Month: May 2025

  • Проблема с оплатой проезда в общественном транспорте решена в Баку

    Проблема с оплатой проезда в общественном транспорте решена в Баку.

    Об этом сообщил пресс-секретарь Агентства наземного транспорта Азербайджана Турал Оруджов.

    “Из-за неполадок с интернет-соединением в системе, оператором которой является ООО K Group, сегодня с 11:33 до 12:15 было невозможно оплатить проезд в метро и автобусах онлайн. В настоящее время проблема устранена, пассажиры могут осуществлять платежи, создавая QR-коды”, – сказал он.

  • Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI

    “İctimai nəqliyyatda ödənişlə bağlı problem həll olunub”.

    Bu barədə ərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib.

    “K Group” MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda bu gün saat 11:33-dən 12:15-dək onlayn ödəniş etmək mümkün olmayıb. Hazırda problem aradan qaldırılıb, sərnişinlər ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər”, – deyə T.Orucov bildirib.

  • Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilmiş Bəhruz Əhmədov, Baş prokuror Kamran Əliyev tərəfindən Hərbi Prokurorluğun kollektivinə təqdim edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev, prokurorluq orqanlarına göstərilən yüksək etimada, daima olan diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edərək dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının mütərəqqi nəticələrini qeyd edib, bu islahatların prokurorluq orqanlarında daha da dərinləşdiyini və prokurorluq fəaliyyətinin təkmilləşdiyini vurğulayıb.

    Baş prokuror, həmçinin Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlərin icrasının davam etdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədilə zəruri tədbirlərin görülməsi, Konstitusiya və qanunlarla nəzərdə tutulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsi, eləcə də bu sahədə digər dövlət qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

    Bundan sonra çıxış edən Hərbi prokuror Bəhruz Əhmədov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək qanunla Hərbi Prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin layiqli şəkildə icra ediləcəyinə əminliyini bildirib. Hərbi Prokurorluğun bundan sonra da dövlətimiz və xalqımıza sədaqət və məsuliyyətlə xidmət edəcəyini deyib.

  • Kürdəmirdə qadın əməliyyatdan sonra öldü

    Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib. 

    TƏBİB-in sorğumuza verdiyi cavabda pasiyentin ölümünün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirməyin mümkün olduğu bildirilib. 
    Qeyd olunub ki, mayın 12-də saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 
    Ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb. 
    Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-də saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.
    Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür.
    * * *
    Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.
    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
    Məlumata görə, rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı qızı Abdullayevanın apendektomiya cərrahi əməliyyatından (kor bağırsağın çıxarılması) sonra halı pisləşib və ölüb.
    Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.
    Faktla bağlı araşdırma aparılır.

  • Əhaliyə xəbərdarlıq – Sabah saat 10:00-dan…

    Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

    Biləsuvar rayonu ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb.
    Bu səbəbdən, mayın 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə və 18 kənd olmaqla, ümumilikdə 16 min abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Türkiyədə saxta içkilərdən ölənlərin sayı 109-a yüksəldi

    Ankarada son üç ayda saxta spirtli içkilərin istifadəsi nəticəsində həyatını itirənlərin sayı 109-a çatıb.

     
    Azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən saxta spirtli içki istehsalı və satışı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 564-ə yüksəlib. Onlardan 44 nəfər istintaq altında saxlanılır.
    Hazırda bu işlərlə bağlı istintaq fayllarının sayı 169-a çatıb. Prokurorluq, hər bir şübhəli üçün ayrıca ittihamnamələrin hazırlanacağını bildirib.
     
    Qeyd edək ki, 29 nəfərin reanimasiyada müalicəsi davam edir.
     

  • “Melissa Group”un rəhbəri həbsdən buraxıldı

    Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.

    Bu barədə “Qafqazinfo”ya etibarlı mənbədən məlumat daxil olub.
    Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.

  • Bu şəxslərə pulsuz ev veriləcək – TARİX AÇIQLANDI

    “Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli sərəncamında dəyişiklik edilməsi barədə qərar verib. Yeni imzalanan sənədlə 2025-ci ildə imtiyazlı şəxslərin pulsuz mənzil təminatı davam etdiriləcək”.

    Bunu deputat Vüqar Bayramov qeyd edib.
    O bildirib ki, imtiyazlı şəxslər və ailələrin mənzil təminatı 2025-ci ilin sonunadək deyil, 2030-cu ilədək həyata keçiriləcək:
    “Bu da həmin müddətdə bütün imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatına imkan verəcək. Sərəncama əsasən, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi , o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi davam etdiriləcək.
    Qanunvericiliyə əsasən, 16 avqust 2021-ci il tarixinə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri də imtiyazlı ailələr hesab olunurlar”.
    Millət vəkili əlavə edib ki, hər il dövlət büdcəsindən imtiyazlı şəxslərin mənzil təminatı üçün vəsait ayrılır:
    “İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar, əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. 2025-ci ildə isə daha 1000 mənzilin verilməsi nəzərdə tutulub”.

  • Maşını ilə Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR

    Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.

    Bu barədə Dövlət Turizm Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumat yayıb.
    “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.
    2025-ci ilin mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. Qeyd edək ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.
    “Yolumuz Qarabağa” portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq.
    Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla, maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
    Vətəndaşlar həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.

  • DİN məlumat yaydı – Bu zənglərlə danışıq aparmayın!

    Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 
    Bildirilib ki, onlayn cinayət davam edən və artan kiber təhlükədir:
    “Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir”.
    Məlumatda qeyd olunub ki, mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.