Month: May 2025

  • Минобороны Азербайджана сообщило об очередной дезинформации со стороны Армении

    Минобороны Азербайджана сообщило об очередной дезинформации со стороны армянского оборонного ведомства.

    Как сообщили в МО АР, подразделения азербайджанской армии не подвергали обстрелу населенный пункт Хазнавар, как утверждает армянская сторона.

    “Заявление министерства обороны Армении об обстреле подразделениями азербайджанской армии населенного пункта Хазнавар с 00:10 до 01:00 30 мая, что также якобы привело к повреждению жилого дома и гибели мелкого рогатого скота, является полной дезинформацией”, – подчеркнули в Минобороны Азербайджана.

    В ведомстве также добавили, что подразделения азербайджанской армии никогда не открывают огонь по гражданскому населению и гражданским объектам.

  • Müdafiə Nazirliyi: “Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb”

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin iddiaları ilə bağlı məlumat yayıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

    “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır”.

  • “Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanacaq

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027-30-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb.

    Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənib, şaxələnməsi dərinləşib, iqtisadi artım davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi yüksəlib və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşıb.

    Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynayıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib.

    Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.

    Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə imzalanan sərəncamla Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının 2027-30-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

    Həmçinin NK sərəncam nəzərdə tutulan layihələr hazırlanarkən aşağıdakıları təmin etməlidir:

    – 2027-30-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin “Azərbaycan Respublikasının 2027-30-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhatə olunmasını;

    – qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;

    – aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını.

    Sərəncamdan irəli gələn digər məsələlərin həlli də Nazirlər Kabinetinə həvalə olunub.

  • Среднемесячная номинальная заработная плата в Баку превысила 1 350 манатов

    В январе-марте 2025 года среднемесячная номинальная заработная плата наемных работников в городе Баку составила 1 357.3 маната, что на 9.1% больше по сравнению с соответствующим периодом 2024 года.

    Об этом сообщили в Управлении статистики города Баку.

    Отметим, что средняя номинальная заработная плата наемных работников в экономике Азербайджана в январе-марте 2025 года составила 1 083.8 маната, что на 10% больше по сравнению с соответствующим периодом 2024 года.

  • Bakıda ortaaylıq əməkhaqqı 1350 manatı ötüb

    2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9.1 faiz artaraq 1 357.3 manat təşkil edib.

    Median.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1 083.8 manat təşkil edib.

  • Bakı sakinləri dörd ayda 10 milyard manat xərcləyiblər

    2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.7 faiz artaraq 10 milyard 860.4 milyon manat olub.

    Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 2.3 faiz artaraq 6 milyard 5.9 milyon manat, qeyri-ərzaq malları isə 7.7 faiz artaraq 4 milyard 854.5 milyon manat olub. İstehlak məhsullarının 39.3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51.7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

    Qeyd edilib ki, bu dövrdə Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11.2 faiz artaraq 3 milyard 3.7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 458.4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 81.8 faizini təşkil edib.

  • İlham Əliyev Xorvatiyanın baş nazirini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab baş nazir, ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Fəal siyasi dialoqumuz, ali və yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır.

    Hazırda Azərbaycan ilə Xorvatiya iqtisadi-ticari, humanitar, xüsusilə də minatəmizləmə sahələrində uğurla əməkdaşlıq edirlər. Eyni zamanda ölkələrimiz arasında tərəfdaşlığın prioritet istiqamətlərdən olan enerji sektorunda əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Enerji sahəsində uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.

    İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız və strateji tərəfdaşlığımız bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da güclənəcək.

    Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Ульвия Ильясова сделала липосакцию родственнице на кухне: суд приговорил к 3 годам

    Завершился судебный процесс по уголовному делу директора ООО AzE Estetik Mərkəz Ульвии Ильясовой, обвиняемой в проведении незаконной пластической операции, повлекшей смерть родственницы в Баку.

    На процессе был зачитан приговор подсудимой.

    Решением суда Ильясова приговорена к 3 годам и 2 месяцам лишения свободы с отбыванием наказания в учреждении участкового типа. Также она лишена права заниматься деятельностью, требующей специальной квалификации в органах здравоохранения, сроком на 3 года.

    Согласно обвинению, 16 апреля этого года было возбуждено уголовное дело по факту смерти Сабиры Велиевой (1984 г.р.) после хирургической операции.

    Следствием установлено, что Ульвия Ильясова 15 апреля провела операцию липосакции (удаление жира) Сабире Велиевой. Однако вместо помещения пациентки в специализированное медучреждение после операции директор ООО AzE Estetik Mərkəz отвезла ее домой, оставив без врачебного наблюдения.

    На следующий день у Сабиры началось кровотечение, но Ульвия бросила ее в беспомощном состоянии. В результате Сабира Велиева скончалась от острой кровопотери.

    На основании собранных доказательств Ульвии Ильясовой было предъявлено окончательное обвинение по статьям 143 (оставление в опасности) и 314.2 (халатность, повлекшая по неосторожности смерть потерпевшего) Уголовного кодекса Азербайджана. В качестве меры пресечения был избран полицейский надзор.

    Напомним, что покойная Сабира Велиева была женой брата мужа У.Ильясовой.

    Также министр здравоохранения Теймур Мусаев на заседании Милли Меджлиса заявил, что умершая была прооперирована на кухне.
    //oxu.az

  • Eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan estetik mərkəz direktoruna hökm oxundu

    Bakıda eltisini qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilən “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Ü.İlyasova üç il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, üç il iki ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    İttihama görə, bu il aprel ayının 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.

    İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib.

    Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, mərhum Səbirə Vəliyeva Ü.İlyasovanın eltisidir.

    Həmçinin səhiyyə naziri Teymur Musayev parlamentin iclasında bildirmişdi ki, ölən şəxs mətbəxdə əməliyyat olunub.
    //oxu.az

  • Утверждено соглашение об освобождении от виз граждан Азербайджана и Китая

    Милли Меджлис утвердил соглашение о взаимном освобождении граждан Азербайджана и Китая от виз.

    Данный вопрос был вынесен на обсуждение на сегодняшнем заседании парламента.

    Согласно соглашению, граждане обеих стран, имеющие общегражданские паспорта, смогут въезжать на территорию другой стороны без визы и находиться там каждый раз не более 30 дней, а в течение 180-дневного периода – не более 90 дней в общей сложности.

    Соглашение распространяется только на краткосрочные поездки. Для пребывания более 30 дней, проживания, трудовой деятельности, обучения, работы в СМИ и других сферах, требующих разрешения, гражданам по-прежнему необходимо заранее получать визу и соответствующее разрешение.

    Документ вступает в силу через 30 дней после получения письменного уведомления о завершении сторонами внутренних процедур по дипломатическим каналам. В случае подачи уведомления об отмене соглашение прекратит действие через 90 дней. Соглашение заключено на неопределенный срок.

    После обсуждений “Соглашение между правительством Азербайджанской Республики и правительством Китайской Народной Республики о взаимном освобождении от виз граждан, имеющих общегражданские паспорта” было принято по итогам голосования.
    //oxu.az