Month: May 2025

  • Anqola prezidenti İlham Əliyevə zəng edib

    Anqola Respublikasının Prezidenti Joao Lorenso mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, telefon danışığı əsnasında dövlət başçıları Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

    Prezident Joao Lorenso COP29-da iştirak etmək üçün ölkəmizə səfər edən Anqolanın vitse-prezidenti Esperensa Costanın Bakıya səfərini və səfər çərçivəsində Azərbaycandan olan tərəf-müqabilləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair görüşlər keçirdiyini bildirib.

    Prezident İlham Əliyev Azərbaycanın Afrika ölkələri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyərək əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün geniş imkanların olduğunu deyib.

    Söhbət zamanı hələ keçmiş SSRİ dövründə Anqoladan olan tələbələrin ölkəmizdə təhsil aldıqları xatırlanıb və həmin şəxslərin bu gün Anqolanın inkişafına öz töhfələrini verdikləri məmnunluqla qeyd edilib.

    Anqolanın hazırda Afrika İttifaqının sədrliyi funksiyasını yerinə yetirdiyini nəzərə alaraq, tərəflər Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxunublar.

  • Призер Олимпиады-2024 трагически погиб во Франции

    Серебряный призер парижской Олимпиады-2024 фиджийский регбист Джосая Райсуке погиб на 31-м году жизни во Франции в результате дорожно-транспортного происшествия.

    Как передает Median.Az, об этом сообщает Associated Press.

    Отмечается, что трагический инцидент произошел, когда Райсуке направлялся на тренировку. Его автомобиль попал под поезд на железнодорожных путях.

    Джосая Райсуке начал свою карьеру в европейских клубах, выступал за “Стад Франсе” и “Невер”, а с 2021 года играл за “Кастр”. На международной арене он добился значительного успеха, став серебряным медалистом ОИ-2024 в Париже в составе сборной Фиджи по регби-7. В финале регбисты Фиджи уступили сборной Франции – 7:28.

  • Olimpiya mükafatçısı Fransada faciəli şəkildə həlak oldu

    2024-cü il Paris Olimpiadasının gümüş mükafatçısı, Fici reqbiçisi Kosaya Raisuke 31 yaşında Fransada yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Faciəli hadisə Raisukenin məşqə gedərkən avtomobilinin dəmiryolu xəttində qatarla toqquşması nəticəsində baş verib.

    Qeyd edək ki, Kosaya karyerasına Avropa klublarında başlayıb. O, Ficinin reqbi-7 yığmasının tərkibində 2024-cü il Paris Olimpiya Oyunlarında gümüş medal qazanıb. Finalda Fici reqbiçiləri Fransa yığmasına 7:28 hesabı ilə məğlub olublar.

  • Названа безопасная для здоровья доза алкоголя

    Безопасной дозы алкоголя не существует, однако если пытаться высчитать “относительно безопасные” дозы алкоголя, то в день можно пить 250 мл пива, 30 мл крепкого спиртного и 100 мл сухого вина.

    Об этом рассказал gazeta.ru российский врач-психиатр, нарколог Руслан Исаев.

    Если человек все же решает пить, стоит знать, как это делать с минимальным вредом. По словам Исаева, нужно ориентироваться на стандартную дозу алкоголя – 10 граммов чистого этанола.

    “Это примерно 100 мл сухого вина (12%), 250 мл пива (4-5%), 30 мл крепкого алкоголя (водка, виски, коньяк – 40%). Рекомендуется не превышать двух стандартных доз для мужчины и одной для женщины в день. Причем не каждый день. Но даже такие количества не гарантируют безопасность, – они лишь означают меньший риск. Пейте медленно, ешьте до и во время употребления, избегайте сладких и газированных миксов, – они ускоряют всасывание спирта”, – объяснил врач.

    “Раньше практиковался подход, при котором пытались высчитать “относительно безопасные” дозы. Например, 10 гр чистого спирта в сутки (что эквивалентно примерно 100 мл вина или 250 мл пива) считались допустимыми. Однако эти рекомендации были основаны не на том, что такие дозы не вредят, а на том, что риск осложнений при них ниже. Сегодня этот подход признан устаревшим: многочисленные метаанализы показали, что даже минимальные дозы алкоголя могут запускать патологические процессы. Поэтому в современной медицине говорят не о “безопасном” употреблении, а об уменьшении вреда”, – рассказал врач.

  • Alkoqol hansı dozada içildikdə sağlamlıq üçün təhlükə yaratmır? – Rusiyalı həkim miqdarı açıqladı

    “Alkoqolun təhlükəsiz dozası yoxdur, lakin “nisbətən təhlükəsiz” dozalarını hesablamaq lazımdır”.

    Bu barədə rusiyalı psixiatr və narkoloq Ruslan İsayev Gazeta.ru-ya müsahibəsində danışıb.

    O bildirib ki, əgər insan alkoqol içməyə qərar verərsə, bunu ən azından minimal zərərlə necə edəcəyini bilməlidir. İsayevin sözlərinə görə, alkoqolun standart dozasına – 10 qram təmiz etanola diqqət yetirmək lazımdır.

    “Bu, təxminən 100 ml quru şərab (12%), 250 ml pivə (4-5%), 30 ml tünd alkoqollu içkidir (araq, viski, konyak – 40%). Gün ərzində kişi üçün iki standart dozanı və qadın üçün bir dozanı aşmamaq tövsiyə olunur. Üstəlik, bu, hər gün olmamalıdır. Lakin hətta belə miqdarlar da təhlükəsizliyə zəmanət vermir, bu, sadəcə daha az risk deməkdir. Yavaş-yavaş için, içməmişdən əvvəl və içdiyiniz zamanı qida qəbul edin, şirin və qazlı qarışıqlardan çəkinin, çünki onlar spirtin udulmasını sürətləndirir”, – deyə həkim qeyd edib.

    “Əvvəllər tətbiq olunan yanaşmada “nisbətən təhlükəsiz” dozaların hesablanmasına çalışılırdı. Məsələn, gündə 10 qram təmiz spirt (təxminən 100 ml şərab və ya 250 ml pivəyə bərabərdir) məqbul hesab olunurdu. Ancaq bu tövsiyələr bu cür dozaların zərərsiz olmasına deyil, sadəcə fəsad risklərinin bu zaman daha az olmasına əsaslanırdı. Hazırda bu yanaşma köhnəlmiş hesab olunur: çoxsaylı meta-analizlər göstərib ki, hətta alkoqolun minimal dozaları belə patoloji proseslərə gətirib çıxara bilər. Buna görə müasir tibbdə “təhlükəsiz” istifadə haqqında deyil, zərərin azaldılması haqqında danışırlar”, – deyə Ruslan İsayev qeyd edib.

  • Sakinlər qorxu içində: Binanın üzlük daşları hər an faciəyə səbəb ola bilər – VİDEO

    Bakının Xətai rayonunda yerləşən beşmərtəbəli binaların birinin fasadının daşları uçub.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, səhər saatlarında daş parçaları aşağıda olan obyektin dam örtüyünün üzərinə düşüb.

    Nəticədə, həm obyektin özünə həm də içərisindəki məhsullara ciddi ziyan dəyib.

    Mağaza sahibinin sözlərinə görə, hadisə zamanı satıcı içəridə olmayıb və 4-5 minədək maddi ziyan dəyib.

    Ətraflı süjetdə:

  • “Avroviziya” təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR – VİDEO

    “Avroviziya 2025″də ölkəmizi təmsil edəcək “Mamagama” qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini edib.

    İştirakçılarımızın “Run With U” mahnısının səhnə şousundan 30 saniyəlik görüntülər artıq ictimaiyyətə təqdim olunub.

    Qeyd edək ki, “Avroviziya 2025” mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və “Mamagama” qrupu mayın 13-də birinci yarımfinalda 10-cu nömrə altında səhnədə çıxış edəcək.

    Azərbaycanla birlikdə həmin gün Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.

    Müsabiqənin ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

  • Советский зонд падает на Землю: есть ли угроза для Азербайджана? – ВИДЕО

    Советская межпланетная станция “Космос-482”, запущенная 31 марта 1972 года, спустя 53 года на орбите готовится к неконтролируемому возвращению на Землю. Среди стран, где она может упасть, упоминается и Азербайджан.

    В заявлении для телеканала ATV исполнительный директор Шамахинской астрофизической обсерватории профессор Нариман Исмайылов подчеркнул, что объект может войти в земную атмосферу 10 мая.

    Он отметил, что остатки станции могут упасть в любую точку между 52 градусами северной широты и 52 градусами южной широты, что охватывает большую часть населенной территории Земли.

    По словам специалиста, риск, связанный с падением объекта, сопоставим с опасностью, которую ежегодно создают метеоры, то есть вероятность серьезных последствий невелика.

    Подробнее – в сюжете:

  • Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı? – VİDEO

    Təxminən 50 il əvvəl Veneraya göndərilən Sovet kosmik obyekti Yerə qayıdır.

    Düşə biləcəyi ölkələr arasında Azərbaycanın da adı çəkilir.

    1972-ci ildə Sovet İttifaqı tərəfindən buraxılan “Kosmos 482” kosmik gəmisi Veneraya enmək üçün nəzərdə tutulub, ancaq buraxılış mərhələsində nasazlıq səbəbindən obyekt Yerin orbitini tərk edə bilməyib.

    Kosmik obyektin böyük hissəsi ilk 10 illikdə atmosferə girərək yoxa çıxıb.

    İndi isə astronomlar həmin kosmik tullantıların müəyyən qalığının 53 il sonra Yerə düşəcəyini deyirlər.

    ATV-yə danışan Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılovun sözlərinə görə obyekt yer atmosferinə 10 may tarixində daxil olacaq.

    Onun sözlərinə görə, Yer kürəsinin mənfi 52 dərəcə cənub N dairəsindən tutmuş 52 dərəcə şimal N dairəsinə qədər olan zolağından istənilən əraziyə düşə bilər.

    Obyektin yarada biləcəyi qəza riski hər il baş verən meteor hadisələrinə bənzəyə bilər, yəni risk elə də yüksək deyil.

    Ətraflı süjetdə:

  • “BakıKart”da yaranan problem aradan qaldırıldı – YENİLƏNİB

    Bu gün səhər satlarında Bakının ictimai nəqliyyatında gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, hazırda sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.

    “Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb. Səbəb QR generasiyasında texniki problemin yaranmasıdır”, – deyə məlumatda qeyd olunub.

    * * * * *

    Bu gün Bakıda ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da problem yaranıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlayn ödəniş etmək mümkün olmayıb.

    Belə ki, “M10” və “Birbank” tətbiqləri vasitəsilə edilən ödənişlər “BakıKart” cihazlarındakı problem səbəbindən köçməyib.

    Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr baş verib.

    Bir müddət əvvəl də belə bir problem baş vermişdi.