Month: May 2025

  • Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və yerli polis idarəsinin əməkdaşları gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Əsmər Mehman qızı Fituriyə məxsus yaşayış evində reyd keçiriblər.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub:

    “13 ədəd 1 l-lik, doqquz ədəd 0.7 l-lik, dörd ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, yeddi ədəd 0.7 l-lik, beş ədəd 0.5 l-lik “Organic Line”, bir ədəd 1 l-lik, üç ədəd 0.7 l-lik “Banketnaya”, bir ədəd 1 l-lik, bir ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb”.

    “Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

    Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

  • В Иране произошло сильное землетрясение

    В Иране произошло землетрясение магнитудой 5.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Землетрясение произошло в городе Заманабаде провинции Семнан.

    Очаг залегал на глубине 9 км.

    Информации о разрушениях или жертвах пока нет.

  • İranda güclü zəlzələ olub

    İranda 5 bal gücündə zəlzələ baş verib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı İran KİV-nə istinadən xəbər verib.

    Məlumata görə, zəlzələ Simnan əyalətinin Zamanabad şəhərində baş verib.

    Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

  • На границе Индии и Пакистана произошел крупнейший воздушный бой в истории

    На границе между Индией и Пакистаном разыгралось беспрецедентное воздушное сражение, ставшее крупнейшим в современной истории авиации. Более 125 истребителей с обеих сторон вели ожесточенные боевые действия на протяжении более часа, обмениваясь ракетными ударами на расстояниях, превышающих 160 км, сообщает Median.Az со ссылкой на CNN.

    Примечательно, что ни один из самолетов не покидал воздушного пространства своей страны, что свидетельствует о высоком уровне напряженности и готовности к полномасштабному конфликту. Отношения между Индией и Пакистаном, имеющими давнюю историю противостояния, обострились после трагического инцидента 22 апреля на севере Индии.

    В тот роковой день группа вооруженных боевиков открыла огонь по мирным гражданам в популярной у туристов зоне, унеся жизни 26 человек. Индийские власти незамедлительно возложили ответственность за теракт на Пакистан, обвинив соседнюю страну в поддержке террористических группировок.

  • Tarixdə ən böyük hava döyüşü: Hindistan və Pakistan qırıcıları bir saatdan çox mübarizə aparıblar

    Tarixdə ən böyük hava döyüşü Hindistan və Pakistan sərhədində baş verib və bu döyüş zamanı 125-dən çox qırıcı təyyarə bir saatdan çox mübarizə aparıb.

    Bu barədə CNN yazıb.

    Məlumata görə, eyni zamanda, tərəflərdən heç biri öz hava məkanını tərk etməyib, raket zərbələri mübadiləsi isə 160 kilometrdən çox məsafədə həyata keçirilib.

    Nəşr qeyd edir ki, bu münaqişə aviasiyanın müasir tarixində ən böyük və ən uzunmüddətli münaqişələrdən biri olub.

    Aprelin 22-də Hindistanın şimalında baş verən insidentdən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Həmin gün bir qrup silahlı şəxs turistlərin kütləvi şəkildə toplaşdığı bölgədə dinc sakinlərə atəş açıb, nəticədə 26 nəfər həyatını itirib. Hindistan hakimiyyəti Pakistanı hücumda əli olmaqda ittiham edib.

  • Bakıda anası ilə dalaşan yeniyetmə İTKİN DÜŞDÜ

    Bakıda yeniyetmə oğlan anası ilə dalaşandan sonra itkin düşüb.

    Hadisə mayın 5-də baş verib.

    Paytaxtın Nizami rayonu, Babək prospekti. 67, mənzil 5-də yaşayan Əhmədova Şamba Şaməddin qızı Nizami RPİ-nin 24-cü PŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, övladı, 2009-cu il təvəllüdlü Əhmədov Marif Nicat oğlu onunla ailə-məişət zəminində mübahisə edərək yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

    İtkin düşən şəxs Əhmədov Marif Nicat oğlunun olduğu yerin müəyyən edilməsi ilə bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
    //oxu.az

  • Google переименовал Персидский залив в Арабский

    Американская корпорация Google в своем сервисе “Google карты” переименовала Персидский залив в Арабский.

    Об этом пишет РИА Новости.

    Пользователям из Ближневосточного региона при поисковых запросах “Arab gulf” или “Persian gulf” на карте отображается наименование “Арабский залив”, отметило издание.

    Накануне агентство The Associated Press со ссылкой на источники писало, что президент США Дональд Трамп намерен переименовать Персидский залив в Арабский. Глава Белого дома намерен представить свое решение в ходе визита в Саудовскую Аравию. На решении о переименовании топонима настаивают сами арабские государства.

  • “Google” öz xidmətində Fars körfəzinin adını dəyişdi

    ABŞ-nin “Google” korporasiyası özünün “Google Maps” xidmətində Fars körfəzinin adını “Ərəb körfəzi” olaraq dəyişib.

    Bu barədə “RİA Novosti” yazıb.

    Nəşr qeyd edib ki, Yaxın Şərq regionundan olan istifadəçilər “Ərəb körfəzi” və ya “Fars körfəzi” adı ilə axtarış verdikləri zaman xəritədə “Ərəb körfəzi” adı əks olunur.

    Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Fars körfəzinin adını “Ərəb körfəzi” kimi dəyişdirmək niyyətini bəyan etmişdi. Ağ Ev rəhbəri qərarını Səudiyyə Ərəbistanına səfəri zamanı təqdim etmək niyyətindədir. Toponimin adının dəyişdirilməsi qərarında ərəb dövlətləri özləri israrlıdırlar.

  • ВНИМАНИЮ учителей музыки: начинается очередной этап аттестации

    Начинается очередной этап аттестации педагогов музыкальных школ и школ искусств системы Министерства культуры Азербайджана.

    Об этом сообщает Median.Az со ссылкой на ведомство.

    В целях оценки профессиональных знаний, умений и навыков преподавателей музыкальных школ и школ искусств при Министерстве культуры, на основании требований трудового законодательства проводится аттестация учителей.

    Первый этап аттестации охватил 1 759 преподавателей по фортепиано и теории музыки из 47 музыкальных школ и школ искусств Баку и Абшерон-Хызынского региона.

    На следующем этапе, который стартует 12 мая, будет проведена аттестация учителей по фортепиано и теории музыки из 20 музыкальных школ и школ искусств Губа-Хачмазского, Миль-Муганского и Ширван-Сальянского регионов, а также преподавателей, которые по уважительным причинам не смогли принять участие в предыдущем этапе, в общей сложности 620 работников.

    По указанным специальностям сформированы комиссии и в полной мере проинструктирована техническая команда по организации аттестации.

    Отметим, что ознакомиться с программами сертификации можно найти в разделе объявлений на официальном сайте Министерства культуры.

  • Musiqi müəllimlərinin NƏZƏRİNƏ – Növbəti mərhələ başlayır

    Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyası keçirilir.

    Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib.

    12 may tarixində başlayacaq növbəti mərhələdə Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin, habelə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin, ümumilikdə 620 işçinin attestasiyası keçiriləcək.

    Qeyd olunan ixtisaslar üzrə komissiyalar formalaşdırılıb və attestasiyanın təşkili ilə bağlı texniki komanda tam şəkildə təlimatlandırılıb.

    Qeyd edək ki, attestasiya proqramları ilə Mədəniyyət Nazirliyinin rəsmi saytının elanlar bölməsində tanış ola bilərsiniz.