Month: May 2025

  • Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK – VİDEO

    6 il bundan əvvəl yanan ”Diqlas” ticarət mərkəzinin ərazisində yeni ticarət mərkəzi tikiləcək.

    Median.Az bu barədə Xəzər TV-yə istinadən məlumat verir.

    Özünü iş icraçısı kimi təqdim edən şəxs bildirib ki, hazırda sənəd işləri hazırlanır və yeni mərkəzin tikilməsi üzərində iş gedir.

    Ətraflı süjetdə:

  • Biləsuvar sakinini ildırım vurub

    Biləsuvar rayon sakinini ildırım vurub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini 1981-ci il təvəllüdlü Ramin Bəşirov əkin sahəsində olan zaman yağış yağıb. Daha sonra o, yağışdan qorunmaq üçün ağac altına sığınıb. Bu zaman R.Bəşirovu ildırım vurub.

    Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Paşinyan İTV-yə müsahibə verdi – VİDEO

    Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

    Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:

    “Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.

    Ətraflı süjeti təqdim edirik:

  • Şamaxıda ticarət mərkəzindən yıxılan qız komaya düşdü

    Şamaxıda 32 yaşlı qız ticarət mərkəzinin binasından yıxılıb.

    Şamaxı şəhər sakini, 1993-cü il təvəllüdlü Günel Yəhyayeva işlədiyi ticarət mərkəzinin 3-cü mərtəbəsində pəncərəni silərkən balkondan yıxılıb.

    O, ağır kəllə-beyin travması, topuq və çanaq sınıqları ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilsə də, vəziyyəti həddindən artıq ağır olduğundan təcili tibbi yardım briqadasının müşayiəti ilə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb.

    G.Yəhyayevanın komatoz vəziyyətdə olduğu bildirilir.
    //oxu.az

  • Этап “Формулы-1” в Азербайджане перенесут на насыпной остров

    Гонки “Формулы-1” в Баку скоро будут проходить на искусственном острове, который появится на курорте Sea Breeze в Баку в Каспийском море, рассказал Эмин Агаларов.

    Азербайджанский этап гонки “Формула-1” могут переместить на насыпной остров в виде пламени, который планируется создать на курорте Sea Breeze, рассказал президент компании Agalarov Development Эмин Агаларов.

    Подробности он сообщил в выступлении перед российским вице-премьером Маратом Хуснуллиным в рамках XVI Международного экономического форума “Россия – Исламский мир: Kazanforum 2025”.

    “Эта идея поддерживается президентом Азербайджана”

    Глава компании напомнил, что первым на курорте создадут насыпной остров в форме полумесяца, этот проект уже реализуется. Искусственный остров-огонь будет создаваться вслед за ним.

    Агаларов рассказал о пользе, которую принесет перенос гонок “Формулы-1” на остров. Он подчеркнул, что таким образом можно будет больше не перекрывать движение транспорта на время этапа в Баку, так что город не будет больше страдать от пробок.

    Напомним, Баку начал принимать соревнования “Формулы-1” в 2017 году.
    //vestikavkaza.ru

  • Pedri Messini geridə qoydu

    Pedri “Barselona” tarixində 200 oyun keçirən ən gənc futbolçu olub.

    Yeni rekord İspaniya La Liqasının 36-cı turunda “Espanyol”la oyunda qeydə alınıb.

    Pedri 22 yaş 171 günündə tarixi uğura imza atıb. O, bu göstəricidə klubun əfsanəsi Lionel Messini geridə qoyub. Messi 200-cü oyununu 22 yaş 273 günündə keçirib. Gənc yarımmüdafiəçinin “Barsa”dakı debütü 2019-cu il sentyabrın 27-də “Vilyarreal”a qarşı görüşə təsadüf edib.

    Qeyd edək ki, “Espanyol”la matç “Barselona”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda tarixində 28-ci dəfə İspaniya çempionu tituluna yiyələnib.

  • Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək

    Dövlət İmtahan Mərkəzi Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçirəcək.

    Bu barədə DİM-dən məlumat verilib.
    Bildirilib ki, mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları respublikamızın 24 şəhər və rayonunda təşkil olunacaq. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.
    İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məkətbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.
    Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.

  • Starmer: Putin atəşkəsin yubadılmasının səbəbkarıdır

    Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya Prezidenti Vladimir Putini Rusiya və Ukrayna arasında atəşkəsi “əngəlləməkdə” ittiham edib.

    Bunu Starmer Putinin Türkiyədə sülh danışıqları üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina etməsi ilə əsaslandırıb.

    “Bu gün baş verənlər, Putinin vaxt uzatdığının daha bir sübutudur. Məhz Putin atəşkəsin gecikməsinin səbəbkarıdır. Ukrayna çoxdan, bir neçə ay əvvəl, 30 günlük şərtsiz atəşkəs istədiyini aydın şəkildə bəyan edib və biz çoxdan deyirik ki, məhz Putin bu sülhə gedən yolda dayanıb”, – Baş nazir bildirib.//report

  • Albaniya neft emalı sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır

    Albaniya neft emalı sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

    Apa-nın Tiranaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Albaniya energetika və infrastruktur nazirinin müavini Ceno Klosi bildirib.

    Nazir müavini qeyd edib ki, Azərbaycanı bu sahədə böyük təcrübəyə malik ölkə hesab edirlər.

  • 6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

    6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.

    Median.Az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlanır.

    Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.

    Daha ətraflı süjetdə: