Month: May 2025

  • Bu şəhərlərdə isti insanı öldürə bilər (SİYAHI)

    Son onillikdə dünya üzrə iqlim dəyişikliyinin təsiri ilə temperatur rekordları, uzunmüddətli istilik dalğaları və ekstremal hava şəraiti halları ciddi şəkildə artıb. Bu proses bəzi şəhərləri yaşayış üçün təhlükəli hala gətirib. 

    Median.Az xəbər verir ki, “Interesting Engineering” nəşri planetin ən isti və yaşamaq üçün əlverişsiz doqquz bölgəsini təqdim edib.

    1. Ölüm vadisi, ABŞ

    Şimali Amerikanın ən isti bölgəsidir. 2020-ci ildə burada temperatur +54,4°C-ə çatıb. Uzun sürən quraqlıqlar və yandırıcı günəş bu ərazidə istilik rekordlarını hər il yeniləyir.

    2. Ceykobabad, Pakistan

    Burada istilik və rütubət birləşərək ölümcül şərait yaradır. 2021-ci ildə temperatur +52°C olmuşdu. Bu səviyyə insan bədəninin normal fəaliyyətini poza biləcək qədər təhlükəlidir.

    3. Bəsrə, İraq

    Dünyanın ən isti şəhərlərindən biridir. 2023-cü ildə burada +53,9°C qeydə alınıb. Su qıtlığı və tez-tez baş verən elektrik kəsintiləri vəziyyəti daha da ağırlaşdırır.

    4. Feniks, ABŞ

    Hər il “şəhər sobası” təsiri güclənir. 2021-ci ildə +48,3°C temperatur ölçülüb. Asfalt və beton səthlər, su resurslarının azlığı ilə birlikdə təhlükəli mikroiqlim yaradır.

    5. Turbat, Pakistan

    2017-ci ildə ölkə üzrə rekord olan +53,7°C ilə qeydə alınıb. Əhalisi az olan bu kasıb bölgə iqlim dəyişikliyinə qarşı çox həssasdır.

    6. Əhvaz, İran

    2017-ci ildə +53,7°C ilə rekord temperatur müşahidə olunub. Sənaye şəhəri olan Əhvazda hava çirkliliyi, toz fırtınaları və soyutma sistemlərinin yoxluğu həyatı son dərəcə çətinləşdirir.

    7. Dehli, Hindistan

    2022-ci ildə paytaxt +49°C temperaturla rekord qırıb. Sürətli şəhərləşmə və meşələrin məhv edilməsi Dehlini istilik tələsinə çevirib.

    8. Küveyt şəhəri, Küveyt

    2016-cı ildə burada +54°C qeydə alınıb – bu, Yer kürəsində ölçülmüş ən yüksək temperatur göstəricilərindən biridir.

    9. Dallol, Efiopiya

    İllik orta temperaturu +34,6°C ilə planetin ən isti bölgəsidir. İlin demək olar ki, bütün günlərində temperatur +30°C-dən yuxarıdır, bu isə bölgəni yaşayış üçün son dərəcə əlverişsiz edir.

  • Ağdamda 32 yaşlı kişini ilan sancıb

    Ağdamda 32 yaşlı kişini ilan sancıb.

    Hadisə rayonun Qaradağlı kəndində baş verib.

    Belə ki, kənd sakini Mirzəyev Razim Rəfayıl oğlu sahədə işləyərkən ilan onun sağ əlindən sancıb. R.Mirzəyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    İlkin müayinə olunub ilan zəhəri əlehinə zərdab vurulub.//report

  • Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz

    “Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə pensiya yaşına çatmasını gözləmədən də öz pensiyasından imtina edərək mərhum həyat yoldaşının pensiyasının alınmasına keçid edə bilər”.

    Bu sözləri hüquqşünas Turan Abdullazadə “Referans”-a açıqlamasında deyib.

    Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

    “Azərbaycan Respublikasının qanununa əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur”.

    Hüquqşünas qeyd edib ki, dünyasını dəyişmiş ailə başçısının əmək pensiyası bir sıra səbəblərdən ailəsinin digər üzvlərinə verilə bilər.

    “Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Vəfat etmiş və ya həlak olmuş şəxslərin övladlarının, 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar lakin ən çoxu 23 yaşına çatanadək, ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa bu hüquqdan istifadə edə bilər. Yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə də bu hüquqdan istifadə edə bilər”.

    Turan Abdullazadə son olaraq vurğulayıb ki, öz əmək pensiyasından imtina edərək həyat yoldaşının əmək pensiyasını almaq istəyən vətəndaş bunun üçün Fondun regional filialına və ya DOST mərkəzlərinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron qaydada müraciət edə bilər.

  • 3 manata satılan kabablar hansı ətdən hazırlanır? (VİDEO

    Şəhərin müxtəlif yerlərində 3 manata kabab elanlarını görmüsünüz. Məlum təklifə sosial şəbəkələrdə də tez-tez rast gəlirik.

    Bu qiymətə kabab təklif edənlərin bir çoxu hətta çörəyin və çatdırılma xidmətinin qiymətini də bu məbləğə daxil edirlər.

    Bəs hazırda ətin 1 kiloqramı alıcılara neçəyə təklif olunur ki, bəzi kababçılar kababı 3 manata satırlar?

    Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov deyir ki, kababların ucuz qiymətə satılmasının əsasən 2 səbəbi ola bilər. Ya bu heyvanlar fermerlərdən çox ucuz qiymətə alınır, ya da onların yaşı çoxdan keçib.

    Ekspert bildirir ki, kababın qiyməti onun keyfiyyətinə zəmanət vermir. Alıcılar qida alarkən satış yerinin gigiyena və qida təhlükəsizliyi tələblərinə əməl edib-etmədiyini diqqətlə yoxlamalıdırlar. Şübhəli məqamlara rast gəldikdə isə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmək tövsiyə olunur.

  • 60 yaşdan sonra insanlar üçün ən vacib fiziki hərəkət açıqlandı

    Yaşlandıqca əzələ gücü, tarazlıq və hərəkətlilik azalır. Mütəxəssislər isə bu prosesin qarşısını almaq üçün ən effektiv və sadə üsullardan birinin gəzərək edilən ayaq atımları (gəzinti ilə lunge) olduğunu bildirir. 

    Median.Az xəbər verir ki, “The Guardian” nəşrinin yazdığına görə, bu hərəkət idman zalına ehtiyac olmadan, ev şəraitində də rahatlıqla yerinə yetirilə bilər və klassik push-up və çömbəlmə hərəkətlərindən daha təsirli sayılır.

    Niyə bu hərəkət önəmlidir?

    Şəxsi məşqçi Cennifer Tardiff bildirir: “Ayaq atımları çox vaxt dəyəri yetərincə bilinməyən bir hərəkətdir. Mən bunu bütün müştərilərimə tövsiyə edirəm. Bu, hərəkət məhdudiyyəti olan insanlara da böyük fayda verir”.

    Onun sözlərinə həmkarı Ceyk Dirdən də qoşulur və əlavə edir ki, bu hərəkət bədəndə güc, balans, koordinasiya və dayanıqlılıq yaratmağa kömək edir.

    Hərəkətin düzgün yerinə yetirilməsi üçün əsas tövsiyələr

    1. Ayaq mövqeyinə diqqət edin – Ayaqlar çiyin enində yerləşdirilməlidir. Addım atarkən, ayaqlarınızı sanki iki paralel dəmir yolunda hərəkət etdirirmişsiniz kimi düşünün. Bir çox insan ip üzərində gedirmiş kimi düz xətt üzrə addımlayır ki, bu da tarazlığı pozur.

    2. Addımın uzunluğunu nizamlayın – Uzun addımlar omba əzələlərini, qısa addımlar isə bud əzələlərini daha çox işlədir.

    3. Arxa dizin hərəkətinə nəzarət edin – Arxa dizi yavaş-yavaş yerə yaxınlaşdırın. Neçə dərəcə bükülsə, hərəkət diapazonu bir o qədər geniş olar və bu daha faydalıdır.

    4. Ayaq barmaqları yerə tam oturmalıdır – Ayaqların yerə tam oturmaması dizin içəriyə əyilməsinə səbəb ola bilər. Baş və kiçik barmaqla təzyiq verərək dizin stabilliyini qorumaq lazımdır.

    5. Hərəkət ritmini qoruyun – Tövsiyə olunan ritm: 1–2 saniyə irəli addım, 1–2 saniyə dizin enməsi, ardınca çevik qalxış.

    6. Yeni başlayanlar üçün tərs addımla başlamaq – Tərs ayaq atımı – arxa ayaqla geri addımlamaq – yeni başlayanlar üçün daha sabit bir başlanğıcdır.

    7. Çəki əlavə edin – Yaşla birlikdə əzələ kütləsi azalır. Ona görə də ağırlıq əlavə etmək qorxulu deyil, əksinə faydalıdır. Gantellərlə çalışmaq güc artımını sürətləndirə bilər.

    8. Təkrar sayını uyğunlaşdırın – Əgər yalnız bədən çəkisindən istifadə edilirsə, hər ayaq üçün 12–15 təkrar, 2–3 set tövsiyə olunur. Ağırlıq əlavə edilərsə, 6–10 təkrar kifayət edir.

    Fərqli ayaq atımı variantları

    * Korpusu işə salmaq üçün: Hər addımda bədəni yana döndərərək top və ya çəkili disk saxlamaq.

    * Ombaları gücləndirmək üçün: “Reverans ayaq atımı” – arxa ayağı çarpaz şəkildə arxaya atmaq.

    Squat yoxsa gəzərək ayaq atımı?

    Ekspertlər bildirir: “Əgər məqsəd yalnız gücdürsə, squat daha effektivdir. Ancaq balans, hərəkətlilik və bədən koordinasiyası əsasdırsa, gəzərək ayaq atımı daha məqsədəuyğundur. Ən yaxşısı isə hər iki hərəkəti proqramınıza daxil etməkdir”.

  • Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq

    Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.

    Median.Az xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib.

    “Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq”, – paylaşımda deyilir.

  • Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib

    Türkiyənin Bursa şəhərində heyvan mənşəli yoluxucu xəstəlik yayılıb.

    Report “Haber Global”a istinadən xəbər verir ki, hadisə Yenişehir rayonundakı Tabakhane məhəlləsində qeydə alınıb.

    Xəstəliyin yayılmasından sonra məhəllədəki heyvan bazarı bir aylıq bağlanıb.

    Həmçinin məhəllədə qeyri-müəyyən müddətə qədər karantin elan olunub.

    Xəstəliyin insanlara keçib-keçməməsi barədə hələ ki məlumat yoxdur.

  • Трамп может присоединиться к переговорам РФ и Украины в Стамбуле

    Bu

    Президент Дональд Трамп может присоединиться к переговорам между Россией и Украиной, которые пройдут в Стамбуле в этот четверг.
    Как сообщает report со ссылкой на Reuters, об этом американский лидер сказал журналистам в Белом доме.
    Трамп назвал оптимистичным решение президентов России и Украины провести прямые переговоры и выразил уверенность в этой встречи. 
    “Я думал о том, чтобы прилететь туда. Я не знаю, где я буду в четверг. У меня так много встреч.  Но такая возможность существует, если я буду уверен, что это принесет пользу” — сказал он.
    Американский лидер также выразил уверенность в том, что российская сторона согласится на условия о 30-дневном прекращение огня с Украиной. 

  • Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər

    ABŞ Prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qoşula bilər.

    Report “Reuters”ə istinadən xəbər verir ki, bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərə bildirib.
    Tramp Rusiya və Ukrayna prezidentlərinin birbaşa danışıqlar aparmaq qərarını nikbin adlandırıb və bu görüşün səmərəli olacağına əminliyini ifadə edib.
    “Cümə axşamı harda olacağımı bilmirəm. O qədər görüşlərim var ki. Amma faydalı olacağına əmin olsam, getməyim də bir ehtimaldır”, – o deyib.
    Amerika lideri, həmçinin Rusiya tərəfinin Ukrayna ilə 30 günlük atəşkəs şərtləri ilə bağlı razılaşacağına inandığını vurğulayıb.

  • В Сумгайыте обнаружено тело 67-летней женщины

    В 26-м микрорайоне Сумгайыта обнаружено тело пожилой женщины.

    Как сообщает местное бюро report, тело Гюльнары Рзаевой (1958 г.р.), было обнаружено вблизи магазина.

    По факту в прокуратуре Сумгайыта ведется расследование.