Month: May 2025

  • Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş

    Kəlbəcər rayonunun Zar kəndində 547 fərdi yaşayış evi, sosial obyektlər, mühəhdis kommunikasiyaları, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işləri həyata keçiriləcək.

    Qaynarinfo xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı elan etdiyi tenderə yekun vurub.

    Tenderin qalibi “Amazone” şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 120 628 652,59 manatdır.

    Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, “Amazone” şirkəti yalnız Məcburi Köçkünləri Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərin qalibi seçilib.

    Bəs, Fondun iri məbləğli tenderlərinin qalibni seçilən bu şirkət kinindir?

    Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, “Amazone” şirkəti 4 oktyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur. 2017-ci ilədək şirkətin qanuni təmsilçisi Məmmədov Anar İlyaz oğlu olub. Anar Məmmədov Milli Məclisin VI və VII çağırış deputatıdır.

    Mediada yer alan bəzi iddialara görə, “Amazone” şirkətinin təsisçisi də Anar Məmmədovdur. Bu iddianın deputat tərəfindən təkzib edilməsi faktına rast gəlinmir.

  • Həkimlərin bonusları 6 aydır niyə ödənilmir? (AÇIQLAMA)

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəstəxana və poliklinkalarda həkimlərə əmək haqqından əlavə verilən bonusların 6 aydır ödənilməməsi ilə bağlı məlumata aydınlıq gətirib.

    Qurumdan Qaynarinfo-un sorğusuna cavab olaraq bildirilib ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərin əmək haqlarına tətbiq edilən bonuslar (işin nəticəsinə görə aylıq əlavələr) xəstəxanalardan daxil olan reyestrə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ekspertiza edildikdən sonra ödənilir:

    “Tibb müəssisələri tərəfindən təqdim edilmiş reyestrlər vaxtında, düzgün və tam həcmdə daxil olduqda Agentlik tərəfindən bonusların hesablanması və ödənişi ekspertiza müqaviləsinin şərtlərində nəzərdə tutulan müddətdə həyata keçirilir”.

    Qeyd edək ki, xəstəxana və poliklinkalarda həkimlərə əmək haqqından əlavə verilən bonusların 6 aydır ödənməməsi ilə bağlı məlumat yayılıb. Məlumatda həkimlər 6 aydır onlara verilməli olan bonusların gecikdirildiyini bildiriblər.

  • Məhkəmə Əhməd Məmmədli ilə bağlı həbs qərarı verdi

    Biləcəridə baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs olunub.

    APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

    Məhkəmə Əhməd Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

    Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.

    Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

    İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.

  • Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?” – VİDEO

    Paytaxtın Səbail rayonu Salman Mümtaz 30 və 34 (keçmiş Çernyakovski küçəsi) ünvanlarında yaşayan sakinlər evlərinin sökülməsinə narazılıq edirlər. İllərdir bu ünvanda pis-yaxşı yaşayan sakinlər bir müddət əvvəl evlərinin plana düşdüyünü öyrənib. Bir neçə ailə verilən kompensasiya ilə razılaşaraq başqa yerlərə köçüblər. Hazırda orada yaşamağa davam edən sakinlər isə verilən məbləğdən narazıdır. Onlar kompensasiyanın azlığından şilayətlənirlər.

    Median.Az xəbər verir ki, bu barədə “Real TV”yə danışan sakinlər evləri üçün 40 000 və 48 000 AZN kompensasiya məbləği təklif edildiyini vurğulayıblar:

    “Kvadratmetrinə 1500-1550 AZN verdilər. Deyirlər “Evləri boşaldın gedin, sən ev al ya da alma sadəcə çıx get burdan”. Mən indi 8 nəfər ailə üzvümlə hara gedim? 40 000 AZN, 60 000 AZN-ə də ev alarlar?” – deyə, həmin ərazidə yaşayan sakin qeyd edib.

    Başqa bir sakin isə onun 30 kvadratmetrlik evi üçün ödənilən kompensasiyaya başqa yerdən ev almağın mümkün olmadığını bildirib:

    “Gəldilər çəkdilər ölçdülər… mənə 48 000 AZN kompensasiya vermək istəyirlər. Bu 48 000 AZN-lə mən neynəyim? Evim 30 kvadratmetrdir. Bizə ev də vermirlər, sadəcə 48 000 AZN pul verirlər. Deyirlər istəyirsən götür istəyirsən götürmə… Bu 48 000 AZN-lə ev ala bilərəmmi?”

    Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət edilib. Qeyd edilib, ki bu məsələ ilə onların heç bir əlaqəsi yoxdur. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanlanıb.

    Komitədən bildirilib ki, oradan hələ də köçməyən vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələri bağlanacaq.

    Ətraflı videoda:

  • Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? – VİDEO

    30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir.

    Xezerxeber.az xəbər verir ki, hərbi xidmətə çağırış dövrü olmasa da gündəmə gələn bu məsələ, sosial şəbəkələrdə geniş müzakirə olunur.

    Məsələ burasındadır ki, həmin bildirişlər həqiqətən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən göndərilib. Bunu xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov da təsdiqləyib.

    Lakin, Pərviz Sədrəddinov bildirib ki, bu bildiriş yalnız “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilən vətəndaşlara göndərilib. Ona görə ki…

  • Трамп намерен провести телефонный разговор с Зеленским

    Президент США Дональд Трамп заявил, что вскоре намерен провести телефонный разговор с президентом Украины Владимиром Зеленским.

    Об этом он заявил журналистам в Белом доме.

    “Мы только что заключили сделку с Украиной по редкоземельным металлам, которая была полностью ратифицирована и одобрена их законодательными органами. И мы ценим это, и я поговорю с президентом [Зеленским] через некоторое время, чуть позже”, – сказал Трамп.

    Американский лидер не уточнил, какие именно темы он собирается обсудить с Зеленским.

  • Tramp Zelenski ilə telefonla danışmaq niyyətindədir

    ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.

    Bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

    “Biz yenicə Ukrayna ilə nadir torpaq metalları üzrə saziş bağladıq və bu saziş onların qanunverici orqanı tərəfindən tam təsdiq edilib. Biz bunu yüksək qiymətləndiririk və mən prezident Zelenski ilə bir az sonra danışacağam”, – Tramp deyib.

    Amerika lideri Zelenski ilə konkret hansı mövzuları müzakirə edəcəyini açıqlamayıb.
    //report

  • Эрдоган призвал Пакистан и Индию к дипломатическому решению кризиса

    Президент Турции Реджеп Тайип Эрдоган обратился с призывом к Пакистану и Индии.

    Он заявил об этом на пресс-конференции с премьер-министром Ирака Мухаммедом Шиа аль-Судани.

    Он отметил, что ряд лиц, заинтересованных в эскалации конфликта между двумя странами, пытаются “подливать масла в огонь”: “Несмотря на это, мы хотим, чтобы заработали дипломатические каналы для предотвращения роста напряженности”.

    Эрдоган также напомнил о важном телефонном разговоре с премьер-министром Пакистана Шахбазом Шарифом, который состоялся 7 марта.

  • Ərdoğan Pakistan və Hindistana çağırış edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Hindistana çağırış edib.

    O, bu barədə İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, “odun üzərinə benzin tökmək”, durumun daha da mürəkkəbləşməsində maraqlı olanlar var: “Buna baxmayaraq, biz gərginliyin artmasının qarşısını almaq üçün diplomatik kanalların işə düşməsini istəyirik”.

    Ərdoğan, həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə mühüm telefon danışığı apardığını xatırladıb.

  • Переговоры Путина и Си Цзиньпина продлились более семи часов

    Президент России Владимир Путин и председатель КНР Си Цзиньпин завершили встречу. Китайский лидер покинул Кремль, где проходили переговоры в узком и расширенном форматах, а также неформальная беседа за чаем.

    Как сообщает Median.Az со ссылкой на ТАСС, в общей сложности российско-китайские переговоры на высшем уровне продлились почти 7,5 часа.

    Переговоры делегаций в узком и расширенном составах заняли около 3,5 часа.

    За это время Путин и Си Цзиньпин также успели выйти к прессе и подписать в торжественной обстановке два совместных заявления. Делегации подписали солидный пакет документов, в том числе межправительственное соглашение.

    Отметим, что председатель КНР находится в России с официальным четырехдневным визитом.