Month: May 2025

  • İlham Əliyev yeni rektor TƏYİN ETDİ

    Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin olunub.

  • Azərbaycanla Somali arasındakı saziş TƏSDİQLƏNDİ

    Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, sənəd 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanıb.

  • По инициативе Лейлы Алиевой проживающим в регионах детям и подросткам подарили велосипеды

    11 мая по инициативе вице-президента Фонда Гейдара Алиева, учредителя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой была проведена специальная социальная акция для детей и подростков, проживающих в Хызынском, Губинском, Гахском и Евлахском районах.

    В рамках акции, проведенной при поддержке Федерации велосипедного спорта Азербайджана, 200 детям и подросткам в возрасте от 6 до 18 лет из каждого района, всего 50 человек, были подарены велосипеды и соответствующее защитное снаряжение.

    Основная цель этой регулярно проводимой инициативы – создать условия для более эффективного проведения досуга детей, проживающих в регионах, повысить их интерес к спорту и здоровому образу жизни, поощрять физическую активность, а также популяризировать использование велосипедов как экологически чистого вида транспорта.

    Дети, принявшие участие в мероприятии, с большой радостью приняли врученные им подарки и выразили благодарность организаторам за инициативу.

    Стоит отметить, что по инициативе вице-президента Фонда Гейдара Алиева, учредителя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой регулярно реализуются масштабные проекты, охватывающие гуманитарную, образовательную, медицинскую, социальную, экологическую и другие сферы, как в различных регионах нашей страны, так и во многих странах мира.

    Эти инициативы, охватывающие различные целевые и возрастные группы, вносят важный вклад в улучшение социального благосостояния людей, повышение качества их жизни, защиту природы и биоразнообразия, восстановление экологического баланса. Эти проекты оказывают непосредственное положительное влияние на жизни сотен тысяч людей, служа как благосостоянию общества, так и устойчивому развитию нашей планеты.

  • Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

    Mayın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib.

    Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən aksiya çərçivəsində hər rayondan 50 nəfər olmaqla, 6-18 yaş arası ümumilikdə 200 uşaq və yeniyetməyə velosipedlər və onlara uyğun təhlükəsizlik ləvazimatları hədiyyə olunub.

    Mütəmadi olaraq keçirilən bu təşəbbüsün əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, fiziki aktivliyi təşviq etmək, eləcə də ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.

    Tədbirdə iştirak edən uşaqlar təqdim olunan hədiyyələri böyük sevinclə qarşılayıb, təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir.

    Müxtəlif hədəf və yaş qruplarını əhatə edən bu təşəbbüslər insanların sosial rifahının yaxşılaşdırılımasına, onların həyat keyfiyyətinin yüksəldilməsinə, təbiətin və biomüxtəlifliyin qorunmasına, ekoloji tarazlığın bərpasına mühüm töhfələr verir. Bu layihələr yüz minlərlə insanın həyatına bilavasitə müsbət təsir göstərərək, həm cəmiyyətin rifahına, həm də planetimizin davamlı inkişafına xidmət edir.

  • Gəncədəki partlayış qəsdən törədilibmiş – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Gəncədə yaşayış binasında partlayış baş verib.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi məlum olub.

    Bildirilib ki, Adil adlı şəxs hadisədən əvvəl 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədova ilə dalaşıb və onu bıçaqla hədələyib. Sonra isə evi yandırıb və partlayış baş verib. Nəticədə kişi özü ölüb, qadın xəsarət alıb.

    Gülnaz Şahməmmədova bundan öncə də həmin şəxs tərəfindən bıçaqlandığını bildirib: “Mənə dedi ki, nəvələrini oğurlayacağam, öldürəcəyəm. Mənim heç nəyim deyil, elə düşmənçiliyə görə edib ki, niyə onu polisə vermişəm? Mən buraya gəlib-gedən adam deyiləm. Mən iş adamıyam. Hər gün saat 10-da işdə oluram, 11-də də çıxıram. Boğazımı da, əlimi də o edib. Dedi ki, polisə ərizə verməyəcəksən, şikayət eləməyəcəksən. Məndən pul istəyir, mənim də pulum yoxdur. Keçən dəfə də pul üstündə bıçaqladı məni”.

    Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • AZAL поэтапно возобновляет полеты в Индию и Пакистан

    В связи со снятием ограничений в воздушном пространстве Пакистана и Индии рейсы Azerbaijan Airlines (AZAL) в указанные страны поэтапно возобновляются.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу AZAL.

    Отметим, что запланированный на сегодня рейс авиакомпании в Лахор (Пакистан) будет выполнен по расписанию.

    Для дополнительной информации пассажиры могут связаться с авиакомпанией через электронную почту callcenter@azal.az.

  • Azərbaycandan Pakistan və Hindistana reyslər mərhələli şəkildə bərpa edilir

    Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları”nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

    Bu barədə AZAL məlumat yayıb.

    Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

    Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

  • Еще один азербайджанец погиб в ходе российско-украинского конфликта

    Еще один азербайджанец погиб в ходе российско-украинского конфликта.

    Военнослужащий Вооруженных сил Украины азербайджанского происхождения Руслан Акиф оглу Алиев (1990 г.р.) скончался 3 мая 2025 года в Волчанске Харьковской области.

    Напомним, ранее в зоне боевых действий также погиб уроженец села Бёюк Колатан Масаллинского района Теймур Азизулла оглу Садыгов.

  • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub

    Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs ölüb.

    Ukrayna Silahlı Qüvvələrinin azərbaycanəsilli hərbçisi, 1990-cı il təvəllüdlü Ruslan Akif oğlu Əliyev 2025-ci il, mayın 3-də Volçanskda – Xarkov ərazisində həlak olub.

    Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində azərbaycanəsilli, əslən Masallı rayonu, Böyük Kolatan kəndindən olan Teymur Əzizulla oğlu Sadıqov ölmüşdü.

  • Bakıda 11 il cəza çəkən keçmiş məhkum yenidən həbs edildi

    Bakıda cəza müddəti başa çatan keçmiş məhkum yenidən həbs edilib.

    Hadisə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində baş verib.

    2013-cü ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrandan Azərbaycana külli miqdarda narkotik daşımaqda təqsirləndirilərək 11 müddətinə azadlıqdan məhrum edilən Natiq 1 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və cəzasını həmin müəssisədə çəkib. Bir müddətdən sonra Natiq istintaqa məlum olmayan yerdən mobil telefon əldə edir və həmin telefonla yaxınları ilə gizli şəkildə əlaqə saxlamağa başlayıb. 2024-cü ildə, cəzasının bitməsinə 2 ay qalmış müəssisədə keçirilən yoxlama zamanı Natiqin gizli saxladığı mobil telefon onun yataq dəstindən aşkarlanıb və faktla bağlı araşdırma aparılıb.

    Natiqin 11 illik cəzası başa çatdığı üçün o, azadlığa buraxılsa da, onun barəsində yenidən cinayət işi başlanıb.

    Cinayət işinin istintaqı başa çatır və iş məhkəməyə göndərilib.

    Məhkəmənin hökmü ilə Natiq 3 ay azadlıqdan məhrum edilib və yenidən məhkəmə zalında həbs edilib.
    //oxu.az