Решением суда избранная в отношении В.Зейналзаде мера пресечения в виде ареста заменена на домашний арест.
Отметим, что тиктокер был задержан полицией и привлечен к уголовной ответственности. Ему предъявлено обвинение по статье 234.1-1 (незаконные приобретение, хранение, изготовление, обработка, перевозка без цели сбыта наркотических средств или психотропных веществ, совершенные в крупном размере) Уголовного кодекса Азербайджанской Республики.
Məhkəmənin qərarı ilə Vüqar Zeynalzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Qeyd edək ki, tiktoker polis tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.
İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza davamlı tərəqqi, firavanlıq və uğurlar diləyirəm”.
“Ölkədə boşanmaların sayının sürətlə artması ciddi narahatlıq doğurur. Məhkəmələrdə işlərin çoxu boşanmalarla bağlıdır. Eyni zamanda, erkən nikah, qohum nikahı və selektiv abortlarla bağlı problemlər də qalmaqda davam edir”.
Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, insanlar da bu məsələyə həssas münasibət ortaya qoymurlar və problem artır:
“Digər bir məsələ isə uşaqların törətdikləri cinayətlərlə bağlıdır. Son bir neçə gündə sırf uşaqlar tərəfindən dörd cinayət törədilib. Uşaqlar tərəfindən törədilən cinayətlərin sayının artması ciddi narahatlıq doğurur və bunun səbəbləri öyrənməlidir”.
“Prosesə təsir edən bir neçə məsələ var ki, onlardan biri də televiziyalardır. TV-lər ailə dəyərlərinə mənfi təsir edən məsələlərdən çəkinməlidir. Lakin ailə dəyərlərinə zidd məsələlər bəzi hallarda televiziyalarda müzakirəyə çıxarılır. Amma əgər bir kənddə insanlar 16 yaşlı qızın toyuna gedib iştirak edirlərsə, deməli, onlar da günahkardırlar. Yəni hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyət də bu məsələdə həssas olmalıdır. Çünki bugünkü müharibə beyin müharibəsidir. Cəmiyyəti məhv etmək üçün də kənardan ciddi addımlar atılır. İnanıram ki, cəmiyyətimiz dövlətimizlə birlikdə bu məsələlərin öhdəsindən gələcək”. //oxu.az
“Hava şəraitinin isti keçməsi və sərnişin rahatlığının təmin olunması məqsədilə “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda kondisioner sistemləri iyunun 2-dən etibarən mərhələli şəkildə aktivləşdiriləcək”.
Bu sözləri azxeber.com-a açıqlamasında “Bakubus” MMC-nin mətbuat xidməti Əsmər Əliyeva deyib:
O, qeyd edib ki, “reqlamentə qaydalarına əsasən kondisionerlərin aktivləşdirilməsi iyunun 15-nə təsadüf etsə də, son üç il ərzində formalaşmış praktika əsasında bu tarix hava şəraitinə uyğun şəkildə daha erkən mərhələyə çəkilir. Bu il də istisna olmayaraq sərnişin məmnuniyyəti əsas götürülərək kondisionerlərin aktivləşdirilməsinə vaxtından əvvəl başlanacaq”.
“Röyaya niyə aliment verməliyəm? Heç məndən belə bir tələbi də olmayıb”.
Bu sözləri Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov deyib.
“TikTok” hesabında canlı yayım açan Anar, izləyicilərin suallarını cavablandırıb:
“Röyanın məndən aliment tələbi heç zaman olmayıb. Ona niyə aliment verməliyəm ki? Vermirəm! Amma Hüseynə hər zaman, nə lazım olsa artıqlaması ilə edirəm”. //azxeber
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Ərəb Qubalı kəndində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otaq 60 m² sahədə, 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 125 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı iyunun 4-də Xankəndi şəhərində əmək yarmarkası keçirəcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbir iyunun 4-ü saat 11:00-da filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47) təşkil olunacaq.
Yarmarkada Xocalı rayonu üzrə həmin müəssisəyə aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və s. iş yerləri üzrə vakansiyaların çıxarılması nəzərdə tutulub.
Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.
Azərbaycan sərhədini pozmağa cəhd edən və həyatı təhlükədə olan Pakistan vətəndaşları təxliyə ediliblər.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılaraq xidməti ərazi qapadılıb, Rusiyanın sərhəd nümayəndəliyi məlumatlandırılıb.
Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib, sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olub.
Saxlanılan şəxslərin Pakistan İslam Respublikası vətəndaşları – 1975-ci il təvəllüdlü Begüm Raqia, 1991-ci il təvəllüdlü Ahmed Suleyman, 2000-ci il təvəllüdlü Sumera Süleyman Ahmed, 2021-ci il təvəllüdü Suleman Muhammed Sultan, 2022-ci il təvəllüdlü Skender Muhammed Sultan olduğu müəyyənləşdirilib.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.