Month: May 2025

  • “Qəbələ” 5 futbolçu ilə yollarını ayırdı

    I Liqanın çempionu “Qəbələ” 5 futbolçu ilə yollarını ayırıb.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələri uzatmayıb.

    Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti isə başa çatıb.

    Qeyd edək ki, bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.

  • В зоне российско-украинского конфликта погиб еще один азербайджанец

    В зоне российско-украинского конфликта погиб уроженец Гянджи Шахмар Мустафаев (1988 г.р.).

    Об этом сообщает Median.Az со ссылкой на Teleqraf.

    Согласно информации, он участвовал в боях с февраля текущего года.

    Напомним, что несколько дней назад также сообщалось о гибели в зоне российско-украинского конфликта еще одного уроженца Гянджи, участвовавшего в боях в рядах армии РФ.

  • Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak oldu

    Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Şahmar Elianur oğlu Mustafayev cəbhə bölgəsində həyatını itirib.

    Hazırda yaxınları 37 yaşlı həmyerlimizin nəşini Rusiyadan gətirməyə çalışırlar.

    Məlumat üçün bildirək ki, Ş.Mustafayev cari ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinə qatılmışdı.

    Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən digər Gəncə sakininin də həlak olması barədə məlumat verilmişdi.

  • В Баку начались масштабные работы по сносу

    В настоящее время на территории бывшей “Советской” улицы в Баку ведутся работы по сносу.

    Как сообщает Median.Az со ссылкой на Trend, с переселенными жителями достигнуты соответствующие договоренности, компенсации выплачены в установленном законом порядке.

    На данном этапе снос проводится на улицах Низами, Рзы Гулиева, Набат Ашурбековой, Чингиза Мустафаева и Мирзааги Алиева.

    Процесс осуществляется под контролем Исполнительной власти Ясамальского района, Государственного комитета по градостроительству и архитектуре, а также Государственной службы по вопросам имущества.

    Отметим, что на указанной территории уже снесены три жилых дома, а на их месте планируется создание парка.

  • Bakıda böyük söküntü İŞLƏRİ BAŞLADI

    Keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, köçürülən sakinlərlə razılıq əldə edilərək onlara qanunamüvafiq kompensasiyalar ödənilib.

    Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edir.

    Bu proses Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

    Qeyd edək ki, sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb, yerində isə park salınması gözlənilir.

  • Семейный наркобизнес: новые подробности задержания в Балакене – Фото / Видео (Обновлено)

    Стали известны новые подробности в связи с задержанной Гюнель Ибишовой во время проведенной сотрудниками Балакенского районного отдела полиции операции.

    Как передает Qafqazinfo, супруг Г.Ибишовой – Джавидан Ибишов по прозвищу “Чопу” также ранее был арестован за преступления, связанные с наркотиками.

    Установлено, что находясь в заключении, он начал осуществлять поставки, транспортировку и продажу запрещенных веществ в Баку и близлежащие районы через свою супругу по прозвищу “Ана”, постоянно давая ей указания и направляя ее действия.

    Также выяснилось, что некоторое время назад отец Джавидана, Ахмедага Ибишов, пытался передать сыну наркотики во время посещения исправительного учреждения, за что был привлечен к ответственности.

    * * * * *

    В результате операции, проведенной сотрудниками Балакенского районного отдела полиции, был предотвращен сбыт крупной партии наркотиков, нелегально ввезенных на территорию страны.

    Об этом сообщает Median.Az со ссылкой на шекинскую региональную группу пресс-службы Министерства внутренних дел (МВД).

    В ходе мероприятий был задержан 40-летний Э.Екяев, ранее неоднократно судимый за незаконный оборот наркотиков. У него было обнаружено более 4 кг марихуаны и электронные весы. На допросе задержанный заявил, что приобрел часть наркотиков у некой Гюнель.

    Правоохранители выявили и задержали Гюнель Ибишову, разыскиваемую за противоправные действия. По месту ее жительства были обнаружены зарытые в землю 2 кг 700 г марихуаны и 2 412 таблеток метадона. Г.Ибишова заявила, что приобрела наркотики у гражданина Ирана, личность которого устанавливается следствием.

    По данному факту возбуждено уголовное дело, решением суда в отношении обоих лиц избрана мера пресечения в виде ареста.



  • Balakəndə ƏMƏLİYYAT: Ərinin sifarişini icra edən narkotacir “Ana” saxlanıldı – VİDEO (Yenilənib)

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan Günel İbişova ilə bağlı yeni detallar məlum olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saxlanılan şəxs – Günel İbişovanın həyat yoldaşı – “Çopu” ləqəbli Cavidan İbişov da bir müddət əvvəl narkotik vasitələrlə bağlı cinayətlərə görə həbs edilib.

    Müəyyən edilib ki, o həbsdə olduğu müddətdə Bakı şəhərində və ətraf rayonlarda narkotik tədarükünü, daşınmasını və satışını arvadı – “Ana” ləqəbli Günel İbişovanın vasitəsilə həyata keçirməyə başlayıb və ona daim tapşırıqlar verərək istiqamətləndirib.

    O da məlum olub ki, bir müddət əvvəl Cavidanın atası Əhmədağa İbişov cəzaçəkmə müəssisəsində oğlunu ziyarətə gedərkən ona narkotik vasitə ötürməyə çalışıb və buna görə məsuliyyətə cəlb edilib.

    * * * * *

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

    Median.Az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı E.Yekəyev saxlanılıb. Ondan dörd kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini “Günel” adlı şəxsdən aldığını bildirib.

    Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və saxlanılıb. Onun yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2412 ədəd metadon həbi aşkarlanıb. G.İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



  • Adı “Sabah”la hallanan baş məşqçi Azərbaycana gəlməyəcək

    Adı “Sabah”la hallanan ukraynalı məşqçi Ruslan Rotan Azərbaycana gəlməyəcək. Ukraynalı mütəxəssis vətəndə qalası olub.

    “Aleksandriya”dan ayrılan mütəxəssis “Polissya” klubuna baş məşqçi təyin edilib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Onunla müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

    Ukrayna mətbuatı dünən Rotanın “Sabah”da baş məşqçi postuna namizəd olduğunu yazmışdı.

    Onun Azərbaycan Kubokunun finalından sonra Aleksey Berezutskini əvəzləməsi gözlənilirdi.

  • Məktəb direktorunun oğlu niyə həbs edilib? – TƏFƏRRÜAT

    Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin direktoru Əfiqə Mustafayevanın oğlu həbs edilib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, direktorun oğlu Zakir Mustafazadə dələduzluqda ittiham edilib.

    Zakir Mustafazadə üç nəfər tanışına onları anasının direktor olduğu məktəbə işə düzəldəcəyini vəd edib və həmin şəxslərdən 5 min manat məbləğində pul alıb. Vədə əsasən həmin şəxsləri məktəbdə müəllimə kimi işə düzəldəcəkmiş.

    Təqsirləndirilən Z.Mustafazadə başqa bir qohumuna qarşı da dələduzluq edərək onunun 13 min manatlıq xırdabuynuzlu heyvanlarını baha qiymətə satacağı vədi ilə alıb. Həmin heyvanları sataraq pulu ələ keçirib.

    İstintaq zamanı müəyyən edilib ki, Zakir Mustafazadənin zərərçəkmiş şəxslərə vurduğu ümumi ziyan 31700 manatdır. Mustafazadənin ailəsi həmin zərərdən 14700 manatı ödəyib.

    Zakir Mustafazadə ifadəsində deyib ki, zərərçəkmiş kimi tanınan şəxslərdən pulu onları işə düzəltmək üçün yox, borc kimi alıb. O, azadlığa buraxılacağı təqdirdə zərərin qalan hissəsinin ödənilməsinə çalışacağını bildirib.

    Məhkəmədə Zakirin direktor anası da şahid qismində ifadə verib. Bildirib ki, bir müddət əvvəl oğlu avtomobil qəzası keçirdiyi üçün borcları yaranıb. Həmin şəxslərdən də pulu borclarını qaytarmaq üçün alıb.

    Törətdiyi əməllərə görə 26 yaşlı Zakir 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

  • 70 yaşlı qadın Kür çayında boğuldu

    Mingəçevirdə 70 yaşlı qadın Kür çayında boğulub.

    1955-ci il təvəllüdlü Qəmər Kazım qızı Hüseynova Mingəçevir şəhəri Sahil Parkı ərazisində Kür çayına düşüb və boğularaq ölüb.
    Faktla bağlı araşdırma aparılır.