Month: May 2025

  • Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib

    Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş başa çatıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, Rusiya-Çin yüksək səviyyəli danışıqları ümumilikdə təxminən 7,5 saat davam edib.

    Putin və Si Cinpin mətbuat qarşısına çıxıblar və təntənəli şəraitdə iki birgə bəyanat imzalayıblar. Nümayəndə heyətləri həmçinin dövlətlərarası saziş daxil olmaqla sənədlər paketinə imza atıblar.

    Çin lideri təkbətək və geniş tərkibdə keçirilən danışıqlardan, eləcə də çay süfrəsi arxasında keçirilən qeyri-rəsmi söhbətdən sonra Kremlin binasını tərk edib.

    Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Rusiyada dörd günlük rəsmi səfərdədir.

  • В Баку временно изменена схема движения пяти автобусных маршрутов

    С 9 мая в Баку изменится схема движения автобусных маршрутов №2, 9, 11, 24 и 211 в связи с ограничением движения автотранспорта на участке улицы Ахмеда Раджабли — от пересечения с улицей Улугбека до улицы Фатали хана Хойского.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта (AYNA).

    Автобусы на маршруте №2 будут следовать по улицам Ахмеда Раджабли, Улугбека и Ага Нейматулла.

    Маршрут №9 пройдет по ул. Ахмеда Раджабли, Улугбека и Ага Нейматулла (до конечной остановки).

    Автобусы №11 проследуют по ул. Ахмеда Раджабли, Улугбека, Ага Нейматуллы и Тебриз. Маршрут №24 — по тем же улицам, включая конечную остановку на улице Тебриз.

    Автобусы на маршруте №211 в направлении “ASAN xidmət” будут следовать по улицам Фатали хана Хойского, Ага Нейматуллы, Улугбека и Ахмеда Раджабли. В обратном направлении — по улицам Заура Нудиралиева, Ардабиль, Азада Гумбатова, Ашуга Молла Джума и Фатали хана Хойского, далее по основному маршруту.

  • AYNA mayın 9-da hansı müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edib?

    Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 9 may tarixindən 2, 9, 11, 24 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Beləliklə, 2 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla küçələri ilə hərəkət edəcək. 9 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla (son dayanacaq) küçələri ilə təşkil olunacaq. 11 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz küçələri ilə hərəkət edəcək.

    24 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz (son dayanacaq) küçələri ilə təşkil olunacaq.

    211 nömrəli marşrutun “ASAN xidmət” istiqamətində hərəkəti Fətəli xan Xoyski, Ağa Nemətulla, Uluqbəy və Əhməd Rəcəbli küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobusların hərəkəti Zaur Nudirəliyev, Ərdəbil, Azad Hümbətov, Aşıq Molla Cümə, Fətəli xan Xoyski küçələri, daha sonra öz hərəkət sxemi üzrə təmin olunacaq.

  • В этом году 10 тысяч учеников привлекут к компьютерному мониторингу

    В этом году планируется привлечь к компьютерному мониторингу 10 тысяч учащихся ряда общеобразовательных учреждений, находящихся в подчинении Управления образования города Баку и Абшерон-Хызинского регионального управления образования.

    Об этом Report сообщили в Государственном агентстве по дошкольному и общему образованию.

    Пробный этап мониторинга был организован и успешно проведен в компьютерном формате впервые 12 и 13 апреля. В пробный мониторинг было вовлечено около 900 учеников по каждому классу.

    Основная цель применения цифровизации в процессе мониторинга — обеспечить поэтапный переход к компьютерной модели оценивания.

    Отметим, что 17-18 мая по всей стране будут организованы мониторинги в IV и VI классах всех государственных общеобразовательных учреждений.

  • Bu il 10 min şagird kompüter vasitəsilə monitorinq olunacaq

    Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, monitorinqin sınaq mərhələsi 12 və 13 aprel tarixlərində ilk dəfə olaraq kompüter əsaslı formatda təşkil olunub və uğurla həyata keçirilib. Sınaq monitorinqinə hər sinif üzrə 900-ə yaxın şagird cəlb edilib.

    Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdir.

    Qeyd edək ki, ölkə üzrə mayın 17-18-də bütün dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinqlər təşkil olunacaq.

  • Посол Бельгии в Азербайджане: Возможно участие бельгийских компаний в инфраструктурных проектах в Карабахе

    Азербайджан и Бельгия обсудили перспективы взаимной торговли и инвестиционных возможностей в ненефтяном секторе.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство поощрения экспорта и инвестиций Азербайджана (AZPROMO).

    Данные вопросы обсуждались на встрече исполнительного директора AZPROMO Юсифа Абдуллаева с послом Бельгии в Азербайджане Жюльеном де Фрепоном.

    Стороны подчеркнули, что встречи с бельгийской стороной в мае прошлого года в Брюсселе и в феврале этого года в Баку будут способствовать развитию взаимных экономических отношений между двумя странами.

    Посол подчеркнул наличие большого потенциала для расширения торгово-экономического партнерства между Бельгией и Азербайджаном, высоко оценил перспективы сотрудничества в торговле, инвестициях, фармацевтики, транспорте и логистики. Он добавил, что бельгийские компании могут принять участие в реализации инфраструктурных проектов в Карабахском регионе.

  • Julyen de Frepo: “Belçika şirkətlərinin Qarabağda infrastruktur layihələrdə iştirakı mümkündür”

    Azərbaycanla Belçika arasında qeyri-neft sektorunda qarşılıqlı ticarət və investisiya imkanlarının reallaşdırılmasının perspektivləri müzakirə olunub.

    Median.Az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

    Bununla bağlı müzakirələr AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevın Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepo ilə keçirilən görüşdə aparılıb.

    Y. Abdullayev agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib. Bildirilib ki, ötən ilin mayında Brüsseldə və bu ilin fevral ayında Bakıda Belçika nümanyəndə heyəti ilə keçirilən görüşlər iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

    Səfir Belçika və Azərbaycan arasında qarşılıqlı iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb, qeyri-neft ticarəti, investisiyalar, əczaçılıq, nəqliyyat və logistika sahələrindəki əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib.

    J. Frepo həmçinin Qarabağda olan infrastruktur layihələri ilə yerində tanış olduğunu və Belçika şirkətlərinin bu layihələrdə iştirakının mümkünlüyünü diqqətə çatdırıb.

  • Azərbaycanda növbəti torpaq hərracı elan edilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 11-də növbəti dəfə torpaq hərracı keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərraclar ƏMDX-nın Sumqayıt, Salyan, Yevlax, Ağcabədi, Qax və Oğuz ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 16 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • В Азербайджане более 70 пациентов с талассемией ожидают очереди на трансплантацию костного мозга

    В Азербайджане в настоящее время более 70 пациентов с талассемией ожидают очереди на трансплантацию костного мозга.

    Об этом сказала Report главный врач Центра талассемии Сехер Исмаилова.

    По ее словам, за прошедший период этого года 12 человек перенесли операцию по пересадке костного мозга, из них 10 – пациенты с талассемией. Состояние этих пациентов удовлетворительное, и не было зафиксировано ни одного случая смерти.

    Исмаилова также отметила, что самая большая проблема в вопросе трансплантации костного мозга пациентам с талассемией заключается в сложности поиска донора.

    “Если донор находится легко, мы можем спокойно провести операцию. Вероятность найти донора среди членов семьи составляет 25%. Подходящий костный мозг обычно берется у брата или сестры. К сожалению, не всем пациентам удается найти донора среди членов семьи, они вынуждены ждать в очереди”, – сказала она.

    Отметим, что 8 мая – Международный день талассемии.

  • Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün növbə gözləyir

    Azərbaycanda hazırda 70-dən çox talassemiya xəstəsi sümük iliyi transplantasiyası üçün növbə gözləyir.

    Bunu “Report”a açıqlamasında Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib.

    Onun sözlərinə görə, bu ilin ötən dövründə 12 nəfərə sümük iliyi köçürülməsi əməliyyatı tətbiq olunub, onlardan 10-u talassemiya xəstəsidir:

    “Həmin pasiyentlərin vəziyyəti qənaətbəxşdir və heç bir ölüm faktı aşkarlanmayıb”.

    S.İsmayılova bir daha xatırladıb ki, tibb müəssisələri Azərbaycanda yeganə sümük iliyi transplantasiyası tətbiq edən mərkəzdir. Burada təkcə talassemiya xəstələri üçün yox, digər qrupdan olan xəstələrə də ilik əməliyyatı icra olunur.

    Baş həkim eyni zamanda talassemiya xəstələrinə sümük iliyi köçürülməsi məsələsində ən böyük problemin donorun çətin tapılmasında görüb:

    “Əgər donor rahat tapılsa, əməliyyatı rahat şəkildə icra edə bilərik. Ailə üzvləri arasından donorun tapılma ehtimalı 25 faizdir. Uyğun ilik adətən bacı və qardaşdan götürülür. Təəssüf ki, bir qrup talassemiya xəstələri bu sarıdan şanslı ola bilmir və nəticədə donoru tapılmayanlar məcbur növbə gözləməli olur”.

    Qeyd edək ki, 8 May – Beynəlxalq Talassemiya Günüdür.