Month: May 2025

  • Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarını pozmasına görə cəzalar müəyyənləşib

    Azərbaycanda dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları və ya hava nəqliyyatı vasitəsi kimi istifadə olunmayan digər hava gəmilərinin hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

    Yeni dəyişikliklərə əsasən, iş və ya vəzifə fəaliyyəti ilə əlaqədar olaraq yuxarıda göstərilən nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarına riayət etməyə borclu olan şəxsin bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır və ya az ağır xəsarət yetirildiyi halda:

    – İki ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə,

    – Beş min manatdan yeddi min manatadək cərimə,

    – Yaxud iki ilədək islah işləri,

    – və ya iki ilədək azadlığın məhdudlaşdırılması,

    – Yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

    Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən digər bir dəyişikliklə, orqanizmin funksiyalarının 61-100%-i dərəcəsində pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə, eləcə də əlilliyi olan uşaqlara ictimai işlərin tətbiqi qadağan edilib. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu məhdudiyyət yalnız 18 yaşınadək əlilliyi olan şəxsləri əhatə edirdi.

  • Xəzər Universitetində bıçaqlanan tələbənin vəziyyəti AÇIQLANDI

    Mayın 29-da Xəzər Universitetində tələbə yoldaşı Fərid Əliyev tərəfindən bıçaqlanan Məhəmməd Vəlizadənin vəziyyəti açıqlanıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, hazırda pasiyentin müalicəsi davam etdirilir.

    “Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozları ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan şəxsə tibbi yardım göstərilib. Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağır stabildir”.

  • Стали известны детали меморандума Украины по урегулированию конфликта

    Меморандум Украины по урегулированию конфликта включает положения о прекращении огня на суше, на море и в небе.

    Об этом сообщает газета The New York Times (NYT).

    “Мониторинг будет осуществляться международными партнерами”, – говорится в сообщении.

    До этого глава Минобороны Украины Рустам Умеров сообщил, что передал главе российской делегации Владимиру Мединскому украинский меморандум о прекращении огня и потребовал от Москвы передать свой документ до нового раунда переговоров.

    28 мая главы российской и украинской делегаций Владимир Мединский и Рустем Умеров поговорили по телефону и обсудили место и время встречи сторон для обмена меморандумами, в которых Москва и Киев изложат свое видение условий для прекращения боевых действий. Глава МИД РФ Сергей Лавров уточнил, что Россия готова провести второй раунд переговоров в Стамбуле в понедельник, 2 июня.

  • Ukraynanın nizamlanma memorandumunun təfərrüatları açıqlanıb

    Ukraynanın münaqişənin nizamlanmasına dair memorandumuna quruda, dənizdə və havada atəşkəs haqqında müddəalar daxildir.

    Bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

    “Monitorinq beynəlxalq tərəfdaşlar tərəfindən aparılacaq”, – deyə hesabatda bildirilir.

    Bundan əvvəl müdafiə naziri Rustem Umerov atəşkəslə bağlı Ukrayna memorandumunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskiyə təhvil verdiyini bildirib və Moskvadan danışıqların yeni raunduna qədər sənədin təqdim edilməsini istəyib.

    Mayın 28-də Rusiya və Ukrayna nümayəndə heyətlərinin başçıları Vladimir Medinski və Rustem Umerov telefonla danışıb və Moskva və Kiyevin hərbi əməliyyatların dayandırılması şərtləri ilə bağlı öz baxışlarını açıqlayacaqları memorandumların mübadiləsi üçün tərəflərin görüşünün yerini və vaxtını müzakirə ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov aydınlıq gətirib ki, Rusiya danışıqların ikinci raundunu bazar ertəsi, iyunun 2-də İstanbulda keçirməyə hazırdır.

  • Bakıda dönərçi “Rent a Car” maşını ilə qəzaya düşüb öldü

    Binəqədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxsin kimliyi məlum olub.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

    O bildirib ki, “Hyundai” markalı avtomobilin yol kənarında dayanan sərnişin avtobusuna çırpılması nəticəsində bir nəfər həyatını itirib:

    “Mirqafar Natiq oğlu Süleymanov idarə etdiyi 77-QE-239 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil ilə yolun kənarında dayanmış sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində sürücü – Mirqafar Natiq oğlu Süleymanov vəfat edib. Faktla bağlı araşdırma aparılır”.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 30-da saat 09:20-də Binəqədi rayonu, 6-cı Mikrorayon, Svetlana Məmmədova küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar çağırış daxil olub. Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

  • Потерпевший: Получил тяжелые ранения в результате запуска ракеты “Смерч” ВС Армении

    В ходе продолжающегося судебного процесса в Бакинском военном суде потерпевший Эльчин Ширинов рассказал, что 28 октября 2020 года около 13:00, когда он находился в городе Барда в автомобиле ВАЗ-21074, туда упала ракета “Смерч”, выпущенная вооруженными силами (ВС) Армении.

    В результате инцидента Ширинов получил осколочные ранения, квалифицируемые как причинение тяжкого вреда здоровью.

    “На Барду было совершено очень много атак. Они неоднократно запускали “Смерчи”. В результате было много погибших и раненых”, – заявил потерпевший.

    Напомним, в Бакинском военном суде продолжается процесс над гражданами Республики Армения (РА), обвиняемыми в совершении преступлений против мира и человечности, военных преступлений, включая подготовку и ведение агрессивной войны, геноцид, нарушение законов и обычаев войны, а также в терроризме, финансировании терроризма, насильственном захвате власти или других многочисленных преступлениях в результате военной агрессии РА.

  • Zərərçəkmiş şəxs: “Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım”

    Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elçin Şirinov bildirib ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində VAZ-21074 markalı avtomobillə Bərdə şəhərində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış “Smerç” raketi düşüb.

    O, hadisə nəticəsində dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid qəlpə xəsarətləri alıb.

    “Bərdəyə çox sayda hücum oldu. “Smerç”ləri dəfələrlə atıblar. Nəticədə çoxlu sayda ölən, yaralanan oldu”, – deyə zərərçəkmiş şəxs bildirib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Mingəçevir sakinlərinin NƏZƏRİNƏ: İyunun 3-ü bəzi ərazilərdə qaz olmayacaq

    İyunun 3-də Mingəçevir şəhərinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Qaz təchizatında yaranacaq fasilənin səbəbi Tərtər Regional Qaz İstismarı İdarəsinin Mingəçevir xidmət sahəsi üzrə qazpaylayıcı stansiyasından (QPS) çıxan “Kür” çayının sol sahil və sağ sahil adlanan hissəsini təbii qazla təchiz edən, PE 315 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərindən “Asan xidmət” mərkəzinə ayrılan qaz xəttində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş yeraltı qaz sızması aradan qaldırılmasıdır.

    Qeyd olunub ki, sözügedən işlər ilə əlaqədar qaz təchizatının QPS-nın çıxışındakı kollektordan RDQ-dən (şəhərin sol sahil hissəsində Z.Tağıyev, Samux, Puşkin, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, Ş.İ.Xətai, M.Əzizbəyov, Ərəş, M.P.Vaqif, M.V.Vidadi, H.Aslanov, Xocalı, S.Mehmandarov, M.A.Topçubaşov, 20 yanvar, K.Hüseynov, D.Əliyeva, İ.Qayıbov, H.Əliyev, Q.Nəbi, S.Vurğun, M.Ə.Sabir, X.Əliyev, R.Rza, M.Şəhriyar, R.Məmmədov, M.Bəkirov, M.Maqomayev, V.Abdullayev, A.Məmmədov, N.Nərimanov, İslamzadə, A.Qurbani, Bulvarnaya, Tixaya, Sosnovaya, M.Füzuli, V.Hüseynov, Ü.Hacıbəyov, N.Rəfibəyli, İ.Nəsimi, Ə.Allahverdiyev, M.Rəhimov, Sahil, Ə.Vahid, M.Əliyev, M.F.Axundov, Bağ evi, İstixana, N.Vəzirov, Asfaltzavod, H.Hüseynov, Qaz döngəsi, Qazanxana, Günəş, X.Şuşinski, Energetik, M.Fərruxov, Şəfəq, M.Abdullayev, Kür, Gəncə şosesi, Günəşli, Bağ, Paralel, Şəfa, Mərkəzi, Aran və şəhərin sağ sahil hissəsində Təbriz, Z.Həsənova, Babək, A.Ələsgər, Y.Muradov, M.S.Ordubadi, Koroğlu, M.Müşviq, M.Hüseyn, N.Vəzirov, Niyazi küçələrində qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bildirilib ki, ümumilikdə şəhərin 26 270 abonentinin qazla təchiz olunması iyunun 3-də saat 09:30-dan işlər yekunlaşanadək dayandırılacaq.

  • Возбуждено уголовное дело в связи с незаконными действиями военных должностных лиц

    В Следственном управлении Военной прокуратуры возбуждено уголовное дело по факту незаконных действий военных должностных лиц, ведется предварительное расследование.

    Об этом сообщили в пресс-службе Военной прокуратуры Азербайджана.

    В ходе следствия возникли обоснованные подозрения в том, что военнослужащий Министерства обороны Азад Мамедов, в период нахождения на должности начальника службы №-ской воинской части, совершил присвоение и другие незаконные действия.

    Кроме того, в ходе следственных мероприятий, проводимых по уголовному делу, установлены обоснованные подозрения в том, что гражданское лицо Джахангир Гусейнов, фактически осуществлявший руководство юридическим лицом, в сговоре с различными военными должностными лицами совершил хищение.

    На основании собранных доказательств Джахангир Гусейнов и Азад Мамедов привлечены в качестве обвиняемых по статье 179.3.2 (присвоение в крупном размере) Уголовного кодекса АР.

    По ходатайству следственного органа и представлению прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением суда в отношении Дж.Гусейнова избрана мера пресечения в виде ареста, а в отношении А.Мамедова – подписка о невыезде.

    В настоящее время предварительное следствие по уголовному делу продолжается. Принимаются все необходимые меры в соответствии с требованиями законодательства, в том числе меры по выявлению и привлечению к ответственности других лиц, совершивших преступления.

  • Hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanıb: Bir nəfər həbs olunub

    Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.

    Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, istintaqla Müdafiə Nazirliyinin hərbi qulluqçusu olan Azad Məmmədovun “N” saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi müddətdə mənimsəmə və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, cinayət işi üzrə davam etdirilən istintaq tədbirləri ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmiş mülki şəxs Cahangir Hüseynovun müxtəlif hərbi vəzifəli şəxslərlə əlbir olaraq mənimsəmə törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Cahangir Hüseynov və Azad Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Cahangir Hüseynovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Azad Məmmədovun barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri olan bütün tədbirlərin görülməsi, o cümlədən cinayət törətmiş digər şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.