Month: May 2025

  • Bakıda məşhur restoranların sahibləri CƏZALANDIRILDILAR

    Bakıda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

    Bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Ağ Saray”, “Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıq sarayları və “Əlincə”, “Mor-Mor”, “Qaymaq”, “Ocaq” restoranlarının havaya normadan artıq tullantı atdığı müəyyən edilib.

    O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

  • Индийские блогеры и политики начали кампанию бойкота против Азербайджана – ФОТО

    Индийские блогеры и политики призывают граждан своей страны не посещать Азербайджан.

    Они запустили кампанию “Бойкот Азербайджана” через социальную сеть X.

    Поводом для кампании послужила поддержка Азербайджаном Пакистана в связи с нападением Индии на исламскую республику.





  • Hindistanlı bloqer və siyasətçilər Azərbaycanı boykot kampaniyası başladıblar – FOTO

    Hindistanlı bloqer və siyasətçilər ölkə vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırırlar.

    Onlar “X” sosial şəbəkəsi üzərindən “Boycot Azerbaijan” kampaniyası başladıblar.

    Kampaniyaya səbəb isə Hindistanın Pakistana hücumu ilə bağlı Azərbaycanın Pakistana dəstək nümayiş etdirməsidir.

    Görüntüləri təqdim edirik:





    //oxu.az

  • Обнародована ​​сумма НДС, возвращенного гражданам с начала года в Азербайджане

    В январе-апреле 2025 года физическим лицам-потребителям было возвращено 55 млн 968 тыс. манатов налога на добавленную стоимость (НДС), уплаченного за товары, приобретенные на объектах розничной торговли и общественного питания (за исключением нефтепродуктов и газа, автомобилей, алкоголя и табачных изделий), а также за медуслуги, оказанные медучреждениями и физическими лицами, занимающимися частной медицинской практикой.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную налоговую службу при Министерстве экономики Азербайджана.

    Кроме того, в рамках расширения программы “Возврат НДС” (ƏDV geri al) продолжается процесс частичного возврата НДС, уплаченного физическими лицами при безналичной покупке жилых и нежилых помещений у компаний, занимающихся строительством зданий на территории страны. За прошедшие четыре месяца сумма возвращенного НДС за безналичное приобретение недвижимости составила 10 млн 742 тыс. манатов.

  • Azərbaycanda dörd ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 55.968 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

    Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçıların ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir. Ötən 4 ayda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 10.742 milyon manat olub.

  • BDYPİ yaşayış məntəqələri ilə bağlı sürücülərə müraciət edib

    Yaşayış məntəqələri sakitliyin və təhlükəsizliyin təmin olunduğu zonalardır.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.

    Bildirilib ki, nəqliyyat vasitəsinin yaşayış məntəqəsində idarə edilməsi zamanı mühərrikin dirsəkli valının əsassız şəkildə yüksək dövriyyədə işlədilməsi və ya avtomobildə yüksək səslə musiqi dinlənilməsi cəmiyyətin qəbul etdiyi davranış qaydaları ilə uzlaşmır və ətraf mühitin ahənginə ciddi şəkildə mənfi təsir göstərir:

    “Unudulmamalıdır ki, bu ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil, məhz insanların gündəlik fəaliyyəti və istirahəti üçün nəzərdə tutulmuş məkanlardır. Burada körpələr yatır, yaşlı insanlar dincəlir, ailələr sakitlik axtarır.

    Səssiz və intizamlı hərəkət – sosial məsuliyyətin təzahürüdür. Hər bir sürücüdən gözlənilən, təkcə yol hərəkəti qaydalarına deyil, həm də ictimai davranış normalarına riayət etməkdir.

    Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha ətraf mühitin səssizliyinə hörmətlə yanaşmağa, ictimai rahatlığı nəzərə almağa çağırır”.

  • В Москве началась встреча Путина и Си Цзиньпина

    Президент России Владимир Путин в Георгиевском зале Большого Кремлевского дворца встретил председателя КНР Си Цзиньпина, который находится в Москве с визитом, передает Median.Az со ссылкой на ТАСС.

    В рамках церемонии официальной встречи Путин встретил гостя в центре Георгиевского зала, где установлены флаги России и Китая. Пожав друг другу руки, лидеры в присутствии делегаций выслушали государственные гимны своих стран.

    Ожидаются как переговоры с участием делегаций, так и беседа лидеров с глазу на глаз. В Кремле анонсировали, что Путин и Си Цзиньпин обсудят “самые важные вопросы”, в том числе украинский конфликт и российско-американские отношения. Будет рассматриваться и двустороннее сотрудничество, в том числе в энергетике. Речь пойдет о газопроводе “Сила Сибири – 2”, который должен пролегать с территории Ямала и Западной Сибири в Китай.

    По итогам переговоров Путин и Си Цзиньпин подпишут два совместных заявления и выступят перед прессой. Ожидается также утверждение нескольких межправительственных и межведомственных документов.

    Будет и неформальное общение: в заключительной части запланирована “доверительная беседа за чаем в формате один на один”.

    Визит Си Цзиньпина приурочен к 80-летию Победы в Великой Отечественной войне. 9 мая китайский лидер будет главным гостем на параде Победы. Это уже третий контакт глав государств с начала года. В январе они провели встречу в формате видеоконференции, а в конце февраля поговорили по телефону.

  • Kremldə Vladimir Putinin Si Cinpinlə görüşü keçirilir

    Rusiya Prezidenti Vladimir Putinlə ölkəsində səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpinin Böyük Kreml Sarayının Georgi zalında görüşü keçirilir.

    Bu barədə TASS məlumat yayıb.

    Kreml bəyan edib ki, Putin və Si Cinpin Ukrayna münaqişəsi və Rusiya-ABŞ münasibətləri də daxil olmaqla ən mühüm məsələləri müzakirə edəcəklər.

    Danışıqlardan sonra ölkə liderləri birgə bəyanat imzalayacaqlar. Bir sıra hökumətlərarası və idarələrarası sənədlərin təsdiqi də gözlənilir.

    Qeyd edək ki, Si Cinpinin Rusiyaya səfəri Faşizm üzərində Qələbənin 80-ci ildönümünə təsadüf edir. Mayın 9-da Çin lideri Qələbə paradının əsas qonağı olacaq.

  • DİN əməliyyat keçirdi – 19 kiloqram narkotik aşkarlandı – VİDEO

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Abşeron rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Elvin Quliyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 5 kiloqram heroin və metamfetamin aşkarlanıb.

    E.Quliyev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • В Гяндже выявлено подпольное производство суррогатного алкоголя

    В одном из жилых домов в Гяндже выявлено незаконное производство поддельных алкогольных напитков.

    Рейд был проведен сотрудниками Агентства продовольственной безопасности и полиции города на основании полученной информации.

    Проверка прошла в доме жительницы Эсмер Фитури на улице М.Э.Сабира.

    В ходе осмотра установлено, что в бутылки с различными товарными наименованиями вручную разливались фальсифицированные спиртные напитки. Изъяты десятки бутылок под брендами Banketnaya Yubiley, Organic Line, Banketnaya, Старый Доктор, а также пластиковая емкость с 25 литрами водно-спиртовой смеси и упаковочные материалы.

    По данному факту проводятся лабораторные исследования и необходимые меры в рамках законодательства.