Month: May 2025

  • Ermənistanın baş naziri hakim partiya üzvləri üçün yoxlama keçirir

    Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkisi ərəfəsində hakim “Mülki Müqavilə” partiyasında əsaslı islahatlar keçirməyi planlaşdırır.

    Bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

    Qeyd olunur ki, Paşinyan seçkiyə “yeni partiya siması” ilə yanaşmaq üçün partiya rəhbərliyini tam yenidən işə salmaq niyyətindədir. Bununla bağlı hakimiyyət iclaslarında partiya üzvlərinin davranışları, onların korrupsiya sxemlərində mümkün iştirakı ilə bağlı şayiələr və ittihamlar fəal müzakirə olunur.

    Əslində, baş nazir partiya üzvləri üçün bir növ “peşəkar uyğunluq testi” təşkil edib: ondan uğurla keçənlər seçki komandasına qoşulacaq, qalanları isə kənarlaşdırılacaq. Nəşrin mənbələri iddia edirlər ki, Paşinyan artıq əməkdaşlığı davam etdirməyi planlaşdırmadığı deputatların siyahısını hazırlayıb.

    Bu arada, “Hraparak” qəzetinin məlumatına görə, partiya daxilində yeni idarə heyətində yer uğrunda mübarizə aparan fəallar arasında ciddi mübarizə gedir. Seçki sentyabr ayına təyin edilib və partiya qərar verib ki, yeni 16 nəfərlik idarə heyətinin ən azı üçdəbiri qadınlardan ibarət olmalıdır.

  • Eldar Əzizov: Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir, özümüzü Fransa ilə müqayisə edə bilərik

    İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır.
     
    Bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.
     
    O bildirib ki, ölkədə bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında da müşahidə olunur: “İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə həyata keçirilir. Həmin ərazilərlə yanaşı, paytaxtda və digər regionlarda də inkişaf gedir, islahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir. Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri ilə müqayisədə xeyli irəliləyik. Balaca ölkə olsaq da, sözümüz keçir”.

  • Арзу Алиева поделилась новыми кадрами из Нахчывана – ВИДЕО

    Президент Baku Media Center Арзу Алиева на своей официальной странице в Instagram поделилась новым видео с поездки в Нахчыванскую Автономную Республику.

    Median.Az представляет данные кадры:

  • Arzu Əliyevadan Naxçıvana səfəri ilə bağlı daha bir paylaşım – VİDEO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Naxçıvan səfərindən daha bir paylaşım edib.

    A.Əliyeva rəsmi “Instagram” hesabında paylaşdığı videoda Naxçıvanın gəzməli-görməli yerləri, xüsusilə Möminə Xatun türbəsi, Əshabi-Kəf mağarası yer alır.

    Xatırladaq ki, Arzu Əliyeva mayın əvvəlində Naxçıvana səfər edərək oradan maraqlı görüntülər paylaşmışdı.

  • Народный артист Ариф Бабаев удостоен премии Гейдара Алиева

     

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о предоставлении Арифу Имран оглу Бабаеву премии Гейдара Алиева за особые заслуги в развитии азербайджанской культуры.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Arif Babayevə Heydər Əliyev Mükafatı verildi

    Prezident İlham Əliyev Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, A.Babayev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

  • В Гобустанском районе скончалась медсестра

    Ушла из жизни сотрудница Гобустанской центральной районной больницы.

    В возрасте 39 лет скончалась медсестра поликлинического отделения больницы Самира Иманова.

    Информации о причине смерти пока нет.

  • 39 yaşlı tibb bacısı vəfat etdi

    Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı vəfat edib.

    Xəstəxananın Poliklinika şöbəsinin əməkdaşı, tibb bacısı Samirə İmanova 39 yaşında dünyasını dəyişib.

  • Sabah 30 dərəcə isti olacaq

    Azərbaycan ərazisində mayın 9-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 16-19°, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-19°, gündüz 25-30°, dağlarda gecə 7-12°, gündüz 15-20°, bəzi yerlərdə 25° isti olacaq.

  • В Баку наказали владельцев известных ресторанов

    В Баку выявлены объекты общественного питания, выбрасывающие в воздух выбросы сверх нормы.

    Об этом сообщила пресс-секретарь Министерства экологии и природных ресурсов Азербайджана Ирада Ибрагимова.

    Было отмечено, что в ходе мониторингов, проведенных в течение прошлой недели сотрудниками регионального управления экологии и природных ресурсов №11 и группы мониторинга загрязнения окружающей среды на объектах общественного питания в городе Баку, было выявлено, что в дома торжеств Ağ Saray, Baku Palace, Verona, Sevgi Hall, Lüks Plaza и рестораны Əlincə, Mor-Mor, Qaymaq, Ocaq выбрасывают в воздух выбросы сверх нормы.

    По словам И.Ибрагимовой, в связи с фактами на ответственных лиц указанных объектов составлен протокол и каждому из них выписан штраф в размере 2500 манатов: “Обеспечивается принятие соответствующих законодательных мер”.