Month: May 2025

  • ГЭЦ обнародовал окончательные результаты вступительного экзамена в магистратуру

    Государственный экзаменационный центр (ГЭЦ) обнародовал окончательные результаты прошедших 11 мая вступительных экзаменом (II попытка) в магистратуру вузов.

    Как сообщает Median.Az со ссылкой на ГЭЦ, с результатами экзамена можно ознакомиться, отправив свой “рабочий номер” на короткий номер 7727 посредством мобильных операторов (Azercell, Bakcell, Nar, Naxtel).

    Для рассмотрения обращений, связанных с результатами экзамена, с 3 июня 2025 года ГЭЦ организует апелляционный процесс в режиме онлайн.

  • Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

    Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələrini açıqlayıb.

    İmtahan nəticələrinə görə, ən yüksək balı 3 nəfər toplayıb.

    Onlardan ikisi Aydan Süleymanova və Nicat Əliyevdir.

    Aydan Süleymanova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir.

    İmtahanda 95,5 bal toplayan A.Süleymanova UNEC-də Maliyyə ixtisası üzrə beynəlxalq iqtisad məktəbi fakültəsində bakalavr təhsili alır.

    Nicat Əliyev isə Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır. O da mümkün 100 baldan 95.5 bal toplayıb.

  • Tərtər sakini Ağdərədə minaya düşüb

    Ağdərə ərazisində mülki şəxs minaya düşüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində baş verib.

    Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal – qara oturarkən minaya düşüb. Hazırda yaralının ərazidən götürülməsi üçün, işlər aparılır.

  • Ağdamda döyülən şəxs dünya çempionudur? – RƏSMİ AÇIQLAMA

    Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “dünya çempionu” kimi təqdim olunan şəxsin Ağdam rayonunda iştirak etdiyi insidentlə bağlı müxtəlif məlumatlar yayılıb.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Karate Federasiyasından bildirilib ki, adıçəkilən şəxsin “dünya çempionu” kimi təqdim olunması heç bir rəsmi əsas daşımır və bu iddia qəti şəkildə təkzib edilir.

    AKF-nin açıqlamasında vurğulanıb ki, karate idman növündə “dünya çempionu” titulu yalnız Dünya Karate Federasiyası (WKF) və onun strukturunda fəaliyyət göstərən rəsmi karate üslubları üzrə təşkil olunan beynəlxalq yarışlarda qazanıla bilər:

    “Bu yarışlar AKF tərəfindən tanınan və standartlaşdırılmış sistem əsasında keçirilir”.

  • Фуад Багиров избран президентом Федерации мотоспорта Азербайджана

    В здании Министерства молодежи и спорта Азербайджана состоялось общее собрание Общественного объединения Федерации мотоспорта.

    Мероприятие началось с исполнения государственного гимна. С приветственным словом выступил начальник спортивного отдела министерства Эльнур Мамедов, пожелав участникам собрания успехов.

    Прежний президент Федерации Кур Сафаралиев поблагодарил за доверие и подчеркнул, что приложил максимум усилий для развития мотоспорта и пожелал успехов своему преемнику.

    По итогам голосования новым президентом организации стал Фуад Багиров, первым вице-президентом – Сабир Бабаев, вице-президентом – Эмиль Гулиев, а Азер Алиев и Руфат Дадашов вошли в состав Исполнительного комитета.

    Выступая после избрания, Ф.Багиров выразил благодарность за оказанное доверие и заявил, что приложит все усилия для развития мотоспорта в стране.

  • Fuad Bağırov federasiya prezidenti seçildi

    Azərbaycan Motosiklet İdman Federasiyasına yeni prezident seçilib.

    Mayın 30-da Motosiklet İdman Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə keçirilən seçki nəticəsində Fuad Bağırov federasiyanın yeni prezidenti olub.

    Eyni zamanda, Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

    Seçkidən sonra çıxış edən Fuad Bağırov göstərilən etimada görə təşəkkür edib və motosiklet idmanının inkişafı üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib.

  • Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

    Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

    Median.Az President.az-a xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.

    Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdiyini xatırladaraq, aparılan səmərəli müzakirələrə toxunub.

    Telefon söhbəti zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdikləri və bir-birini daim dəstəklədikləri məmnunluqla vurğulanıb, əlaqələrimizin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

  • Bakıda polis qadınları “TikTok”da şantaj edən şəxsi saxlayıb

    Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək “TikTok”da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildirib.

    Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkədə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – 19 yaşlı Müqdət Nəhmədov saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, M.Nəhmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə həmin qadınlarla əlaqə saxlayaraq şəkillərin silinməsi müqabilində pul tələb edib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakının bir küçəsində YENİLİK

    Bakının Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və üç hərəkət zolağının dörd hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn altı hərəkət zolağı bu ərazidə üç hərəkət zolağı ilə əvəzlənir. Nəticədə darboğaz əmələ gəlir və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. Bundan əlavə, “Gənclik Mall”a gələn yüksək ziyarətçi axını parklanma yerinin girişində növbəyə səbəb olur. Bu isə Fətəli xan Xoyski küçəsini, o cümlədən avtobus zolağını bloklayır. Məsələnin həlli üçün yeni layihə icra olunacaq.

    “Gənclik Mall”un giriş hissəsində “dropoff” məntəqəsinin yaradılması, parklanma yerinin giriş hissəsində olan geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və üç hərəkət zolağının dörd hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг. Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlığın azaldılması, sıxlıq olsa belə, bunun əsas yola minimum təsiri müşahidə ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin edilməsi baş tutacaq.

    Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub.

  • General Rəfail Mehdiyevi psixoloq Arzu Yusifova əvəz etdi – Kəmaləddin Heydərovdan RƏİS TƏYİNATI

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə Arzu Yusifova gətirilib.

    Qeyd edək ki, ixtisasca qastroenteroloq-psixoloq həkim olan Arzu Yusifova bir ilə yaxındır, sözügedən xidmətdə həkim kimi fəaliyyət göstərir. O həmçinin bir sıra özəl və dövlət xətəxanalarında çalışıb. Arzu Yusifova fövqəladə hallar naziri ilə ailəvi yaxınlığı ilə tanınır.

    Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, xidmət rəisi əvəzi general-mayor Rəfail Mehdiyev ötən gün vəzifəsindən azad edilib.