Month: May 2025

  • В азербайджанской армии проводятся мероприятия по кибербезопасности и защите государственной тайны – ФОТО

    В соответствии с годовым планом деятельности Министерства обороны Азербайджана, в целях принятия превентивных мер по борьбе с современными угрозами реализуются комплексные мероприятия, сообщает Median.Az со ссылкой на ведомство.

    Для обеспечения кибербезопасности, защиты государственной тайны, повышения цифровой грамотности и информационной безопасности в азербайджанской армии, в главных управлениях, управлениях и службах Министерства обороны, в специальных военных учебных заведениях и в воинских частях соответствующими структурами министерства регулярно проводятся профилактические мероприятия.

    В целях недопущения негативных явлений предпринимаются упреждающие шаги, совершенствуются и доводятся до сведения личного состава нормативно-правовые документы.

    В рамках проводимых мероприятий соответствующие структуры Министерства обороны регулярно проводят тренинги по указанным темам, брифинги и просветительские беседы с личным составом, подготавливаются и распространяются буклеты.

    На мероприятиях военнослужащим разъясняются требования статей закона Азербайджанской Республики “О государственной тайне”, методы борьбы с киберугрозами и киберрисками, правила безопасного использования интернет-ресурсов – кибергигиена, способы защиты от кибератак, а также значение информационной безопасности для обеспечения конфиденциальности, целостности и доступности данных, даются ответы на интересующие их вопросы.

  • Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir – FOTO

    Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    İl ərzində Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə mütəmadi profilaktik tədbirlər keçirilir.

    Tədbirlərdə “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinin tələbləri, kibertəhdid və təhlükələrə qarşı mübarizə üsulları, internet resurslarından təhlükəsiz şəkildə istifadə qaydalarına əməl etmək – kibergigiyena, kiberhücumlardan qorunma yolları, həmçinin məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunması məqsədilə informasiya təhlükəsizliyinin əhəmiyyəti hərbi qulluqçulara izah olunur, onları maraqlandıran suallar cavablandırılır.

  • Боец ММА Михаил Аллахвердян задержан в Москве с оружием в автомобиле

    В Москве сотрудники дорожной полиции задержали известного армянского бойца смешанных боевых искусств (ММА) Михаила Аллахвердяна. Инцидент произошел во время стандартной проверки документов, когда спортсмен передвигался на премиальном внедорожнике Cadillac Escalade.

    Как сообщает Median.Az со ссылкой на Telegram-канал Sport Baza, во время проверки документов полицейские обратили внимание на подозрительную кожаную сумку, находившуюся за водительским сиденьем автомобиля. На вопрос о содержимом сумки Аллахвердян ответил, что там находятся документы.

    Однако при досмотре в сумке было обнаружено огнестрельное оружие. Спортсмен незамедлительно предложил неожиданное объяснение: по его словам, он якобы нашел оружие на улице и планировал самостоятельно доставить его в ближайшее отделение полиции.

    На место происшествия оперативно прибыла следственная группа. Обнаруженное оружие было изъято и направлено на экспертизу для установления его происхождения и возможной причастности к ранее совершенным преступлениям.

    В настоящее время Михаил Аллахвердян отпущен, однако в его отношении возбуждено уголовное дело по статье о незаконном ношении огнестрельного оружия. Расследование продолжается.

  • Moskvada erməni MMA döyüşçüsünə cinayət işi açıldı

    Rusiyanın paytaxtı Moskvada erməni MMA (qarışıq döyüş sənəti) döyüşçüsü Mixail Allahverdyan saxlanılıb.

    Bu barədə “Sport Baza” “Telegram” kanalı məlumat yayıb.

    Qeyd olunur ki, yol polisi əməkdaşları Mixail Allahverdyanı idarə etdiyi “Cadillac Escalade” markalı avtomobili ilə saxlayıblar.

    Polislər sənədləri yoxlayarkən avtomobildə sürücü oturacağının arxasında şübhəli dəri çantanın olduğunu görüblər. M.Allahverdyan çantada sənədlərin olduğunu bildirib. Lakin çantanı açanda polis əməkdaşı orada silah görüblər. M.Allahverdyan onu küçədə tapdığını və polisə aparmağa hazırlaşdığını iddia edib.

    Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib və silah ekspertizaya aparılıb.

    Hələlik M.Allahverdyan sərbəst buraxılıb. Lakin onun barəsində odlu silah gəzdirmək maddəsi ilə cinayət işi açılıb.

  • Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: “Soyundurub videoya çəkiblər”

    Bakıda narkotik satışı ilə məşğul olan şəxs 3 nəfər tərəfindən oğurlanıb. Onu üç gün ac-susuz saxlayıb işgəncə veriblər. Sərbəst buraxmaq üçün pul istəyiblər.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. Oğurlanan şəxsi Hövsana aparıblar.

    Vaqif, Elxan və Əli adlı şəxslər birlikdə narkotik satışı ilə məşğul olan Xaliqi oğurlayıblar.

    Dəstə üzvləri Nizami rayonu, Naxçıvanski küçəsində ağ rəngli “Opel” markalı avtomobillə Xaliqin qarşısını kəsiblər. Onun əlini və gözlərini bağlayaraq avtomobilin arxa oturacağına əyləşdiriblər. Xaliqi Hövsan qəsəbəsində fərdi yaşayış evinə aparıblar.

    Onu orada 3 gün ac-susuz saxlayaraq işgəncələr veriblər. Bunu videoya da çəkiblər. Xaliqin paltarlarını soyunduraraq onu döyüblər, telefonla da lentə alıblar.

    Həmin videoda Xaliqin təpik zərbələri ilə vurulması, onun ağzının köynəklə bağlı olması, həmin şəxslərin onu çevirərək qarın və sinə nahiyələrinə də təpiklə zərbə endirmələri müəyyən olunub.

    İstintaq zamanı məlum olub ki, dəstə üzvləri uzun müddət imiş Xaliqi axtarırmışlar. Onlar Xaliqdən narkotik satdığı üçün aylıq pul almaq istəyirmişlər.

    Dəstə üzvləri Xaliqi Qönçə adlı qadının xəbər verməsi ilə tapıblar. Belə ki, Qönçə ilə Xaliq bir müddət sevgili kimi birlikdə yaşayıblar. Onların hər ikisi narkotik vasitədən istifadə edirmiş. Bir müddət sonra Xaliqlə Qönçənin münasibətləri pozulub. Xaliq Qönçəni qısqanmağa və döyməyə başlayıb. Qönçə Xaliqdən qisas almaq üçün onun yeri barədə Vaqifə məlumat verib. Vaqifgil Xaliqi Qönçənin evinin qarşısında tutublar. Hətta Xaliqi maşına əyləşdirib əllərini bağlayanda görüntülü olaraq Qönçəyə zəng də ediblər.

    Qönçənin ifadəsindən hadisənin digər təfərrüatı da məlum olub.

    “Xaliqdən canımı qurtarmaq istədiyim üçün Vaqifgilə dedim. Vaqifgil Xaliqi tutanda videogörüntü ilə zəng etdilər. Həmin vaxt yanımda Arzu da var idi. Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmişdi. Onu yumruqlarla vuraraq döyürdülər. Bir də zəng edəndə Xaliq soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə idi. Vaqif Xaliqdən – “Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram”, – deməsini tələb edirdi. Xaliq demədikdə Vaqif dəmir parçası ilə onu vururdu.

    Həmin vaxt Vaqif məndən tələb etdi ki, telefonu Arzuya verim. Arzu da narkotik satışı ilə məşğul idi. Vaqif Arzuya dedi ki, ayda 500 manat verməsə, onu da Xaliqin gününə salacaqlar, saçını qırxacaqlar. Arzu da razılaşdı. Pulu gəlib bizim evdən apardılar”, – deyə Qönçə hadisə barədə danışarkən deyib.

    Qönçənin sözlərinə görə Vaqifgil Xaliqi sərbəst buraxmaq üçün 5 min manat istəyiblər. Xaliqin pulu olmadığı üçün ona 5 min manatlıq narkotik veriblər ki, sataraq pulunu onlara ödəsin.

    Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş kimi tanınan Vaqif istintaq zamanı Qönçənin dediyi kimi ifadə verib. Necə işgəncə görməsini, oğurlanmasını danışıb. Lakin məhkəmədə bütün bunları təkzib edib və şikayətçi olmadığını deyib.

    Xaliq istintaq zamanı verdiyi ifadəsində bunları deyib:

    “Gözlərim bağlı olduğu üçün kimlərin döydüyünü görmədim. Yerdə uzanıqlı olanda dəyənəklə vururdular. Huşumu itirmişdim. Ayılanda Vaqifin Qönçə ilə görüntülü danışdığını eşitdim. Qönçəyə – “necədir? Yaxşıdır? Yoxsa bir az da döyüm?” – deyirdi. Qönçə – “bəsdir”, – cavabını verdi. Sonra Qönçə telefonu Arzuya verdi. Arzu – “mənim şəkərim var, baxa bilmərəm”, – dedi”.

    Xaliq istintaqda dindirilən zaman əlavə edib ki, Vaqif telefonda “şəmkirli” deyə müraciət etdiyi şəxslə danışanda ondan yeni işgəncə variantları öyrənibmiş:

    “Vaqif danışanda deyirdi ki, buna nə edim ki, pul versin? Həmin şəxs də Vaqifə – “barmağını kəsin”, – dedi. Taxta gətirib əllərimi həmin taxtanın üzərinə qoydular. Vaqif xəncəri çıxarıb – “ya barmağın, ya pul”, – dedi. Pulumun olmadığını dedim. Xəncəri bir balaca barmağıma sürtdü. Barmağım bir az qanadı. İşgəncələrdən yemək yeyə bilmirdim. Ancaq su içirdim. Ağzımdan qan gəlirdi. Pulumun olmadığını biləndə Vaqif dedi ki, 5 minlik marixuana verəcək, həmin narkotiki satıb pulunu ona verməyimi istədi. Məni buna görə buraxdılar”.

    Sonrakı görüşdə Xaliq Vaqifgilin dediyini etməyib. Bundan sonra onun videoları iranlı instagram istifadəçisi tərəfindən ona göndərilib və “bundan da betər olacaqsan”, – deyə mesaj yazılıb.

    Xaliq məhkəmədəki ifadəsində istintaq zamanı dediklərini inkar edərək bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyil. Onun sözlərinə görə Vaqifgilin onu döyməkdə, videoya çəkməkdə pis niyyətləri olmayıbmış…

    Məhkəmənin hökmü ilə Vaqif 9 il, dəstənin digər üzvləri Elxan və Əli isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər.

  • Продолжается судебный процесс по уголовному делу армян, обвиняемых в военных преступлениях

    В Бакинском судебном комплексе проходит судебное заседание по уголовному делу лиц армянского происхождения, обвиняемых в военных преступлениях.

    Процесс проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, что на предыдущем процессе были заслушаны показания о пытках армянскими вооруженными формированиями пленных и заложников во время оккупации Кельбаджара.

    Напомним, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib.

    Qeyd edək ki, məhkəməsi keçirilən şəxslər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Əmək müqavilələrinə qanunsuz xitam verilən onlarla şəxs işinə bərpa olunub

    İşəgötürənlər tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

    Onun 88.9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

    Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin, 30 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

    Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

  • Трампа возмутил вопрос о новом Папе Римском

    Президент США Дональд Трамп был крайне возмущен вопросом журналистки ABC News Марты Раддац о том, какую роль он сыграл в процессе избрания нового Папы Римского Льва XIV.

    Об этом политик написал в соцсети The Truth.

    По мнению главы США, этот вопрос вырвался из ниоткуда, но он был “в помешанном на Трампе уме”.

    Также Трамп напомнил, что во время президентских выборов в разных частях США большое количество голосов отдали ему именно католики (54%).

    Ранее Трамп назвал “большой честью” для США избрание американца новым Папой Римским.

    Прево стал 267-м папой в результате голосования кардиналов на Конклаве. Он является первым американцем, возглавившим Святой Престол.

    Предшественника Льва XIV Франциска (Хорхе Марио Бергольо) не стало 21 апреля 2025 года в результате продолжительной болезни. Понтифику было 88 лет. В 2013 году он сменил на этом посту Бенедикта XVI, который отрекся от престола из-за проблем со здоровьем.

  • Tramp yeni Roma Papasının seçilməsindəki rolu ilə bağlı sualı cavablandırdı

    ABŞ Prezidenti Donald Tramp “ABC News”un jurnalisti Marta Raddatsın yeni Roma Papası XIV Leonun seçilməsi prosesində onun hansı rol oynadığı ilə bağlı verdiyi suala kəskin etirazını bildirib.

    Siyasətçi bununla bağlı özünün “Truth” şəbəkəsindəki hesabında paylaşım edib.

    Prezidentin sözlərinə görə, bu sual tamamilə yersizdir və Tramp mövzusuna aludə olmuş bir zehindən qaynaqlanır.

    Tramp, həmçinin xatırladıb ki, ABŞ-də keçirilmiş prezident seçkisində ölkənin müxtəlif bölgələrində katolik seçicilərin əhəmiyyətli hissəsi – 54 faizi ona səs verib.

    Xatırladaq ki, Tramp daha əvvəl amerikalının yeni Roma Papası seçilməsini ABŞ üçün “böyük şərəf” adlandırmışdı. Bundan bir qədər əvvəl isə prezident özünün Papa geyimində olan fotosunu sosial şəbəkədə paylaşmış, bu isə Vatikanın tənqidləri ilə qarşılanmışdı.

    Qeyd edək ki, yeni Papa Prevo Konklavda kardinallar tərəfindən keçirilən səsvermə nəticəsində Roma Papası seçilərək tarixdə 267-ci Papa olub. O, Müqəddəs Taxta rəhbərlik edən ilk amerikalıdır.