Azərbaycan Tibb Universitetinin tələbəsi dünyasını dəyişib.
Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Ramin Süleymanlı uzunsürən xəstəlikdən sonra vəfat edib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovla Quba rayonunda keçirilən vida mərasimi başa çatıb.
Median.Az “Report”a istinadən xəbər verir ki, E.Ərzumanovun nəşi Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Albaniyanın paytaxtı Tirana şəhərində Avropa Siyasi Birliyi 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.
2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083.8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4171.8 manat, qeyri-neft-qaz sektorunda 1025.7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqıları 1053.1 manat, özəl müəssisələrdə isə 1115.6 manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-cü ilin I rübündə ortaaylıq nominal əməkhaqqının ən yüksək olduğu sahə mədənçıxarma sənayesi, ən aşağı olduğu sahə isə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq olub.
Hesabat dövründə mədənçıxarma sənayesində muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 3961.2 manat olub. Bu göstərici dövlət sektorunda 2445.5 manata, özəl sektorda isə 4755.8 manata bərabər olub.
Maliyyə və sığorta sahəsində muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı isə 2630 manat olub. Bu sektorda dövlət sektorunda çalışanların maaşları 3338.8 manat, özəl sektorda isə 2473.8 manat olub.
Bu dövrdə informasiya və rabitə sahəsində muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 1961.5 manat olub. Analoji sahədə çalışan dövlət işçilərinin ortaaylıq əməkhaqqıları 1632.4 manat, qeyri-dövlət işçilərinin ortaaylıq əməkhaqqıları isə 2209.2 manat olub.
Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində çalışan şəxslərin ortaaylıq nominal əməkhaqqıları 674.6 manat olub. Bu sahədə fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin ortaaylıq əməkhaqqıları müvafiq olaraq 777.6 manat və 647.4 manat təşkil edib.
Digər sahələrdə fəaliyyət göstərən işçilərin 2025-ci ilin I rübündə ortaaylıq əməkhaqqıları aşağıdakı cədvəldə qeyd edilib.

İstanbulda Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və Ukraynanın müdafiə naziri Rustem Umerovla Fransa, Almaniya və Britaniyanın milli təhlükəsizlik müşavirləri arasında görüş keçirilib.
Median.Az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.
Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.
Xatırladaq ki, ötən prosesdə Ermənistan ordusunun işğal və mülki əhalinin qətliamı faktları ilə bağlı ifadələr dinlənilib
Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Parlament ölkədən getmək hüququ məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydasının dəyişdirilməsini üçüncü oxunuşda qəbul edib.
Parlamentin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəllə və “İcra haqqında” qanunlara təklif edilən dəyişik layihəsi müzakirə olunub.
Layihəyə əsasən, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.
Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin hüququnun ölkədən getmək müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış idarələrarası və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.
//oxu.az
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla – tərəvəz yükünün içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Brokoli və kahı” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.
Əsaslı yoxlama zamanı kinoloji xidmət iti paletlərdən birindəki 32 qutuya reaksiya verib. Həmin qutulardakı 32 ədəd bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 118 kiloqram 444 qram narkotik vasitə – qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.