Month: May 2025

  • NATO tarixində ilk dəfə türk general direktor vəzifəsinə seçilib

    Türkiyə Milli Müdafiə Nazirliyi NATO tarixində ilk dəfə türk generalın NATO Beynəlxalq Hərbi Qərargahında direktor olaraq vəzifə tutacağını açıqlayıb.

    Median.Az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

    Məlumata görə, NATO Beynəlxalq Hərbi Qərargahında Əməkdaşlıq və Təhlükəsizlik direktoru vəzifəsinə briqada generalı Eray Ündüger seçilib.

    “Ölkəmiz NATO-nun güclü və etibarlı bir müttəfiqi olaraq, ittifaqın sülh və təhlükəsizliyinə mühüm töhfələr verir”, – deyə nazirlikdəki mənbə bildirib.

  • Heç bir ölkə kiberhücumlardan tam müdafiə oluna bilməz – RƏY

    Media cəmiyyətin görən gözü, danışan dili, eşidən qulağıdır və informasiya məkanına edilən hücum, sərhəd tanımır. Heç bir ölkə bu hücumlardan tam müdafiə oluna bilməz.

    Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

    O qeyd edib ki, kiberhücumlar bir ölkənin daxili sabitliyini poza və cəmiyyətdə çaşqınlıq yarada bilər:

    “Bu kimi hücumlara qarşı mübarizə yalnız dövlətin və ya jurnalistlərin vəzifəsi deyil, hərkəsin vəzifəsidir.

    Azərbaycanın media resurslarına qarşı kiberhücumların artması, xüsusilə Rusiya ərazisindən qaynaqlandığı bildirilən hücumlar fonunda bu məsələ artıq təkcə texniki yox, həm də siyasi və strateji təhlükəsizlik problemi kimi qiymətləndirilməlidir. Bu istiqamətdə xüsusilə dövlət, media, o cümlədən özəl sektor arasında koordinasiya edilmiş kiberdayanıqlılıq sistemi qurula bilər”.

    Milli Məclisdə dezinformasiyalara, hibrid təhditlərə, kiber hücumlara operativ cavab verən, komissiyanın formalaşdırıldığını diqqətə çatdıran deputatın sözlərinə görə media sahəsində çalışan təşkilatlar bu mübarizədə qabaqcıl təcrübəni öz aralarında paylaşa bilərlər:

    “Həmçinin məlumatlılığın artırılması, kiberdayanıqlılıq, informasiya məkanına hibrid hücumların müzakirə oluna biləcəyi bir platforma və ya birgə təşkilat yaradıla bilər. Bu sadəcə mənim tərəfimdən bir təklif olardı. O cümlədən redaksiya heyətləri və jurnalistlər kibertəhlükəsizlik, informasiya müharibələri, dezinformasiyanın tanınması və qarşısının alınması üzrə mütəmadi təlimlərdən keçirilə bilər.

    Düşünürəm ki, bu kimi hücumlara qarşı durmaq üçün təhlükəsizlik – informasiya – diplomatiya – hüquq dördbucağında davamlı koordinasiyalı fəaliyyət vacibdir. Xüsusilə, bu hücumların ifşa olunması, ona qarşı hüquq çərçivəsinə mübarizə gələcəkdə bu kimi hücumların qarşısını almaq üçün önəmlidir. Bu istiqamətdə eyni zamanda dost ölkələrin təcrübəsinə də baxa bilərik”.

  • Ağ tüstü çıxdı: Yeni Roma Papası seçildi

    Yeni Roma Papası seçilib.

     
    Bu barədə CNN məlumat yayıb.
    Bildirilib ki, ənənəvi olaraq səsvermənin keçirildiyi Vatikanda Sikstin kapellasında quraşdırılmış bacadan ağ tüstü qalxıb. Bu isə kardinalların ikigünlük konklavın ikinci günündə yeni papa seçdiklərinin işarəsidir.
    Onun adı tezliklə açıqlanacaq.

  • В Гяндже 27-летний мужчина погиб в результате падения с высоты

    В Гяндже мужчина погиб в результате падения с высоты.

    Инцидент произошел в одном из строящихся ресторанов.

    По предварительным данным, 27-летний И.Гусейнов работал на стройке.

    По факту в прокуратуре города Гянджа ведется расследование.

  • Gəncədə 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

    Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.

    Hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan birində qeydə alınıb.

    İlkin məlumata əsasən, orada çalışan 27 yaşlı İ.Hüseynov tikilidən yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Эрдоган: РКК скоро сложит оружие и объявит о роспуске

    Президент Турции Реджеп Тайип Эрдоган заявил, что РКК сложит оружие и объявит о своем роспуске в ближайшие дни.

    Как сообщает Median.Az со ссылкой на Haberturk, об этом заявил Эрдоган на встрече с группой министров и депутатов.

    “Мы преодолели все препятствия. Сегодня-завтра РКК сложит оружие и объявит о роспуске”, – сказал он.

    По его словам, для Турции начинается новая эра, и политикам придется проделать большую работу.

    Президент также затронул тему антикоррупционной операции в муниципалитете Стамбула, отметив, что государство обеспечит все условия для правосудия.

  • Ərdoğan: Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək

    Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək.

    Median.Az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə deyib.

    Onun sözlərinə görə, bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq: “Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bu məsələdə sizə güvənirəm”.

    Prezident görüşdə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı maliyyə cinayətlərinin araşdırılmasına da toxunub: “Bizim vəzifəmiz məhkəmənin öz işini görməsini təmin etməkdir”.

  • В Беларуси почтили память азербайджанского героя Наджафгулу Рафиева

    В столице Беларуси Минске возложили цветы к мемориальной доске в честь героя Советского Союза азербайджанского происхождения Наджафгулу Рафиева.

    Об этом Report сообщает со ссылкой на посольство Азербайджана в Беларуси.

    Мероприятие организовано в преддверии празднования 80-летия победы во Второй Мировой войне.

    В церемонии приняли участие азербайджанские дипломаты, члены совета постоянных полномочных представителей и послы стран СНГ, делегация исполнительного комитета Содружества, а также преподаватели и учащиеся средней школы имени Н.Рафиева.

  • Belarusda azərbaycanlı qəhrəman Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

    Belarusun paytaxtı Minskdə Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan əsilli Nəcəfqulu Rəfiyevin xatirə lövhəsinin önünə gül dəstələri qoyulub.

    Bu barədə “Report” Azərbaycanın Belarusdakı səfirliyinə istinadən xəbər verir.

    Tədbir İkinci Dünya müharibəsində qələbənin 80 illiyinin qeyd edilməsi ərəfəsində təşkil olunub.

    Mərasimdə azərbaycanlı diplomatlar, Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri və MDB ölkələrinin səfirləri, Birliyin İcraiyyə Komitəsinin nümayəndə heyəti, eləcə də N.Rəfiyev adına orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

  • “Arsenal” 22 yaşlı hücumçuya təklif göndərib

    İngiltərə təmsilçisi “İpsviç”in 22 yaşlı hücumçusu Liam Delap karyerasını başqa klubda davam etdirə bilər.

    Bu barədə “Transfer Football” məlumat yayıb.

    “Arsenal” ingiltərəli 22 yaşlı forvardın nümayəndələrinə təklif göndərib. Futbolçu ilə “Çelsi”nin də maraqlandığı bildirilib.

    Qeyd edək ki, Liam Delap bu mövsüm İngiltərə Premyer Liqasında 34 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.