Month: May 2025

  • “Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

    Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb.

    Median.Az bildirir ki, bütün dünyada satılan şirniyyat markası “Haribo”nun Hollandiyada satılan bəzi məhsullarında narkotik maddə aşkarlanıb. Onları yeyənlər özlərini pis hiss edib və ekspertiza şirniyyatın tərkibində marixuana olduğunu üzə çıxaranda ölkədəki bütün məhsullar geri çağırılıb.
     
    Hollandiya Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) bildirib ki, ailəliklə 1 kiloqram “Haribo Happy Cola F!ZZ” konfetləri istehlak edən insanlar özlərini pis hiss ediblər.
     
    Müayinələrdə şirniyyatlardan götürülmüş nümunələrdə narkotik maddələrin olduğu təsdiqlənib. NVWA-nın sözçüsü, bu günə qədər üç paketdə narkotik tapıldığını açıqlayıbb, “Haribo” bütün məhsullarını geri çağırdı.
     
    Sözügedən paketlərin son istifadə tarixi 2026-cı ilin yanvar ayı olaraq göstərilib. İndiyə qədər nə qədər insanın təsirləndiyi bəlli deyil.

    Şirkətdən isə “Biz məsələyə ciddi yanaşırıq və bunun necə baş verdiyini araşdırırıq”-deyə rəsmi açıqlama gəlib.
     
    Polis səlahiyyətliləri sirrin məhsullara necə daxil olduğunu araşdırır. NVWA tərəfindən edilən şərhdə, “istehlak edildikdə başgicəllənmə kimi şikayətlərə səbəb ola biləcək məhsulların dövriyyədə olduğu” vurğulanıb və “bu konfetlərdən istifadə etməyin” xəbərdarlığı edilib.
     
    “Haribo” hadisənin ciddiyə alındığını və polislə birlikdə araşdırıldığını deyib. Şirkət yalnız Hollandiyadakı məhsulların geri çağırıldığını və digər ölkələrdəki məhsulların təhlükəsiz olduğunu bildirib.

  • Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

    Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.
     
    Median.Az xəbər verir ki, bu barədə “Haberturk TV” məlumat yayıb.
     
    Kanalın yaydığı məlumata görə, üçü Özbəkistan, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, türk jandarması onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir.
     
    Saxlanılan şəxslərdən birinin Azərbaycan milli komandasının baş məşqçisi olduğu bildirilir.

    Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan gedir.
     
    Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.

  • “SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

    Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti “İtaliana Petroli”ni almaq uğrunda rəqabət aparacaq.
     
    Median.Az bildirir ki, müsabiqədə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Bin Butti Group” şirkəti də iştirak edəcək. BƏƏ şirkətinin təklifi maraqla gözlənsə də müsabiqədə onun qalib gəlmək şansının az olacağı güman edilir. Çünki şirkət satış prosesinə yeni qoşulub və bu sahədə geniş təhlillər aparmaq üçün az vaxtı olub.
     
    Mənbələr satışa çıxarılan şirkətin ötən il təxminən 500 milyon avro əsas mənfəəti olduğunu, onun bazar dəyərinin təxminən 3 milyard avro (3,4 milyard dollar) qiymətləndirildiyini bildirir.
     
    “Gunvor” və “Italiana Petroli” mövzu ilə bağlı şərh verməkdən imtina edib. “SOCAR” və “Bin Butti” də hələ ki, açıqlama verməyib.

    Qeyd edək ki, İtaliyada ötən il özəl investorların getdikcə qeyri-sabit olan biznes sahəsindən geri çəkilmək istəyi müşahidə edilib. Bu baxımdan, “Italiana Petroli”nin satışı xüsusi əhəmiyyətə malikdir.
     
    Onu da qeyd edək ki, “UniCredit” tərəfindən tövsiyə edilən “Italiana Petroli”, gündə təxminən 200.000 barel ümumi emal gücünə, həmçinin 4600 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir.
     
    Qrup 2023-cü ilin sonlarında “Exxon Mobil”in (XOM.N) alınmasını yekunlaşdırdıqdan sonra emalı və yanacaq saxlama qabiliyyətini artırıb.
     
    “Italiana Petroli” hazırda İtaliyanın şərqindəki Ankonada neft emalı zavodunun sahibidir. Şimalda “Trecate SARPOM” neft emalı zavodu və şimal-şərqdə, Ravennadakı Alma neft emalı zavodu üçün tollinq müqaviləsi var.
     
    “Trecate” müxtəlif növ yanacaqların, o cümlədən aviasiya yanacaqlarının istehsalı ilə məşğul olur, digər iki zavod isə bitum istehsal edir.

    Mənbələr bildiriblər ki, həm “SOCAR”, həm də “Gunvor” şirkətlə bağlı dərin təhlillər aparıb və son təkliflərini hazırlamaq üçün “Italiana Petroli”nin sənaye sahələrinə baş çəkib.
     
    “SOCAR” ın məsləhətçisi İtaliyanın “Intesa Sanpaolo IMI CI” şirkətidir.
     
    Mənbə: Reuters

  • IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

    Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
     
    Median.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
     
    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
     
    Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
     
    Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
     
    Bu imtahanda iştirakı nəzərdə tutulan 53649 nəfərdən 447 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.
     
    İmtahan iştirakçıları arasında 17 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 3 iyun saat 10:00-dan 5 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
     
    Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
     
    Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
     
    Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
     
    Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
     
    Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
     
    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

  • Binəqədi rayonunda YANĞIN başlayıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
     
    Nazirlikdən Sfera.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
     
    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
     
    Əlavə məlumat veriləcək

  • Füzuli Hüseynova töhmət verildi- Əli Nurla davaya görə

    Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.
     
    Bu barədə  teatrın mətbuat xidmətindən bildirilib.
     
    Məlumata görə, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib.

    Buna səbəb Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.
     
    “Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb”, – məlumatda qeyd olunub.
     
    Qeyd edək ki, bu il aprelin 4-də Akademik Milli Dram Teatrında keçirilən iclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin Bədii Şuranın üzvlüyündən çıxarıldığını bəyan edib. İddialara görə, İ.Rəhimlinin Şuradan çıxarılmasına etiraz edən Xalq artisti Əli Nurla Əməkdar artist Füzuli Hüseynov arasında gərginlik olub. Gərginlik fiziki qarşıdurmaya çevrilib – Əli Nur döyülüb. Baş vermiş dava ilə bağlı Xalq artisti Əli Nur açıqlama verərək olanları təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını demişdi.

  • Gəncəni bombalayan erməni hərbçilərin adları açıqlandı

    Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədlərdə Gəncəni raketlərlə hədəf almış Ermənistan silahlı qüvvələrinin hərbçilərinin bir qisminin adları da yer alıb.

    Median.Az-ın AZƏRTAC-a istinadla xəbərinə görə, sənədlərdə qeyd edilib ki, Gəncə şəhərini yenidən hədəf alaraq Ermənistan silahlı qüvvələrinin bu ölkənin Stepanavan rayonunda dislokasiya olunmuş 71-ci hərbi texnikaların saxlanması bazasının (51556 saylı hərbi hissə) komandiri polkovnik Artaşen Rafiki Hacatyan, komandir müavini polkovnik-leytenant Ara Artuşi Sarqsyan, “Elbrus” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Vazgen Daviti Vardanyan, “İsgəndər” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Tiqran Norayri Vardanyan və qeyrilərinin rəhbərliyi ilə həmin hərbi hissənin ehtiyatında olan, əvvəlki hücumlarda istifadə edilmiş silah növlərindən daha böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik trayektoriyalı “Elbrus” taktiki raket kompleksi Ermənistanın Geqarqunik vilayətinin Vardenis (tarixi Basarkeçər) rayonunun ərazisinə gətirilib.

    2020-ci il oktyabrın 11-də saat 2 radələrində döyüşə hazır vəziyyətə gətirilmiş həmin raket kompleksindən fuqaslı təsirə malik olan, “8Ф44” tipli döyüş başlığı ilə təchiz edilmiş raket böyük insan tələfatı törətmək məqsədilə və Gəncə şəhərinin silahlı münaqişə zonası hesab edilməyən, hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, aşkar surətdə yalnız mülki obyektlərin mövcud olduğu istiqamətdə düşünülmüş şəkildə hədəfə yönəldilərək Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsinin 4-cü dalanında yerləşən 3 saylı 2 mərtəbəli, 4, 5 və 7 saylı 1 mərtəbəli yaşayış binalarının üzərinə 1 ədəd atılıb. Həmin raketin dinc əhalinin sıx yaşadığı qeyd edilən ünvanlara düşüb partlaması nəticəsində 10 mülki şəxs qəsdən öldürülüb, 1 mülki şəxsə ağır, 18 mülki şəxsə yüngül, 32 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirilib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 2-də davam etdiriləcək.

  • Rusiyaya üzərlik otu aparan azərbaycanlı həbs olundu

    Rusiyaya üzərlik otu aparanlar həbs olunacaqlar.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyada yaşayan azərbaycanlı vəkil Ələkbər Qarayev bildirib.

    Onun sözlərinə görə, rus dilində “isırık” adlanan üzərlik otunun tərkibində narkotik maddə olan karnin və karmalinin mövcudluğu bu otun Rusiya ərazisinə gətirilməsini cinayət məsuliyyəti ilə nəticələndirir.

    Vəkil Qarayev bir neçə gün əvvəl əslən azərbaycanlı olan Qazaxıstan vətəndaşının Rusiya ərazisində bu cür hadisə ilə üzləşdiyini bildirib. Belə ki, həmyerlimiz Qazaxıstan sərhədindən Rusiya ərazisinə şəxsi avtomobili ilə keçərək Novosibirskə gedib. Novosibirskdə həmin şəxsin bacısı qardaşının yeni avtomobilinə göz dəyməməsi üçün üzərlik qoyub. Həmyerlimiz Qazaxıstana geri qayıdarkən Rusiya ərazisində avtomobilində üzərlik olduğu üçün saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Qazaxıstan vətəndaşı olan azərbaycanlını 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

    Vəkil Ələkbər Qarayev Rusiyaya səfər edən azərbaycanlılara xəbərdarlıq edərək istər əl, istərsə də yük çantalarında üzərlik otu gətirməmələrini tövsiyə edib. Əks halda, həbslə üzləşəcəklərini vurğulayıb.