Month: May 2025

  • Goranboyda maşın piyadanı vurub

    Goranboy rayonunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • İsrail və HAMAS 60 günlük atəşkəsə razılaşıb

    İsrail və HAMAS hərəkatı Qəzza zolağında 60 günlük atəşkəs barədə razılığa gəlib.

    Apa xəbər verir ki, bu barədə “Al Arabiya” mənbələrinə istinadən məlumat yayıb.

    Məlumata görə, ABŞ Prezidenti Donald Trampın yaxın bir neçə saat ərzində razılaşmanı açıqlayacağı gözlənilir.

  • Azərbaycan millisi dünya çempionatının yarımfinalında

    Minifutbol üzrə Azərbaycan yığması Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

    Median.Az xəbər verir ki, komandamız İngiltərə ilə üz-üzə gəlib.

    2:1 hesablı qələbə qazanan yığmamız yarımfinala adlayıb.

  • Ceyhun Bayramov ABŞ senatoru Stiv Deyns ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib – FOTO

    Xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

    Apa xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

    Nazir Ceyhun Bayramov, Senatora postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib.
    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Qardaşların ölümünə səbəb olan faciəli hadisənin DETALLARI

    Neftçala rayonunda bədbəxt hadisə baş verib, iki qardaş yanğın nəticəsində həyatını itirib.

    Hadisə rayonun Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

    Nəticədə Bayram Əzizov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

    Digər qardaş, 1995-ci il təvəllüdlü Babək Əzizov isə ağır yanıq xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hər iki qardaş kənd qəbiristanlığında atalarının yanında dəfn edilib.

    Ətraflı Baku TV-nin süjetində:

  • СМИ: Афганистан и Пакистан начали боевые действия

    Боевые действия между Афганистаном и Пакистаном начались в спорном приграничном районе Бахрамча в провинции Гильменд.

    Об этом сообщает Al Arabiya.

    “‎На фоне строительства новых пограничных контрольно-пропускных пунктов на пакистанской стороне вспыхнули столкновения между пакистанскими войсками и талибами вдоль границы в афганской провинции Гильменд”, – говорится в сообщении.

    На данный момент граница между государствами закрыта для всех видов транспорта.

  • Əfqanıstan və Pakistan arasında döyüşlər başlayıb

    Əfqanıstanın Hilmənd əyalətindəki mübahisəli Bəhramça sərhəd rayonunda Əfqanıstan və Pakistan arasında döyüşlər başlayıb.

    Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

    “Pakistan tərəfində yeni sərhəd nəzarət-buraxılış məntəqələrinin tikintisi fonunda Əfqanıstanın Hilmənd əyalətində sərhəd boyu Pakistan qoşunları və taliblər arasında toqquşmalar baş verib”, – deyə məlumatda bildirilir.

  • Таиланд, Китай и Сингапур призывают носить маски из-за вспышки COVID-19

    Таиланд, Китай и Сингапур столкнулись с новой волной коронавируса, правительство призывает граждан носить маски.

    Об этом сообщил портал Nikkei Asia.

    По его информации, с 18 по 24 мая в Таиланде было зарегистрировано 53.5 тыс. случаев заражения COVID-19. До этого за весь период с января до середины мая сообщалось о 187 тыс. инфицированных. В наибольшей степени вспышка затронула столицу – Бангкок. Это связывают с проведением в апреле фестиваля Сонгкран (тайский Новый год), в ходе которого прошли традиционные битвы с использованием водных пистолетов. С середины мая в помещениях столичных школ начали распылять дезинфицирующие средства, а некоторые учебные заведения перешли на онлайн-обучение.

    В правительстве Таиланда заявили, что власти следят за тем, чтобы население было обеспечено достаточным количеством масок, одноразовых тестов и дезинфицирующих средств для рук “по справедливым ценам”. Минздрав организовывает для заболевших бесплатные дистанционные консультации с врачами, в том числе через мобильные приложения, а также обеспечивает быструю доставку лекарств.

    По данным Китайского центра по контролю и профилактике заболеваний, с 28 апреля по 4 мая почти 16% тестов на инфекцию в больницах Китая выявили положительный результат. В последнюю неделю марта положительный результат показали 6.3% тестов. Китайский эпидемиолог Чжун Наньшань ранее заявлял, что новые варианты вируса XDV и XDV.1, которые являются доминирующими в Китае, более устойчивы к противодействию со стороны иммунной системы человека. Это значит, что даже вакцинированные или переболевшие COVID-19 люди в равной степени подвержены риску заражения. Эксперт, тем не менее, прогнозирует снижение числа заболевших в КНР в конце июня.

    Сингапур также находится в состоянии готовности из-за недавнего роста случаев COVID-19. Ранее сообщалось, что Минздрав страны 13 мая впервые за год опубликовал обновленную статистику заболеваемости COVID-19. В релизе отмечалось, что с 27 апреля по 3 мая было зарегистрировано на 28% больше случаев заражения, чем неделей ранее, на 30% выросло и число госпитализаций. Власти рекомендовали гражданам принимать меры предосторожности, в том числе делать прививки и носить маски в местах большого скопления людей.

  • Üç ölkədə COVID-19-a yoluxma halları kəskin artdı

    Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib və hökumətlər vətəndaşları maska taxmağa çağırır.

    Bu barədə “Nikkei Asia” portalı məlumat verib.

    Qeyd olunur ki, 18-24 may tarixlərində Tailandda 53.5 min COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Bundan əvvəl isə yanvardan mayın ortalarınadək olan dövrdə ümumilikdə 187 min yoluxma halı müəyyən edilmişdi.

    Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 28 aprel – 4 may tarixlərində Çin xəstəxanalarında aparılan infeksiya testlərinin demək olar ki, 16 faizi müsbət nəticə verib. Martın son həftəsində bu göstərici 6.3 faiz təşkil etmişdi. Çinli epidemioloq Çjun Nanşan daha əvvəl bildirmişdi ki, Çində dominant olan XDV və XDV.1 ştamının yeni variantları insan immun sisteminin müqavimətinə daha davamlıdır. Bu isə o deməkdir ki, hətta peyvənd olunmuş və ya COVID-19-dan sağalmış şəxslər də yoluxma riski altındadır.

    Sinqapurda da son vaxtlar COVID-19 hallarının artması qeydə alınıb. 27 aprel – 3 may tarixlərində əvvəlki həftə ilə müqayisədə yoluxma hallarında 28 faiz, xəstəxanaya yerləşdirilmə hallarında isə 30 faiz artım qeydə alınıb.

  • Zərərçəkmiş şəxs: Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı

    Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vüqar Sultanlı Tovuz döyüşlərində, 2020-ci il iyulun 14-də şəhid olan zabitlər – general-mayor Polad Həşimovun, polkovnik İlqar Mİrzəyevin və digərlərinin təxliyəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, yaxınlığa düşən düşmən mərmisinin partlayışı nəticəsində xəsarətlər aldığını bildirib.

    O, təxliyənin çətin olduğunu söyləyərək deyib:

    “Xüsusilə vurğulamaq istəyirəm ki, düşmən artilleriyası bizim sanitar avtomobillərimizə və ümumilikdə tibb işçilərinə atəş açırdı. Bu da beynəlxalq humanitar hüquq normalarına görə qadağandır və hərbi cinayət hesab olunur. Təkcə şəhidlərimiz yox, yaralanan hərbi qulluqçularımızın da təxliyəsi zamanı bütün yollar düşmən tərəfindən aramsız mərmi və minaatan atəşinə tutulurdu. İki sanitar avtomobilimiz sıradan çıxarıldı. Feldşer (hərbi həkim – red.) İlqar Zeynallı həmin hadisə zamanı şəhid oldu. Sürücümüz və iki sanitar heyət üzvümüz də yaralandı”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 30-da davam etdiriləcək.