Month: May 2025

  • Черный рынок на кладбище в Баку: заброшенные могилы специально разрушаются? – ВИДЕО

    Утверждается, что на кладбище Дагусту в Ясамальском районе Баку разрушают заброшенные могилы и их места затем продают.

    Как сообщает Median.Az со ссылкой на APA TV, об этом рассказал житель столицы, пожелавший остаться анонимным. По его словам, из-за нехватки свободных участков для захоронений предлагаются места, где уже покоятся умершие.

    “Они говорят, что мы можем выбрать место, которое хотим. Причем весь процесс проходит без оформления документов. Заявляют, что эти могилы находятся под их контролем, их годами никто не посещает и не ухаживает за ними”, – заявил гражданин.

    Он также добавил, что в некоторых случаях могилы намеренно сжигаются для сокрытия следов.

    В муниципалитете Ясамальского района подчеркнули, что с 2019 года всем обращавшимся за разрешением на захоронение разъяснялось, что данное кладбище было основано в 1940 году и официально закрыто с 1974 года. Однако в связи с нехваткой свободных мест с согласия семей и в соответствии с шариатом могилы, которым более 25 лет, иногда вскрываются для проведения повторных захоронений.

    Подробнее – в сюжете:

  • Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır – Molla isə maklerlik edir (VİDEO)

    Bakının Yasamal rayonunda yerləşən Dağüstü qəbiristanlıqda uzun illərdir ziyarətçisi olmayan qəbirlərin dağıdılaraq satışa çıxarıldığı iddia olunur.

    Median.Az APA TV-yə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən vətəndaş danışıb.

    Onun sözlərinə görə, boş yer olmadığından içərisində meyit olan qəbirlər təklif olunub:

    “Hansını istəyirsinizsə, seçə bilərsiniz” dedilər. Həmçinin bu proses heç bir sənədləşmə olmadan həyata keçirilir. “Bu qəbirlər bizim nəzarətimizdədir, illərdir ziyarətçiləri yoxdur, kimsəsizlərdir” – deyə bildirildi”.

    Şikayətçi əlavə edib ki, tullantılarla gizlədilmiş bəzi qəbirlər ustalıqla yandırılaraq izlər ört-basdır edilir.

    Məsələ ilə bağlı Yasamal Rayon Bələdiyyəsindən bildirilib ki, 2019-cu ildən bu günə qədər vəfat edən şəxslərin yaxınları dəfn üçün müraciət etdikdə, onlara qəbiristanlığın 1940-cı ildə salındığı və 1974-cü ildən etibarən bağlandığı barədə məlumat verilib.

    Qeyd olunub ki, yeni yer olmadığından ailələrin razılığı əsasında yaxın qohumların ətrafında, yaxud şəriətə uyğun şəkildə, 25 ildən çox müddət keçmiş qəbirlər açılaraq yenidən dəfn həyata keçirilir.

    Ətraflı süjetdə:

  • Президент Азербайджана поделился публикацией по случаю 9 Мая – Дня победы над фашизмом (ФОТО)

    Президент Азербайджана Ильхам Алиев поделился в соцсетях публикацией по случаю 9 Мая – Дня победы над фашизмом.

    Median.Az представляет данную публикацию:

  • Azərbaycan Prezidenti 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)

    Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • DİN: “Vətəndaşların bank kartlarından oğurluqlar davam edir”

    Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, kartın üzərindəki CVV/CVC-kodu, SMS vasitəsilə göndərilən OTP-kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN-kodu məxfi məlumatlardır:

    “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 5 000, 1 010, 1 000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50, 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

  • İlham Əliyev yeni seçilmiş Roma Papasını təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Zati-müqəddəsləri. Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

    Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.

    Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

    İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcək.

    Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm”.

  • “8-ci kilometr” bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı

    Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən və “8-ci kilometr” bazarı kimi tanınan ticarət mərkəzində xadimənin ticarətlə məşğul olan qadını döyməsi ilə bağlı məhkəmə qərarı elan olunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü, “Ramal” Ticarət Mərkəzində xadimə işləyən Fərqanə adlı qadın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa orta ağır zərər vurma – xuliqanlıq niyyəti ilə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

    İstintaq zamanı müəyyən olunub ki, Fərqanə bazarın girişində 12 ildir qadın geyimləri satışı ilə məşğul olan Vüsalə adlı ticarətçi ilə mübahisə edib. Səbəb isə Fərqanənin 31-ci sırada yerləşən 3-cü və 4-cü piştaxtalar arasındakı keçidə stul qoyması olub. Bu hərəkətə etiraz edən Vüsalə ilə aralarında əvvəlcə sözlü mübahisə, daha sonra isə fiziki qarşıdurma yaranıb.

    Mübahisə zamanı Fərqanə əlindəki stulu yerə qoyaraq Vüsaləyə hücum çəkib və yumruqla onun sol sifət və sol qol nahiyələrinə zərbələr endirib. Hadisə nəticəsində Vüsalənin sol almacıq sümüyü sınıb, həmçinin sol bazusunda və ağzının sol küncündə qançırlar yaranıb.

    Məhkəmənin çıxardığı hökmə əsasən, Fərqanə 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində elektron qolbaqla nəzarət altında saxlanılacaq.

  • Bakının bu ərazisində evlər söküləcək

    Bakıda qəzalı və kəskin qəzalı vəziyyətdə olan binaların mərhələli şəkildə sökülməsi planlaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata əsasən, hazırda paytaxt üzrə 194 bina və 6 415 mənzili əhatə edən tədbirlərin icrasına start verilib. Bu proses yalnız şəhərin simasının yenilənməsinə deyil, daşınmaz əmlak bazarında mühüm dəyişikliklərə də yol aça bilər.

    Lakin illərdir köhnə və qəzalı binaların sökülməsi ilə bağlı müxtəlif proqram və planlar açıqlansa da, bu prosesin real icrasında ciddi ləngimələr müşahidə olunur. Sakinlərin razılığının alınması, alternativ mənzillə təminat məsələləri, maliyyə vəsaitlərinin ayrılması və texniki prosedurların vaxt aparması kimi səbəblər bu ləngimənin əsas amilləri sırasında yer alır. Bəzi hallarda isə bina sakinləri ilə investorlar arasında razılaşmanın əldə olunmaması layihələrin illərlə uzanmasına gətirib çıxarır.

    Bəs növbəti söküntü işləri harada aparılacaq və proses nə zaman başlayacaq?

    Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı News24.az-a açıqlamasında bildirib ki, mövcud proqram çərçivəsində artıq qiymətləndirmə işləri aparılıb və müəyyən binalarla bağlı tenderlər elan edilib:

    “Proses əslində gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı qiymətləndirmə işləri aparıb və hətta tenderlər elan edib. Düzdür, proqramda binaların hamısının yerində tikinti nəzərdə tutulmur. Onların bəziləri sökülür və sakinlərə kompensasiya verilməklə ərazidən köçürülür. Amma elə ərazilər var ki, orada söküntünün aparılması və yeni binaların tikilməsi mütləqdir”.

    Ekspertin sözlərinə görə, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami və digər rayonlarında kifayət qədər köhnə və təhlükəli binalar mövcuddur. Bu binaların bəzilərində hələ də vətəndaşlar yaşayır ki, bu da həm onların həyat təhlükəsizliyi, həm də şəhərsalma baxımından ciddi problemlər yaradır:

    “Bu proses mərhələli şəkildə davam edəcək və hər birinin yerində müasir yaşayış kompleksləri inşa ediləcək. Bu, təkcə şəhərin görüntüsünü dəyişmək üçün yox, həm də vətəndaşların daha təhlükəsiz və rahat yaşayış şəraiti ilə təmin olunması baxımından vacibdir. Proses Bakı şəhərinin baş planına uyğun şəkildə həyata keçirilir və bu il ərzində sürətləndirilməsi ilə bağlı müvafiq göstərişlər də verilib. Böyük ehtimalla ilin ortalarından sonra daha fəal dinamika müşahidə olunacaq”.

    Ramil Osmanlı həmçinin qeyd edib ki, bu tip yenidənqurma və söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, yeni layihələr bazara daxil olduqca, həm qiymət dinamikasında, həm də təklif strukturunda dəyişikliklər baş verə bilər.

  • Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi

    Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

    İclasda 2025/26 mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

    AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərarları qəbul edib:

    UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Araz-Naxçıvan” PFK, “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.

    UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Neftçi” PFK, “Sumqayıt” FK.

    Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Baku Sportinq” FK, “Difai” FK, “İmişli” FK, “Karvan” FK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK, “Şamaxı FK”.

    I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Cəbrayıl” FK, “Dinamo” FK, “Hypers Quba” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir” FK, MOİK FK, “Şahdağ Qusar” FK, “Şəfa” FK, “Şəmkir” PFK, “Şimal” FK, “Zaqatala” FK.

    I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Araz Saatlı” FK, “Füzuli” FK.

    AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Araz-Naxçıvan” PFK, “Baku Juniors” FK, “Dirçəliş” FK, “Qəbələ” İK.

    UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Yerdə qalan lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.

    Qeyd 1: Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 14-cü maddəsinə müvafiq olaraq, 2025/2026-cı illər mövsümündə aşağıda göstərilən lisenziyaları alınmış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:

    UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Misli Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

    Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

    UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

    Qeyd 2: Yuxarıda adları sadalanmayan klublar lisenziya prosesinə qoşulmaqdan imtina edib.

  • Papa seçimi: Bağlı qapılar arxasında inanılmaz detallar – Bu qidalar niyə qadağandır?

    Katolik dünyasının diqqəti yenidən Vatikana yönəlib. Papa Fransiskin bu ilin aprelində vəfat etməsinin ardından yeni papanın seçilməsi üçün başlanan konklav mərasimi davam edir. Dünyanın müxtəlif bölgələrindən gələn 133 kardinal Sistina kapellasında keçirilən gizli səsvermələr vasitəsilə yeni Papanın kimliyinə qərar verməyə çalışır.

    İndiyədək keçirilən səsvermələr nəticəsiz qalıb və baca vasitəsilə havaya buraxılan qara tüstü ilə bu, xarici aləmə bildirilib. Qaydalar görə, ağ tüstü yalnız Papa seçiləndə verilir. Son dövrlərdə konklavlar ortalama 3 gün çəkib, ən uzun müasir konklav isə 5 gün davam edib.

    Kardinallar üçün nəzarət altındakı həyat

    Kardinallar Papa II Jean Paulun dövründə inşa edilən Azizə Marfanın Evi adlanan xüsusi bir qonaq evində qalırlar. Burada şərait sadə və qənaətcildir. Sakitlik və gizlilik prinsiplərinə tam uyğun şəkildə idarə olunur. Hətta kardinalların içdiyi sudan atdıqları çöpə qədər hər şey nəzarət altındadır.

    Yeməklər isə sadədir: spagetti, minestrone şorbası, qaynadılmış tərəvəzlər və bəzən quzu şiş. Lakin bəzi kardinallar menyudan narazılıqlarını bildiriblər. Kardinal Mauro Pyacença yeməkləri “dəmir yolu vağzalında verilən yeməklərə” bənzədib. Digər kardinallar da “dadsız, duzsuz makaronlar” və “su kimi souslar”dan şikayətləniblər. Bu sadəlik, ehtimal ki, Papa Fransiskin təvazökarlıq prinsiplərinə uyğun olaraq saxlanılır.

    Qadağan edilmiş yeməklər və gizlilik

    Cum clave – latınca “açarla bağlı” mənasını verən bu termin konklavın mahiyyətini əks etdirir: tam qapalılıq və gizlilik. Bu müddət ərzində kardinallar xarici dünya ilə əlaqədən məhrum edilir. Mobil telefonlar, internet və digər əlaqə vasitələri sönülü vəziyyətdə olur. Bu gizliliyi pozan şəxslər kilsədən aforoz edilə bilər.

    Yeməklər belə bu qaydalara uyğun şəkildə seçilir. Bütün toyuq, içi dolğulu ravioli, örtülü piroqlar və “rigatoni” tipli makaronlar qadağandır. Çünki bu cür qidaların içərisinə gizli cihazlar yerləşdirilərək məlumat ötürülməsi mümkündür.

    Bütün yeməklər Azizə Marfanın Evində yaşayan rahibələr tərəfindən hazırlanır. Onlar da xüsusi olaraq bu məqsədlə Vatikanın xidmətinə cəlb edilir və gizlilik andı içirlər. Hazırlanmış yeməklər iki dəfə İsveçrə qvardiyası tərəfindən yoxlanılır və konklav zalına xüsusi fırlanan qapı vasitəsilə ötürülür.

    Tarixi səbəblər və məqsədlər

    Bu cür ciddi tədbirlərin tarixi əsası var. 1274-cü ildə Papa X Qriqor konklav prosesini sürətləndirmək və kardinalların qərar verməsini asanlaşdırmaq üçün sadə və konfortsuz şəraitdə qalma qaydası tətbiq etmişdi. Bu dövrdə siyasətin papalıq seçiminə təsirini azaltmaq məqsədi daşıyan gizlilik və ehtiyat tədbirləri indiki sistemin əsasını qoymuşdu.

    O dövrlərdə kardinalların saxlanıldığı yerlərdə qidalar məhdudlaşdırılır, şəffaf stəkanlar və fincanlardan istifadə edilirdi. Salfetkalar və tullantılar belə araşdırılırdı. Bu tədbirlər həm də zəhərlənmə hallarının qarşısını almaq məqsədi daşıyırdı.

    Yeni Papa harada qalacaq?

    Uzun illər kardinallar Sistina kapellasında səs verərkən, Vatikanın köhnə və sıxışıq freskalı apartmanlarında qalırdılar. 1978-ci ildə keçirilən iki konklavın çətinliyi və şəraitsizliyi polşalı kardinal Karol Voytılanın (II Jean Paul) bu sahədə islahatlara başlamasına səbəb olmuşdu. O, Papa seçildikdən sonra ilk işlərindən biri kimi Azizə Marfanın Evini tikdirib və bu gün də həmin bina konklav zamanı kardinalların məskəni sayılır.

    //qaynar.az