Month: April 2025

  • Bakı bulvarında dənizdən meyit çıxarıldı

    Bakı bulvarında meyit tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkın ərazisində qeydə alınıb.

    Neftçala rayon sakini, 48 yaşlı Nemət Tarverdi oğlu Nəcəfovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti sudan çıxarılıb.

    Araşdırmalar rayon prokurorluğunda aparılır.

  • “Kürd Elnur” ləqəbli şəxsə hökm oxunub

    Kriminal aləmdə “Kürd Elnur” ləqəbli ilə tanınan, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Abbasovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq, Elnur Abbasov 3 il 9 ay 25 gün azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Elnur Abbasov 2024-ün ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq), 228.4 (Qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.4.3, 234.2-ci 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum kriminal avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) yaxın tərəfdarı hesab edir.

  • Когда соберется конклав для избрания нового Папы Римского?

    Епископ католической Архиепархии Божией Матери в Москве Николай Дубинин рассказал, когда может собраться конклав для избрания нового Папы Римского.

    Как передает Median.Az со ссылкой на РИА Новости, он подчеркнул, что сегодня срок созыва конклава составляет от 15 до 30 дней.

    21 апреля папа Римский Франциск скончался на 89-м году жизни.

  • Yeni Roma Papası nə vaxt seçiləcək?

    Yeni Papanın seçilməsi üzrə konklav 15-30 gün ərzində toplana bilər.

    Bu barədə “RİA Novosti”yə rusiyalı katolik yepiskopu Nikolay Dubinin bildirib.

    Qeyd edək ki, 88 yaşlı Roma Papası Fransisk bu gün yerli vaxtla saat 07:35-də vəfat edib.

  • Tanınmış saat mağazasını qarət edən çinlilərə HÖKM OXUNDU

    Bakıda “VMF Continental” mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Respublikasının vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işləri üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm elan edilərək, Zhang Guomin və Liu Bo-nun hər biri beş il azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror təqsirləndirilən əcnəbilərin hər ikisinin yeddi il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Məlum olub ki, təqsirləndirilən şəxslər “VMF Continental”ın Yasamal filialında dəyəri 85 min 28 manat olan “Breguet” markalı saatı görmək üçün satıcı İradə Baramovadan onu vitrindən çıxarmasını xahiş ediblər. Onlar saatın şəklini çəkdikdən sonra Liu Bo satıcının diqqətini yayındıraraq başqa saatı göstərməsini xahiş edib, Zhang Guomin isə saatı oğurlayıb və bununla da təqsirləndirilən şəxslər mağazaya külli miqdarda ziyan vurublar.

    Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunublar.

  • Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib

    Özbəkistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş 1962-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Akif İmran oğlu Rzayevin həmin dövlətin Cinayət Məcəlləsinin 168-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə məhkum edilməsinə dair ittiham hökmünün icrası üçün verilməsi ilə bağlı Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən Akif Rzayevin ekstradisiyası haqqında qərar qəbul edilib:

    “Şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib”.

  • Массовое отравление в доме торжеств “Венеция” в Баку: начато расследование

    В Баку начато расследование по факту массового отравления более 50 человек в доме торжеств “Венеция”.

    Об этом сообщает Report со ссылкой на прокуратуру Хатаинского района города.

    Инцидент произошел 18 апреля во время свадебного торжества. Гости мероприятия почувствовали недомогание и были экстренно госпитализированы с предварительным диагнозом “неуточненное бактериальное пищевое отравление”. Всем пострадавшим была оказана необходимая медицинская помощь. В настоящее время состояние здоровья отравившихся оценивается как удовлетворительное, они уже отпущены домой для продолжения амбулаторного лечения.

    Прокуратура Хатаинского района Баку инициировала проверку по данному факту. Назначены соответствующие экспертизы для установления точных причин и обстоятельств массового отравления. Следователям предстоит выяснить, связан ли инцидент с нарушениями санитарно-эпидемиологических норм при приготовлении блюд, несоблюдением условий хранения продуктов или другими факторами.

  • Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb

    Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Xətai rayonu “Venesiya” şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

    Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub.

    Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıblar.

  • Siyavuş Novruzov 3 aydır parlamentə gəlmir

    Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentə gəlmir.

    Deputat son 7 plenar iclasın heç birində iştirak etməyib. Eyni zamanda, rəhbəri olduğu komitənin iclaslarına da qatılmayıb. Onu sədr müavini Nurlan Həsənov əvəzləyib.

    Deputatın özü ilə isə əlaqə saxlamağa çalışsaq da, zənglərimizi cavabsız qoyub.

    Məsələni aydınlaşdırmaq üçün Milli Məclisin İntizam Kommisiyasının sədri Eldar İbrahimovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirib.

    Qeyd edək ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib.

    Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir.

    Məlumat üçün bildirək ki, Siyavuş Novruzov 6-cı çağırışdır ki, Milli Məclisin deputatıdır.
    //qafqazinfo.az

  • Изменения в законе позволят избежать попадания граждан в “черный список” кредиторов

    Президент Азербайджана Ильхам Алиев утвердил поправки к закону “О кредитных бюро”. Согласно изменениям, юридические лица и физлица, осуществляющие предпринимательскую деятельность без создания юридического лица, занимающиеся продажей товаров в кредит в Азербайджане, освобождаются от обязанности предоставлять информацию в кредитные бюро, даже если их оборот по продажам в кредит превышает 100 000 манатов в календарном году.

    Об этом сообщает депутат Вугар Байрамов.

    По его словам, ранее предприниматели этой категории были обязаны предоставлять кредитные истории своих клиентов как минимум в одно действующее кредитное бюро.

    “Обычно предоставление информации, относящейся к кредитной истории, требовало административных процедур, времени, а также затрат. С другой стороны, контролировать соблюдение этих обязательств было не так просто, а привлечение к ответственности было сложным механизмом”, – подчеркнул парламентарий.

    Байрамов отмечает, что новые поправки, с одной стороны, упростят правила для компаний и граждан и предотвратят ухудшение их кредитных историй из-за такого рода операций.

    “С другой стороны, новые правила избавят граждан от необходимости проходить административные процедуры в этой сфере, что позволит им экономить средства и избежать попадания в “черный список” кредиторов по этой причине. Ожидается, что это также позволит увеличить активность в данной сфере и расширить оборот купли-продажи”, – подытожил экономист.