди из контрольной группы находились в таких же условиях, но болели реже.

    Есть гипотеза, что коронавирус нарушает целостность слизистых оболочек, оставляя своего рода “щели” для патогенов. Возможно также, что он нарушает сложную архитектуру иммунной памяти. Но все это пока требует дополнительного изучения.

  • Koronavirusa yoluxub sağalmış insanlar daha tez-tez xəstələnirlər – TƏDQİQAT

    COVID-19-a yoluxub sağalmış insanlar daha tez-tez və daha uzun müddətə xəstələnirlər.

    Median.Az Vokrugsveta.ru-ya istinadla xəbər verir ki, ABŞ-ın Sent-Luis Universitetinin alimləri 800 mindən çox insanın tibbi məlumatlarını təhlil edərək bu nəticəyə gəliblər.

    Tədqiqatlar göstərib ki, koronavirusa yoluxmuş şəxslərin digər infeksiyalara yoluxma riski 20-50% artır.

    Koronavirusa yoluxmadan sonrakı bir il ərzində insanlar daha çox bakterial infeksiyalar, göbələk mənşəli xəstəliklər, tənəffüs yolu infeksiyaları və ağciyərlərlə bağlı kəskin problemlərlə üzləşiblər.

    Eyni zamanda, koronavirusun yüngül forması belə orqanizmdə “iz” buraxır: immun sistemi xarici təhdidlərə qarşı daha zəif olur.

  • Uşaqları öpərkən diqqətli olun, TƏHLÜKƏLİ VİRUS yoluxa bilər – XƏBƏRDARLIQ (VİDEO)

    Uşaqları öpərkən diqqətli olmaq lazımdır.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, həkim-infeksionist Mərdan Əliyevin sözlərinə görə, immun sistemi güclü olan böyüklərdəki hər hansı gizli infeksiya, immun sistemi zəif olan uşaqları öpən zaman qalıcı fəsadlar yarada bilər.

    Həkimin sözlərinə görə, hətta bu cür yoluxan Epsteyn-Barr virusu var ki, buna “öpüş” xəstəliyi də deyirlər.

    Bu, uşaqlarda qızdırma, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi ilə müşayiət olunan xəstəlikdir, ağız suyu ilə yoluxur.

    Həkim bildirib ki, böyüklərdə bəzən gizli şəkildə təzahür edə bilən və sağalan bu xəstəliklər, uşaqlar üçün çox böyük təhlükə yarada bilər. Odur ki, diqqətli olmaq vacibdir.

    Ətraflı süjetdə: