
Fövqəladə Hallar Nazirliyi (FHN) meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Fövqəladə Hallar Nazirliyi (FHN) meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Vətəndaşların bank kartlarından oğurluq davam edir.
Milli Məclisin yaz sessiyası üzrə son plenar iclası başlayıb.
Kanadanın Alberta, Manitoba və Saskaçevan əyalətlərinin 20 mindən çox sakini meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumata görə, təbii fəlakət ən çox 17 min sakininin məcburi təxliyə göstərişi aldığı Manitobaya təsir edib. Alberta və Saskaçevanda artıq 5 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
İnsanlar o cümlədən hava yolu ilə Vinnipeq (Manitoba) və Saskatun (Saskaçevan) kimi böyük şəhərlərə təxliyə edilir.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.
В Германии трем лицам предъявлены обвинения в работе на российские спецслужбы и, вероятно, подготовке к убийству.
Как передает Median.Az со ссылкой на Euronews, об этом сообщила Федеральная прокуратура Германии.
По данным следствия, 19 июня прошлого года во Франкфурте по делу об особо тяжком преступлении были арестованы трое подозреваемых — гражданин Украины Роберт А., гражданин Армении Варгес И. и гражданин России Арман С. Согласно требованиям немецкого законодательства, их фамилии не разглашаются.
В прокуратуре отмечают, что “шпионская операция рассматривалась как подготовка к последующим разведывательным действиям на территории Германии, которые могли привести к убийствам”.
Как сообщается, в начале мая 2024 года Варгес И. получил от российской разведки задание собрать информацию о гражданине Украины, который с начала войны в 2022 году воевал в рядах Вооружённых сил Украины и в настоящее время проживает в Германии.
Для выполнения задания Варгес И. привлек Роберта А. и Армана С., которые, по версии следствия, пытались установить личность указанного лица и собрать дополнительные сведения, пригласив его на встречу в кафе в центре Франкфурта.
Однако, как подчеркнули в прокуратуре, встреча так и не состоялась, поскольку потенциальная жертва ранее обратилась в полицию.
Almaniyada üç nəfərə Rusiya xüsusi xidmət orqanlarında işləmək və çox güman ki, insanı öldürməyə hazırlıq ittihamı irəli sürülüb.
Bu barədə “Euronews” Federal Prokurorluğa istinadən məlumat yayıb.
Ötən il iyunun 19-da Frankfurtda xüsusilə ağır cinayət işi üzrə həbs olunan üç nəfərin Ukrayna vətəndaşı A.Robert A., Ermənistan vətəndaşı Vardqes İ. və Rusiya vətəndaşı Arman S. olduğu müəyyən edilib.
Onların soyadları Almaniyanın məxfilik qaydalarına uyğun olaraq açıqlanmır.
“Casusluq əməliyyatının Almaniya ərazisində qətllərə səbəb ola biləcək növbəti kəşfiyyat əməliyyatlarına hazırlıq rolunu oynadığı iddia edilir”, – prokurorluq qeyd edib.
Almaniya Prokurorluğu bildiriblər ki, Ermənistan vətəndaşı Vardqes İ. 2024-cü il mayın əvvəlində Rusiya kəşfiyyatından Almaniyada yaşayan və 2022-ci ildə müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin heyətində döyüşmüş bir şəxs barədə casusluq etmək əmri alıb.
Vardqes İ. bu məqsədlə Robert A. və Arman S.-ni işə cəlb edib. Sonuncular həmin şəxsin kimliyini müəyyən etmək və onun haqqında əlavə məlumat toplamaq üçün Frankfurtun mərkəzindəki kafedə görüşə dəvət etmək cəhdində ittiham olunurlar.
Prokurorlar bildiriblər ki, həmin şəxs daha əvvəl Almaniya polisi ilə əlaqə saxladığı üçün görüş heç vaxt baş tutmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, general-mayor Rəfail Mehdiyev vəzifəsindən azad edilib.
Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rəfail Mehdiyevin nazirlikdəki fəaliyyətinə xitam verilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən Xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında isə Xidmət rəisi əvəzi təyin olunmuşdu.
Bildirilir ki, ötən ilin iyul ayında Rəfail Mehdiyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilmişdi. Onun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindəki fəaliyyət dövrünün yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edildiyi və milyonlarla vəsaitin yoxa çıxması barədə KİV-də məlumat yayılmışdı.
Mayın 29-da Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə universitetin 3-cü kurs tələbələri – 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında baş verib. Məlumata görə, iki gün əvvəl onların arasında yaranmış dava dostlarının müdaxiləsi ilə sakitləşdirilsə də, mübahisə sonradan telefon vasitəsilə davam edib.
Mayın 29-da Fərid Əliyev universitetə gələrək Məhəmməd Vəlizadəni gözləyib. Məhəmməd universitetə daxil olan zaman Fərid özü ilə gətirdiyi bıçaqla ona bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Xəzər Universitetinin rəsmisi Əlövsət Əmirbəyli hadisə ilə bağlı bunları deyib:
“Hər ikisi universitetin ən yaxşı tələbələrindəndir. Mühəndislik fakültəsində oxuyurlar. İlk dəfədir eşidirəm ki, aralarında mübahisə olub. Əgər bu barədə məlumatımız olsaydı, valideynlərini xəbərdar edərdik. Universitetdə bütün tələbələr yoxlanılır, bıçağın necə keçirildiyini deyə bilmərik”.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub və əməli törətməkdə şübhəli bilinən Fərid Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Azərbaycan Muay-tay Federasiyasının prezidenti Araz Musayevin Antalyada bıçaqlanmasına görə 6 nəfər saxlanılıb.
Median.Az modern.az-a istinadən xəbər verir ki, saxlanılan şəxslərdən üçü Azərbaycan, üçü Özbəkistan vətəndaşıdır.
Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.
Qeyd edək ki, hadisə ötən gün Türkiyənin Antalya şəhərinin Kemer bölgəsində keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı baş verib.
Kemerin Göynük məhəlləsində yerləşən Atatürk İdman Zalında baş verən hadisə zamanı Araz Musayev iki dəfə qarın nahiyəsindən bıçaqlanıb, baş nahiyəsindən isə zərbələr alıb. Yarışlar zamanı zalda olan həkimlər ona ilkin yardım edib. Daha sonra o, təcili olaraq Kemer Dövlət Xəstəxanasına, ardınca isə Antalya Şəhər Xəstəxanasına aparılıb. Araz Musayevin huşunun açıq olduğu və əməliyyat olunduğu bildirilib.
Təhlükəsizlik kamerasına düşən görüntülərdə Araz Musayevin zalın girişində dayandığı anda bir nəfərin ona yaxınlaşıb zərbə vurduğu görünür.
Bölgə prokurorluğunda aparılan araşdırma zamanı hadisədə iştirak etməkdə şübhəli bilinən şəxslərin kim olduqları müəyyən olunub. Hadisəni təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Kemer bölgəsində saxlanılıb.
Ondan başqa hadisədə 3-ü Özbəkistan, 3-ü Azərbaycan vətəndaşı olmaqla 6 nəfərin də iştirak etdiyi bəlli olub. Onlar hadisədən sonra kirayələdikləri avtomobillə qaçıblar, avtomobildə olan zaman onlardan bəziləri üst geyimlərini dəyişib, bəziləri saç-saqqallarını qırxıblar.
Şübhəlilərdən ikisi hava limanında tutulub. Birinin isə Rusiyaya getdiyi məlum olub və onun barəsində qırmızı bülletenlə axtarış qərarı çıxarılıb. Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində həmin şəxs hava limanında saxlanılıb. Hazırda onun ekstradisiyası ilə bağlı işlər davam etdirilir.
Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.
Araz Musayevin ümumi vəziyyətinin yaxşı olduğu və həyati təhlükəsinin qalmadığı bildirilir. O, hazırda xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır və yaxın günlərdə evə buraxılması gözlənilir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.
Median.Az xəbər verir ki, işin hallarına görə, şəxs xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək barələrində şikayət verilən şəxslərin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edib. Şəxs şikayətində qarşı tərəfin “TikTok” sosial şəbəkəsində yayımlanan sosial platformada onun barəsində təhqir və böhtan məzmunlu məlumatlar yaymaqla onun şərəf və ləyaqətini alçaltdıqlarını qeyd edib.
Barələrində şikayət verilən şəxslər Ağcabədi Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz verdiklərinə görə, etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən etirazın təmin edilməsi və materialın baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.
Lakin Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xüsusilə ona əsaslanıb ki, xüsusi ittiham qaydasında şikayətə görə şəxsin böhtan və təhqir kimi səciyyələndirdiyi məlumatları barələrində şikayət verilən şəxslərin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonunda yerləşən internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda yayıb. Tərəfin biri MMC-nin direktoru, digəri isə həmin MMC-də müxbirdir. Laçın Rayon Məhkəməsinin qənaətinə görə nə qədər ki, şikayətdə böhtan və təhqir kimi səciyyələndirilən məlumatlar “internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda” yayılıb və bu MMC-nin Azərbaycan Respublikasındakı hüquqi ünvanı bəlli olmaqla Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşir, xüsusi ittiham qaydasında şikayətə yurisdiksiyası bu inzibati ərazi vahidinə şamil edilən Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.
Yasamal Rayon Məhkəməsi MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu olsa da, xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərə əsasən təhqir və böhtan kimi səciyyələndirilən məlumatların barəsində şikayət verilən şəxslər tərəfindən “TikTok” sosial şəbəkəsində yayımlandığını, həmin şəxslərin yaşayış yerlərinin Ağcabədi rayonu olduğunu nəzərə alıb materialın ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olması, lakin həmin məhkəmədə fəaliyyət göstərən bütün hakimlərə etirazın təmin edilməsi səbəbindən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Laçın Rayon Məhkəməsinə göndərildiyinə görə məhz Laçın Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib. Məhkəmənin hazırlıq iclasının qərarı ilə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün materialı Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi:
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.
Azərbaycan Respublikası Ali Məhkəməsinin əsaslandırması:
1.Laçın Rayon Məhkəməsi qanunvericiliyin müddəalarına əsaslanmadan, “TikTok” sosial şəbəkəsində açılmış hesabı “***” MMC-nin (hüquqi şəxsin) sahib olduğu internet informasiya ehtiyatı kimi qiymətləndirib.
2. Laçın Rayon Məhkəməsi CM-in 147.1 və 148-ci maddələrinin dispozisiyalarında göstərilən “internet informasiya ehtiyatı” anlayışının düzgün hüquqi xarakteristikasının verilməsi üçün vacib olan normativ aktların müddəalarını nəzərdən keçirməyib, nəticədə MMC-yə aid, yəni məhz hüquqi şəxs olaraq MMC-nin sahib olduğu domen adının “Reyestr”də qeydə alınıb-alınmadığını müəyyən etmədən, adı “tiktok.com/@*******.az” işarələrindən təşkil olunaraq “Tiktok” sosial şəbəkəsində açılmış hesabı (MMC-nin adı ilə istifadəçi hesabının adı arasındakı zahiri oxşarlıqdan çıxış etməklə) hüquqi şəxsin (“***” MMC-nin) internet informasiya ehtiyatı kimi səciyyələndirib.
3. Eynilə Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında “***” MMC-nin və ya onun sahib olduğu hər hansı bir resursun – media subyekti və yaxud işçisinin – jurnalist olaraq qəbul edilməsinə əsas verən hallara da istinad olunmayıb.
4. Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında “***” MMC adlı hüquqi şəxsin və ya onun sahib olduğu hər hansı internet informasiya ehtiyatının media subyekti olaraq, MMC-nin işçisinin isə jurnalist qismində “Media Reyestri”ndə qeyd olunduğunu təsdiq edən məlumatlar göstərilməyib.
5. Məhkəmənin xüsusi ittiham qaydasında şikayətin ərazi aidiyyəti məsələsi üzrə nəticəyə gələrkən MMC-nin (hüquqi şəxsin) qeydiyyata alındığı hüquqi ünvanı əsas götürməsi və materialı yurisdiksiyası həmin ünvana şamil edilən Yasamal Rayon Məhkəməsinə göndərməsi əsassız olub.
6. Xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə aidiyyət məsələsi həll edilərkən məhkəmələrin hazırlıq iclasında malik olduqları məlumatlar əsas götürülməli və həmin mənbələrə əsasən bu məlumatların “TikTok” sosial şəbəkəsində yayılması, bu internet informasiya ehtiyatının qeydiyyat yerinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin yaşayış yerinin isə Ağcabədi rayonu olması nəzərə alınmalı, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndinin “Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır” müddəası rəhbər tutulmalı, müvafiq olaraq da xüsusi ittiham qaydasında şikayətin aid olduğu birinci instansiya məhkəməsi kimi Ağcabədi Rayon Məhkəməsi qəbul edilməlidir.
7. Lakin barələrində şikayət verilən şəxslərin CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olmasına baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi hakiminin qərarı ilə Ağcabədi Rayon Məhkəməsində fəaliyyət göstərən hakimlərə edilmiş etirazlar təmin edilərək materiala baxmalı olan birinci instansiya məhkəməsi qismində Laçın Rayon Məhkəməsi müəyyən edildiyindən, müvafiq material hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir.