Month: May 2025

  • Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb

    Sumqayıtda 67 yaşlı qadının meyiti aşkarlanıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 26-cı məhəlləsində qeydə alınıb.

    1958-ci il təvəllüdlü Gülnarə Rzayevanın meyiti marketin yaxınlığında aşkar olunub.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi oldu – RƏSMİ

    İtalyan mütəxəssis Karlo Ançelotti Braziliya milli futbol komandasının baş məşqçisi olub.

    Təyinatı Braziliya Futbol Konfederasiyası (CBF) rəsmi olaraq “X” sosial şəbəkəsində bəyan edib.

    Hazırda Madridin “Real” klubunu çalışdıran məşqçi yeni vəzifəsinə klub mövsümü başa çatdıqdan sonra başlayacaq.

    Məlumata görə, Ançelotti Braziliya milli komandasına 2026 Dünya Çempionatının seçmə mərhələsində Ekvador (6 iyun) və Paraqvayla (11 iyun) oyunlarda rəhbərlik edəcək.

  • Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır

    Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır.

    Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib

    İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır

    Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.

  • HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək

    HAMAS 2023-cü ilin oktyabr ayından Qəzzada saxlanılan ikili vətəndaşlığı (ABŞ-İsrail) olan əsir Edan Aleksandrı bu gün azad edəcək.

    Bu barədə HAMAS açıqlama yayıb.

    Bildirilib ki, İsrail əsilli amerikalı əsir Edan Aleksandrın azad edilməsi Qəzza zolağının cənubundakı Xan Yunisdə baş tutacaq. Onun bu gün mərasimsiz şəkildə sərbəst buraxılması planlaşdırılır.

    Qeyd edək ki, HAMAS ötən gün Edan Aleksandrın azad ediləcəyini açıqlamışdı.

    Məlumata görə, Edan Aleksandrın azad edilməsi üçün ABŞ və HAMAS arasında danışıqlar son 5 gün ərzində aparılıb.

    “Atəşkəs üçün davam edən vasitəçilik səyləri çərçivəsində HAMAS son günlər ABŞ administrasiyası ilə əlaqə saxlayıb və böyük pozitivlik nümayiş etdirir. İsrail əsgəri Edan Aleksandrın azad edilməsi atəşkəsə nail olmaq, keçidləri açmaq və Qəzzaya yardıma icazə vermək üçün atılan addımların bir hissəsi olacaq”, – HAMAS-ın bəyanatında qeyd olunub.

    HAMAS həmçinin bu müddət ərzində vasitəçilik edən Qətər, Misir və Türkiyənin səylərini yüksək qiymətləndirdiyini bəyan edib.

    \apa

  • Президент Азербайджана Ильхам Алиев поздравил турецкого коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев поздравил своего турецкого коллегу Реджепа Тайипа Эрдогана.

    Соответствующий пост опубликован на странице главы государства в социальной сети X.

  • Azərbaycan Prezidenti türkiyəli həmkarını təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

    Bu barədə Azərbaycan dövlət başçısının “X”dəki rəsmi səhifəsində paylaşım edilib.

    Paylaşımda deyilir:

    “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”.

  • Sevgisiz böyüyən uşaqlar DAHİ olur – ARAŞDIRMA

    İntuisiya ilə düşünəndə, uşağın intellektual və yaradıcılıq inkişafı üçün ən yaxşı şəraitin sabit və qayğıkeş ailədə yarandığı qənaətinə gəlmək olar.

    Median.Az “The Conversation” elmi nəşrinə istinadən xəbər verir ki, istedad və emosional rifah bir-biri ilə yanaşı getmir:
     
    “Məşhur yaradıcı şəxslərin bioqrafiyalarının təhlili göstərir ki, onların bir çoxu psixoloji sabitliyin olmadığı mühitdə böyüyüblər. Gözləntilərin əksinə olaraq, uşaqlıqda yaşanan çətinliklər tez-tez zəngin daxili dünyanın və təsəvvür gücünün formalaşması üçün əsas olur. Bu da psixoloji müdafiənin bir növüdür. Ağrı və təkliyə cavab olaraq yaradılan xəyali ssenarilər zamanla bədii ideyalara, mətnlərə, rəsmlərə və obrazlara çevrilir.

    Ən tanınmış nümunələr arasında Vinsent van Qoq, Frans Kafka, Edqar Allan Po, Virciniya Vulf və Şineyd O’Konnor var. Onların hamısı ağır uşaqlıq illəri yaşamış, lakin bənzərsiz bədii nailiyyətləri ilə dünya şöhrəti qazanmışlar. Lakin çox vaxt bu yaradıcı dahi insanlar dərin daxili ziddiyyətlər və psixoloji pozğunluqlarla mübarizə aparıblar.

    Son araşdırmalardan biri yaradıcılığın inkişafında iki əsas trayektoriyanı fərqləndirir:

    Müsbət model: Uşaq, ilhamverici valideynləri müşahidə edərək oyun və təqlid yolu ilə özünü reallaşdırmağa çalışır.

    Müdafiə modeli: Yaradıcılıq, dəstək və sevgi çatışmazlığından doğan narahatlıqla mübarizə vasitəsinə çevrilir.

    Britaniyalı psixoanalitik Donald Vinnikott “Oyun və reallıq” (1971) adlı kitabında bu mexanizmi belə izah edir:
     
    Uşaq emosional boşluqla qarşılaşdıqda kompensasiyaedici davranış formaları, ritual, fantaziya və xəyali dünyalar yaradır. Zaman keçdikcə bu mexanizmlər sabit yaradıcı bacarıqlara çevrilə bilər. Lakin bununla yanaşı, davranış çətinlikləri və sosial əlaqələr qurmaqda problemlər də yarana bilər.
     
    Bəzi tədqiqatçılar hesab edirlər ki, ailədə yaşanan mülayim çətinliklər istedadın inkişafı üçün stimul ola bilər. Lakin müəyyən bir stres həddini aşdıqda, mənfi nəticələr potensial faydalardan üstün olur.

    Yəni sınaqla dəstək arasındakı balans əsas amildir bu balans müəyyən edir ki, erkən yaşantılar yaradıcılıqla ifadə olunacaqmı, yoxsa dağıdıcı daxili konfliktlərə çevriləcək”. (lent.az)

  • AFFA cərimələri artıracaq, klublara dəstək ödənişi azaldılacaq

    AFFA bütün liqalarda cərimələri artırmaq qərarını verməyə hazırlaşır.

    Median.Az İdmanxəbər.az-a istinadən xəbər verir ki, AFFA Premyer Liqa klublarına verdiyi üç milyon manatı azaldaraq 2.5 milyon AZN-ə çatdırıb. Qurum bununla da kifayətlənmək niyyətində deyil.

    AFFA yeni mövsümdən Premyer Liqa daxil olmaqla, bütün liqalarda cərimələri artırmağı planlaşdırır.

    İntizam Komitəsinin qərarlarına əsasən, tətbiq olunan cərimələr yeni mövsümdən bir neçə dəfə artırıla bilər. AFFA bu məsələni götür-qoy edir və qarşıdakı iclaslarda bu, əsas müzakirə mövzularından biri olacaq.

    Məsələ bu ayın axırlarında planlaşdırılan AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısında müzakirəyə çıxarılacaq və son qərar veriləcək.

    Qeyd edək ki, federasiya Premyer Liqa klublarının hər birinə 3 milyon, I Liqa komandalarına 300 min, II liqada çıxış edən kollektivlərin isə hərəsinə 50 min manat pul ayırır.

  • Məhkəmə Əziz Orucovla bağlı qərar verib

    “Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsəsən, Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

    Bir qədər əvvəl 206.3.2-ci maddəsi üzrə cinayət işinə xitam verilib.

  • Стоимость золота рухнула на фоне переговоров США и Китая

    Мировые цены на золото, выросшие в мае на 3.7%, снизились в понедельник, 12 мая, почти на 4%, примерно до 3 215 долларов за тройскую унцию, теряя на момент написания материала 3.85%.

    Об этом свидетельствуют данные торгов.

    Обвал стоимости драгметалла произошел на фоне новости о заключенных США и Китаем договоренностях, фактически остановивших развернувшуюся с начала апреля торговую войну – с нынешних 145% и 125% Вашингтон и Пекин на 90 дней опустят взаимные тарифы до 30% и 10% соответственно.