Month: May 2025

  • Qəzzada ölənlərin sayı 52 min 928-ə yüksəldi

    İsrailin 7 oktyabr 2023-cü ildən bu yana intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 52 min 928-ə, yaralıların sayı isə 119 min 846-ya yüksəlib.

    Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Açıqlamada, son 24 saatda İsrailin hücumları nəticəsində 20 nəfərin həyatını itirdiyi, 125 nəfərin isə yaralandığı bildirilib.

    İsrailin atəşkəsi birtərəfli qaydada pozduğu 18 martdan bu yana ölənlərin sayının 2 min 799-a, yaralıların sayının isə 7 min 805-ə yüksəldiyi bildirilib.

    Qeyd olunub ki, İsrailin hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi can itkisi 52 min 928 nəfərə, yaralı sayı isə 119 min 846 nəfərə yüksəlib.
    //azxeber

  • Şahdağa qar yağır – FAKTİKİ HAVA

    Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Naxçıvan, Şahbuz, Ordubad, Quba, Qusar, Qrız, Lerik, Qəbələ, Qobustan, Oğuz, Şəki, Zaqatala, Balakən, Xınalıq, Xaltan, Gəncə, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Naftalan, Şəmkir, Astara, Bərdə, Goranboy və Daşkəsəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

    Şahdağda isə qar yağması müşahidə olunur.

    Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 26 m/s-dək güclənir. Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Qrız, Xaltan və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 21, Aran rayonlarında 25, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti qeydə alınır.

  • Kosmetoloq müştərisinin qızıllarını ələ keçirib lombarda qoydu

    Abşerondakı gözəllik salonlarından birinin kosmetoloqu müştərisinə qarşı dələduzluq edib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, kosmetoloq S.E. müştərisinin 9 000 manat dəyərində olan qızıl-zinət əşyalarını ələ keçirib.

    O, müştərisini inandırıb ki, qızıl-zinət əşyaları toya getmək üçün lazımdır. Müştərisi sonradan kosmetoloqa zəng edib qızılları geri almaq istəsə də, ona zəng çatmayıb. Qarşı tərəf məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət edib.

    S.E. şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, qızıllar 3 300 manat müqabilində lombarda qoyulub. Bundan sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Məhkəmə prosesi zamanı S.E. özünü qismən təqsirli bilib. O iddia edib ki, müştərisi həmin qızılları ona 2 000 ABŞ dollarına satmaq istəyib. Keçmiş həyat yoldaşı da qızılları lombarda girov qoyaraq alınan pulu müştəriyə verməsini tövsiyə edib. S.E. qızıllar lombarda qoyulduqdan sonra alınan pulu keçmiş əri vasitəsi ilə müştərisinə verib. Lakin həm zərərçəkən, həm də S.E.-nin keçmiş əri onu dediklərinin yalan olduğunu bildirib.

    Məhkəmənin hökmü ilə S.E. 2 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Bakıda güclü külək: Ağac avtomobilin üzərinə aşdı – VİDEO

    Bakının Nəsimi rayonunun 28 May küçəsində güclü külək ağacı avtomobillərin üzərinə aşırıb.

    Hadisə nəticəsində hərəkətdə olan iki avtomobilə ziyan dəyib.

    Xəsarət alan olmasa da, yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

    Hazırda tıxac aradan qaldırılıb və yolda hərəkət bərpa edilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ağacın ərazidən uzaqlaşdırılaraq hərəkətin tam bərpası üçün tədbir görülür.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Peskov: “Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna tərəfini gözləyəcək”

    “Kreml hələlik Türkiyədə Ukrayna ilə danışıqlarda Moskvanı kimin təmsil edəcəyini açıqlamır. Lakin Rusiya nümayəndə heyəti 15 may tarixində mütləq orada olacaq və Kiyev nümayəndələrini gözləyəcək”.

    Median.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

    O, Rusiya nümayəndə heyətinin tərkibinin artıq təqdim edilib-edilməyəcəyi ilə bağlı suala cavablandırıb.

    “Xeyr, bu baxımdan heç nə dəyişməyib. Biz bunu prezidentdən müvafiq göstərişlər aldıqda edəcəyik. Hələlik belə göstərişlər olmayıb”, – deyə Peskov vurğulayıb.

    O, ölkə Prezidenti Vladimir Putinin 11 may gecəsi verdiyi bəyanatların öz aktuallığını qoruduğunu vurğulayıb.

    “Rusiya nümayəndə heyəti Ukrayna nümayəndə heyətini sabah İstanbulda gözləyəcək”, – deyə dövlət başçısının mətbuat katibi xatırladıb.

  • Армия Израиля призвала эвакуировать три порта в Йемене

    Армия обороны Израиля (ЦАХАЛ) в очередной раз призвала находящихся в трех портах Йемена людей к эвакуации. “Повторное предупреждение” касается контролируемых хуситами йеменских портов Рас-Иса, Ходейда и Эс-Салиф.

    Об этом написал в среду, 14 мая, представитель ЦАХАЛ на арабском языке на платформе X.

    Эти расположенные на берегу Красного моря в провинции Эль-Ходейда порты используются хуситами для “террористической деятельности”, поэтому людям не следует находиться вблизи этих объектов ради собственной безопасности, указывается далее.

    С аналогичным призывом представитель израильской армии уже выступал 11 мая. Никакой официальной информации об израильских атаках после этого предупреждения не поступало. Хуситы за последние дни совершили несколько ракетных обстрелов Израиля. Последняя атака имела место утром 14 мая, ракету перехватили израильские военные.

  • İsrail ordusu Yəməni üç limanını boşaltmağa çağırdı

    İsrail Müdafiə Qüvvələri (SAXAL- IDF) bir daha Yəmənin üç limanındakı insanları təxliyə etməyə çağırıb. “Təkrar xəbərdarlıq” husilərin nəzarətində olan Yəmənin Ras-İsa, Hodeyda və Əs-Salif limanlarına aiddir.

    Bu barədə SAXAL nümayəndəsi “X” hesabında ərəb dilində yazıb.

    Bildirilib ki, Əl-Hodeyda əyalətində Qırmızı dəniz sahilində yerləşən bu limanlardan husilər tərəfindən “terrorçuluq fəaliyyəti” üçün istifadə olunur, ona görə də insanlar öz təhlükəsizlikləri üçün bu obyektlərə yaxın olmamalıdırlar.

    Qeyd edək ki, İsrail ordusunun nümayəndəsi mayın 11-də artıq analoji çağırışla çıxış etmişdi. Bu xəbərdarlıqdan sonra İsrailin hücumları ilə bağlı rəsmi məlumat yoxdur. Husilər son günlər İsrailə bir neçə raket zərbəsi endiriblər. Son hücum mayın 14-də səhər saatlarında baş verib və İsrail hərbçiləri tərəfindən qarşısı alınıb.

  • Təbrizdə Qacarlar dövrünə aid tarixi tikili sökülüb

    Təbriz şəhərində Qacarlar dövrünə aid tarixi ev hökumət qurumunun göstərişi ilə uçurdulub.

    “Azad İran” “Telegram” kanalı xəbər verir ki, görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

    Hələlik Təbrizin Mədəni İrs İdarəsi məsələyə münasibət bildirməyib. Eyni zamanda, tarixi evin dağıdılmasında kimin məsuliyyət daşıdığı da bəlli deyil.

  • Полиция задержала подозреваемого в массовом мошенничестве через страницу Daşqın əmlak ofisi в TikTok

    В Баку сотрудниками полиции задержан подозреваемый в совершении массовых мошеннических действий в отношении группы граждан через страницу Daşqın əmlak ofisi в TikTok.

    Как сообщили в пресс-службе Министерства внутренних дел Азербайджана, к уголовной ответственности привлечен 29-летний Дашгын Мамедов – руководитель Daşqın əmlak ofisi, рекламируемой известными блогерами.

    В Хатаинском районном управлении полиции в его отношении возбуждено уголовное дело по статье о мошенничестве, ведутся следственные действия.

    Возмещение ущерба, нанесенного гражданам, находится в центре внимания следствия, сотрудниками полиции принимаются меры.

    Отметим, что в Баку граждане, поверив рекламе компании по купле-продаже на TikTok, утверждают, что потеряли свои деньги в надежде стать владельцами квартир. По их словам, компания, рекламируемая также известными лицами в социальных сетях, присвоила крупные суммы средств. Авторитет известных личностей в социальных сетях сыграл большую роль в том, что пострадавшие поверили обещаниям компании. Хотя некоторые из пострадавших говорят, что передали деньги неофициально, есть и те, кто произвел оплату с нотариальным заверением.

  • Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri SAXLANILDI

    Bakıda bir qrup vətəndaşa qarşı “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, tanınmış bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri – 29 yaşlı Daşqın Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

    Onun barəsində Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

    Vətəndaşlara vurulan zərərin ödətdirilməsi istintaqın diqqətindədir, polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Qeyd edək ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkət külli miqdarda vəsaitlərini mənimsəyib. Şikayətçilərin sözlərinə görə, şirkətin verdiyi vədlərə inanmalarında sosial şəbəkələrdəki tanınmış simaların təsiri böyük olub. Zərərçəkənlərdən bəziləri pulu qeyri-rəsmi qaydada verdiklərini desələr də, aralarında notarial təsdiqlə ödəniş edənlər də var.