Month: May 2025

  • Ukrayna F-16 qırıcı təyyarəsini itirdi

    Hava hücumunu dəf etmək tapşırığını yerinə yetirən Ukraynaya məxsus F-16 qırıcısı fövqəladə vəziyyətlə üzləşib.

    Pilot təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdırıb və uğurla katapult etməyə müvəffəq olub.

    Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsindən məlumat verilib.

    Qeyd olunub ki, pilot tez bir zamanda tapılaraq təxliyə edilib. Onun səhhəti qənaətbəxş kimi qiymətləndirilir, hazırda həyatına təhlükə yoxdur.

    “Bütün halların obyektiv şəkildə aydınlaşdırılması üçün komissiya təyin edilib və artıq öz işinə başlayıb”, – deyə Hərbi Hava Qüvvələrindən bildirilib.

  • Sumqayıtın məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ

    Sumqayıtda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri müəyyən edilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

    O bildirib ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı “Gold Palace”, “Okean”, “Green House”, “Xəlifə”, “Qərb”, “Həyat Saray”, “Bəyaz Saray”, “Sevgi Palace” şadlıq sarayları, eləcə də “Xan”, “Ərkivan” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib:

    “Faktlarla bağlı sözügedən ictimai-iaşə obyektlərinin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür”.

  • İstanbulda bu gün baş tutacaq Rusiya-Ukrayna danışıqlarının vaxtı müəyyənləşdi

    İstanbulda Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında üçtərəfli görüş bu gün saat 12:30-a (Bakı vaxtı ilə 13:30-da – red.) planlaşdırılıb.

    Bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib.

  • Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

    Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Şabran, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Ceyrançöl, Qazax, Ağstafa, Qobustan, Hacıqabul, Gəncə, Daşkəsən, Gədəbəy, Samux, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Mingəçevir, Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

    Bu gün İngiltərə Premyer Liqasında XXXVII tura iki görüşlə start veriləcək.

    İlk oyun günündə “Aston Villa” “Tottenhem”i, “Çelsi” isə “Mançester Yunayted”i qəbul edəcək.

    Qeyd edək ki, İngiltərə Premyer Liqasına may ayının 25-də keçiriləcək görüşlərlə yekun vurulacaq.

    16 may

    İngiltərə Premyer Liqası

    XXXVII tur

    Saat 22:40, “Aston Villa” – “Tottenhem”;

    Saat 23:15, “Çelsi” – “Mançester Yunayted”.

  • 38 yaşlı sabiq məmur həbsxanada öldü

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi həbsdə ölüb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Qarışıq Tipli Cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Müəssisədə cəza çəkən Bərdə rayon sakini 38 yaşlı Rauf Abış oğlu Mustafayev vəfat edib. R.Mustafayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq baş mühasibi olub.

    İlkin məlumata görə, mərhum anemiyadan əziyyət çəkirmiş.

    Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə həbs edilmişdi. Araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatlar daxil etməklə 90 min manata yaxın pul mənimsəməsi müəyyən edilib.

    Xatırladaq ki, bu, 2025-ci ildə qeydə alınan 13-cü məhkum ölümüdür.

  • İsmayıllıda qadını ölümə təhrik edən taksi sürücüsü həbs olundu

    İsmayıllıda qadını intihara sövq edən şəxs həbs olunub.

    İttihama görə, intihar hadisəsi 2023-cü il martın 6-da İsmayıllı rayonunun İsmayıllı kəndində baş verib.

    Rayon ərazisindəki “Anais” gözəllik salonunda işləyən Dilarə Orucova səhər saatlarında özünü yaşadığı evin həyətində asıb. Onun meyitini oğlu aşkar edib.

    Araşdırmalarla məlum olub ki, Dilarə Orucovanı ölümə təhrik edən şəxs var. Qadının telefon zənglərinin araşdırılması zamanı müəyyən edilib ki, həmin qadın İsmayıllıda Elxan adlı taksi sürücüsü ilə tanış olub və bir müddət onunla sevgi münasibətləri yaşayıb. Bir müddət sonra Elxanın qısqanclığına dözə bilməyən Dilarə ondan ayrılmaq qərarı verib. Lakin Elxan ondan ayrılmaq istəməyib və onu hədələməyə başlayıb. Dilarə ilə münasibətləri barədə qohumlarına məlumat verəcəyini deyən Elxan ondan şantaj yolu ilə qızıl və pul alıb. Bu üsulla Elxan qadını hər gün şantaj və təhdid edirmiş. Təhdidlərə dözməyən qadın iş yerindən çıxaraq taksi ilə evinə gəlib və özünü evinin həyətində asıb.

    Faktla bağlı başlanmış cinayət işi ilə bağlı iki ilə yaxın araşdırma aparılıb və istintaq yekunlaşaraq iş məhkəməyə göndərilib.

    Məhkəmə istintaqının sonunda intiharda Elxanın günahı sübuta yetirilib və hökm oxunub.

    Məhkəmənin hökmü ilə Elxan 6 il 6 ay azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Alimlərdən sensasiyalı açıqlama: Zəlzələlər planetimizi xilas edəcək

    Zəlzələlər təmiz və hələ tam qiymətləndirilməmiş enerji mənbəyi olan təbii hidrogenin əldə olunmasında mühüm rol oynaya bilər.

    ABŞ-nin Viskonsin Universitetinin tədqiqatçıları apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər.

    Uzun müddətdir məlumdur ki, zəlzələlər Yer qabığındakı gərginliyi azaldır. Lakin alimlər bu prosesin daha vacib və perspektivli nəticələrə də yol aça biləcəyini düşünürlər.

    “Zəlzələ zamanı müəyyən kimyəvi reaksiyalar baş verir və nəticədə molekulyar hidrogen yaranır. Bu hidrogen gələcəkdə ekoloji baxımdan təmiz enerji mənbəyinə çevrilə bilər. Bu prosesin əsasında kvars adlı mineral dayanır. Qayalar deformasiyaya uğradıqda kvars aktivləşir və mexaniki enerjini kimyəvi enerjiyə çevirir. Bu da öz növbəsində su molekullarını hidrogen və oksigenə parçalayır”, – deyə tədqiqatçılar bildirirlər.

    Alimlərin fikrincə, aktiv geoloji qırılma zonalarında kvarsın iştirakı ilə su molekullarından əhəmiyyətli miqdarda hidrogen ayrılır. Bu, “tektonik hidrogen” adlanır və yalnız enerji mənbəyi kimi yox, həm də seysmik aktivliyin göstəricisi kimi istifadə edilə bilər.

    “Qırılma zonalarında hidrogenin yüksək konsentrasiyası yaxınlaşmaqda olan zəlzələlər barədə xəbərdarlıq siqnalı ola bilər və bu, erkən müdaxilə imkanlarını artırır”, – deyə məqalədə vurğulanır.

    Əlavə olaraq, təbii hidrogen təkcə enerji baxımından deyil, bioloji cəhətdən də böyük əhəmiyyət daşıyır. Yeraltı buzlaqlar və qayalar arasındakı sərt şəraitdə yaşayan mikroorqanizmlər məhz bu hidrogen də daxil olmaqla müxtəlif kimyəvi enerji mənbələri ilə qidalanaraq həyatlarını davam etdirirlər.
    //oxu.az

  • ABŞ-nin iri kriptovalyuta birjasına haker hücumu olub

    ABŞ-nin “Coinbase” kriptovalyuta birjası hakerlərin hədəfinə çevrilib. Kiberhücum nəticəsində müştərilərin məlumatları oğurlanıb və cinayətkarlar bu məlumatları açıqlamamaq üçün 20 milyon dollar tələb ediblər.

    Bu barədə Financial Times məlumat yayıb.

    Bu xəbərdən sonra şirkətin səhmləri Nyu-Yorkda birjasında 5.4% ucuzlaşıb. Əvvəlki gün şirkətin səhmləri Nyu-York fond birjası indeksinə daxil edildikdən sonra 25% bahalaşmışdı.

    Şirkətin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir qeyd olunub ki, hakerlər müştərilərimizin siyahısını əldə etməyə çalışıblar. “Onlar sonradan özlərini “Coinbase” kimi təqdim edərək müştəriləri aldadıb kriptovalyutalarını ələ keçirmək niyyətində olublar. Daha sonra bu hadisəni ört-basdır etmək üçün bizdən 20 milyon dollar tələb ediblər. Biz bu tələbi rədd etdik”.

    Kaliforniyada yerləşən “Coinbase”, həmçinin cinayətkarların yaxalanması və məsuliyyətə cəlb edilməsinə kömək edəcək məlumat üçün elə cinayətkarların tələb etdiyi 20 milyon dollar məbləğində mükafat elan edib.

    “Chainalysis” analitiklərinin hesablamalarına görə, ötən il kriptobirjalara edilən kiberhücumlardan dəyən zərərin ümumi məbləği 21% artaraq 2.2 milyard dolları ötüb ki, bunun böyük hissəsi Asiya və Sakit okean regionunun payına düşür. Bu məbləğin 1,3 milyard dolları Şimali Koreya hökuməti ilə əlaqəli hakerlər tərəfindən oğurlanıb.

    “Coinbase” zərər çəkmiş müştərilərə kompensasiya verəcəyini açıqlayıb. Təxmini hesablamalara görə, kompensasiyaların ümumi məbləği 180 milyon dollardan 400 milyon dollara qədər ola bilər.

  • Hibrid avtomobillərə güzəştlərin ləğvi nəyi dəyişəcək? – VİDEO

    “Bir neçə il əvvələ qədər ölkəyə əsasən daxili yanma mühərrikli avtomobillər gətirilirdi”.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, bunu artıq 12 ildir avtomobil satışı ilə məşğul olan Fərid Hüseynov bildirib.

    Onun sözlərinə görə, son illərdə isə ekoloji cəhətdən təmiz avtomobillərə, xüsusilə də hibrid modellərə maraq xeyli artıb.

    “Alıcılar indi daha çox hibrid mühərrikli avtomobillərlə maraqlanır. Bizim satışlarımız da artıq bu istiqamətə yönəlib. Son iki ildə ölkəyə yalnız hibrid və elektrik mühərrikli avtomobillər gətiririk”, – deyə Fərid Hüseynov bildirib.

    Onun sözlərinə görə, marağın artmasına əsas səbəb bu avtomobillərə tətbiq olunan vergi və gömrük güzəştləridir:

    “Məsələn, bu gün 75 min avroya təklif olunan avtomobil gələn il güzəştlər ləğv edilsə, ƏDV-dən azad olmayacaqsa, 86-87 min manata qədər bahalaşa bilər. Bu isə alıcılığa təsir edəcək və marağı azalda bilər”.

    Hazırda hibrid avtomobillər əlavə dəyər vergisindən, elektrik mühərrikli avtomobillər isə həm əlavə dəyər, həm də aksiz vergisindən azaddır.

    Ətraflı süjetdə: