Month: May 2025

  • Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır – VİDEO

    Paytaxtın Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən çoxmərtəbəli binanın üzlük daşları qopub tökülür.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 2008-ci ildə ”Konsul” MTK tərəfindən tikilərək sakinlərin istifadəsinə verilmiş 14 mərtəbəli binanın fasadında problemlər yaranıb.

    Sözügedən binanın yaxınlığında yaşayan İlahə Məcidovanın iddiasına görə, bu hal bir neçə dəfə təkrar olunub ki, bu da ərazidən keçənlər üçün ciddi təhlükə yaradır.

    Sakinlər bildiriblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı tikinti şirkətinə də məlumat veriblər.

    İlahə Məcidova onu da iddia edir ki, fasaddan qopan üzlük daşı bir avtomobilə zərər vurub.

    Binanın komendantı Ağa Əhmədovun sözlərinə görə, belə hadisə bir dəfə 6-7 ay əvvəl olub, bina yoxlanılıb və belə halın təkrarlanması ehtimalı yoxdur. Həmçinin qopan üzlük daşların yerinə yenilərinin əlavə ediləcəyini də bildirib.

    Ətraflı süjetdə:

  • Продолжается суд над Рубеном Варданяном

    Продолжается судебное разбирательство по уголовному делу в отношении Рубена Варданяна, обвиняемого по таким статьям Уголовного кодекса Азербайджанской Республики (УК АР), как применение пыток, наемничество, нарушение законов и обычаев ведения войны, терроризм, финансирование терроризма и другие тяжкие преступления.

    Как передает Report, судебное заседание проходит в Бакинском судебном комплексе под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Отметим, на предыдущем процессе потерпевшие дали показания.

    Напомним, Рубену Варданяну предъявлены обвинения в совершении деяний, предусмотренных статьей 100 (планирование, подготовка, развязывание или ведение агрессивной войны), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 112 (лишение свободы в нарушение норм международного права), 113 (применение пыток), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 214 (терроризм), 214-1 (финансирование терроризма) УК АР.

    Кроме того, он обвиняется в совершении деяний, предусмотренных статьями 218 (организация преступного сообщества (преступной организации), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (деяния, создающие угрозу авиационной безопасности), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп), 318 (незаконное пересечение государственной границы Азербайджанской Республики) УК АР.

  • Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir

    Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

    Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

  • Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı

    İşğaldan azad edilmiş Ağdam şəhərində tikintidə hadisə baş verib.

    Tikintidə işləyən fəhlə Sənan Mustafayev yıxılıb və sinəsinə armatur batıb. Yaralı Bərdə Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

    Yaralının xilas edilməsi məqsədilə diaqnostika mərkəzinə FHN-in xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.

    Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
    //oxu.az

  • Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb

    Ali təhsil pilləsinin doktorantura səviyyəsinə 13 may saat 11:00-dan sənəd qəbulu prosesinə başlanılıb.

    Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilib ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

    Qəbul iyunun 2-də başa çatacaq.

  • Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir

    Tərtərdə qətl törədilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

    Kənd sakini Şəhriyar Hüseynov gəlini Hafizə Rzayevanı qətlə yetirib.

    Araşdırma aparılır.

  • İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güleri qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib. Bununla yanaşı, dövlətimizin başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlətimizin başçısı deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

    Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Güler ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

    Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd edib ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirib. Yaşar Güler bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirib və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxunub.

    Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini deyib.

    Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunulub, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb.

    Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulanıb.

    Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.



  • В Азербайджане работодатели оштрафованы на 4 000 манатов за эксплуатацию детского труда

    Лица, привлекшие к работе подростков, не достигших 15 лет, оштрафованы на 4 000 манатов.

    Об этом говорится в ежегодном отчете Национального координатора по борьбе с торговлей людьми за 2024 год.

    Еще по двум фактам, связанным с привлечением к работе подростков в возрасте до 15 лет, выявленным при рассмотрении поступивших обращений, виновным лицам назначено административное наказание в виде штрафа в размере 4 000 манатов.

    Отметим, что ежегодный отчет Национального координатора по борьбе с торговлей людьми был вынесен на обсуждение на совместном заседании комитетов Милли Меджлиса по правам человека, правовой политике и государственному строительству.
    //oxu.az

  • 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər

    15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4000 manat cərimə ediliblər.

    Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.

    Qeyd olunub ki, daxil olan müraciətlərə baxılması zamanı aşkarlanmış 15 yaşına çatmamış yeniyetməni işə cəlb etməklə bağlı daha iki fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4000 manat inzibati cərimə tətbiq olunub.

    Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
    //oxu.az

  • Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)

    Bakıda qətl törətməkdə təqsirləndirilən paytaxt sakinləri – Əli Eybatov, Emin Ələsgərov və Fərrux Qasımovun cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda istintaq zamanı cinayət işinə əlavə olunan sənədlər tədqiq olub. Bununla yanaşı, Bakıxanov qəsəbəsi ərazisində qəsəbə sakini 26 yaşlı Səbuhi Əhmədlinin qətlə yetirildiyi ərazidəki veb-kamerada qeydə alınan görüntülər nümayiş etdirilərək analiz olunub.

    Hadisənin anbaan qeydə alındığı dəhşətli videodan görünür ki, Əli Eybatov Səbuhi Əhmədliyə bir neçə bıçaq zərbəsi vurub. Daha sonra onun köməksiz vəziyyətindən istifadə edərək təqsirləndirilənlər S.Əhmədliyə yenidən digər əşya ilə zərbələr endirərək onun huşsuz vəziyyətə düşməsinə səbəb olublar.

    Prokuror təqsirləndirilənlərə sual verərək yaralı şəxsə yenidən zərbə endirməklərinin səbəbini soruşduqda onlar bu hərəkətlərinin Səbuhi Əhmədlinin əlindəki bıçaqla onlara hücum etməsi ilə əsaslandırıblar. Səbuhi Əhmədlinin əlində bıçağın olmasına gəlincə isə, bu, göruntülərdən aydın görünmədiyi üçün proses iştirakçılarına qaranlıq olaraq qalıb.

    Proses naməlum tarixədək təxirə salınıb.

    Qeyd edək ki, hadisə 2024-cü ilin martın 9-da saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. İstintaq zamanı qətlin törədilməsində iştirakçı kimi şübhəli bilinən daha iki nəfər Emin Ələsgərov və Fərrux Qasımov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
    //oxu.az