Month: May 2025

  • Azərbaycanda məhkəmə sədrinin özü-özünə etirazı təmin edilib

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimin özü-özünə etirazı ilə bağlı qərar verib.

    Kollegiya hakimin özü-özünə etirazını təmin edib.

    Qeyd edək ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarına riayət edilərək Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hakimi Gülsüm Əliyeva isə obyektivliyin təmin olunması baxımından işə onun tərəfindən baxılmasına dair öz-özünə etiraz edib. Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər.

    Cinayət-Prosessual Məcəlləsinin 109.3.1-ci maddəsinə görə birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı – həmin məhkəmənin sədri həll edir.

    Cinayət-Prosessual Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən, özü-özünə etiraz etmiş hakimin etirazına baxmalı olan məhkəmənin sədri iş üzrə tərəf (xüsusi ittiham qaydasında şikayət vermiş şəxs) Gülnar Səfərəliyeva olduğundan etiraza baxılması məsələsinin məhkəmənin sədri tərəfindən həll edilməsinin cinayət prosessual qanunvericiliyin tələbinə zidd olması nəzərə alınaraq iş və hakimə etiraz baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına göndərilib.

    Naxçıvan Şəhər Məhkəməsinin sədri hakim Gülnar Səfərəliyeva özü haqqında qərar qəbul etməyib və hakimə etiraz məsələsinə baxmayıb.

    Hakimin özü-özünə etirazı isə yalnız Azərbaycan qanunvericiliyində yox, digər ölkə qanunvericiliklərində də nəzərdə tutulmuş prinsipdir.

    Həmin iş üzrə hakimin özü-özünə etirazı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən təmin olunaraq iş baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilib.

  • İlham Əliyevdən sənaye parkları ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında Fərman imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən məlumat yayıb.

    Fərmanla Nazirlər Kabineti sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (o cümlədən bərpa olunan enerji mənbələrindən zəmanətli tariflə elektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə) uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedici təşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasını təmin etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Dövlət tərəfindən yaradılan sənaye parklarının idarəedici təşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri ilə bağlanılacaq müqavilələrə uyğun olaraq və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, onların bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatını təmin etməlidir.

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq sənaye parklarının idarəedici təşkilatı tərəfindən ötürücü və (və ya) paylayıcı şəbəkədən istifadə etməklə elektrik enerjisi təchizatının həyata keçirilməsi üçün zəruri müqavilələrin bağlanılmasını təmin etməlidir.

  • Bank kartları necə talanır? – Ekspertdən ciddi xəbərdarlıq

    Azərbaycanda son dövrlərdə bank kartlarından kütləvi şəkildə vəsaitlərin oğurlanması və vətəndaşların adından qanunsuz onlayn kreditlərin götürülməsi halları artmaqdadır. Bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında paylaşım edib.

    Median.Az xəbər verir ki, Osman Gündüz bildirib ki, bu sahədə artan vətəndaş müraciətləri bank sektorunda problemlərin düşündüyümüzdən də ciddi olduğunu ortaya qoyur:

    “Son günlər bank kartlarından edilən kütləvi oğurluqlar və bankların məsuliyyəti ilə bağlı paylaşımımızdan sonra bizə çoxsaylı müraciətlər daxil olub. İnsanlar onların xəbəri olmadan adlarına kredit götürüldüyünü bildirirlər və araşdırmalar nəticəsində vəziyyətin həqiqətən də kritik olduğu görünür”.

    Ekspertin sözlərinə görə, hazırda ölkədə demək olar ki, bütün banklar onlayn kredit xidmətləri təqdim edir. Bu xidmətlər geniş yayılsa da, ciddi riskləri də özü ilə gətirir. Kiberfırıldaqçılar vətəndaşların adından saxta üsullarla kredit götürə bilirlər və vətəndaşlar bu əməliyyatlardan yalnız günlər sonra xəbər tutur. Banklar isə məsuliyyəti üzərlərinə götürmək əvəzinə, “siz təsdiqləmisiniz” cavabı ilə kifayətlənirlər.

    Osman Gündüz qeyd edib ki, bankların onlayn kredit prosesində identifikasiya sistemləri zəifdir:

    “Qısa araşdırma ilə məlum oldu ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemindən istifadə edir. Digər banklar isə adi üsullarla və ya ən yaxşı halda videozəng vasitəsilə identifikasiya aparırlar. Hətta bəzi böyük banklar öz daxili biometrik sistemlərini yaradıblar, lakin qanunvericiliyə uyğun lisenziyaları yoxdur”.

    Ekspert həmçinin Mərkəzi Bankın bu məsələyə qarşı ciddi tədbirlər görmədiyini də vurğulayıb. Onun fikrincə, artıq videozənglə identifikasiya sistemi öz aktuallığını itirib, dünya praktikasında isə üstünlük biometrik identifikasiya üsullarına verilir.

    “Azərbaycanda da qanunvericilik təkmilləşdirilməli və onlayn kredit üçün yalnız biometrik identifikasiya məcburi olmalıdır. Yalnız lisenziyalı biometrik imzalama vasitələrinə icazə verilməlidir”.

    Bundan başqa, rəqəmsal savadlılığı zəif olan və bir neçə bank kartı olan vətəndaşlar da risk altındadır. Osman Gündüz bu kateqoriyadan olan şəxslərə bank tətbiqlərində müəyyən təhlükəsizlik imkanlarının – məsələn, onlayn kreditə tam məhdudiyyət qoyma seçimlərinin verilməsini təklif edir.

    Sonda o, bankların məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb:

    “Mərkəzi Bank bu sahədə banklara qarşı yeni yanaşma ortaya qoymalıdır. Banklar vətəndaşlara “özünüz təsdiqləmisiniz” deyib məsuliyyətdən yayınmamalıdır. Əgər məsuliyyət artırılmasa, bu problemin həlli çox çətin olacaq”.

  • Песков: Мобильная связь может быть ограничена в период нахождения в России иностранных гостей

    Кремль призывает с пониманием относиться к ограничению мобильного интернета в Москве в дни празднования 80-летия Победы, передает Median.Az со ссылкой на ТАСС.

    “Это не сбои. Это ограничения в работе мобильного интернета – по понятным причинам. Конечно, здесь нужно абсолютно с пониманием к этому относиться”, – сказал журналистам пресс-секретарь президента РФ Дмитрий Песков, отметив, что все необходимые разъяснения на этот счет уже были даны.

    “Мы все с вами как москвичи, конечно же, хотим, чтобы этот славный праздник Победы был отмечен на должном уровне, чтобы все мероприятия прошли так, как это задумывается организаторами. Вместе с тем мы должны учитывать то опасное соседство, которое мы имеем”, – заметил пресс-секретарь президента.

    В связи с этим, продолжил Песков, на протяжении всех дней, когда в Москве будут находиться гости празднования юбилея Победы, то есть до 10 мая включительно, “нужно быть готовыми к таким временным ограничениям в работе мобильного интернета”.

    Представитель Кремля отрицательно ответил на вопрос, есть ли конкретные временные интервалы ограничений.

    “Нет, это будет производиться по мере необходимости”, – подчеркнул Песков.

  • Moskvada Qələbə paradı zamanı internetdən istifadə məhdudlaşdırılacaq

    Kreml Qələbə paradı zamanı Moskvada mobil internetin fəaliyyətinə qoyulan məhdudiyyəti anlayışla qəbul etməyə çağırıb.

    Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

    D.Peskov qeyd edib ki, söhbət hansısa nasazlıqdan yox, mobil internetin fəaliyyətinə tətbiq edilən məhdudiyyətdən gedir.

    Kremlin sözçüsü əlavə edib ki, qələbənin ildönümü ilə əlaqədar xarici ölkələrdən gələn qonaqların Moskvada olduğu müddətdə, yəni may ayının 10-na qədər, insanlar mobil internetin fəaliyyətində məhdudiyyətlərə hazır olmalıdırlar.

  • Bakıda masaj salonu işlədən qadın şərikini dəmir dabankeşlə döydü

    Nəsimi Rayon Məhkəməsində Bakıda masaj salonunda xuliqanlıq etməkdə təqsirləndirilən Günəş Əhədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə G.Əhədovaya altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət vasitəsi olan qolbaq tətbiq olunub.

    İttihama görə, Bakının Nəsimi rayonu ərazisində Səbinə və Gülnarə adlı şəxslər masaj salonu icarəyə götürüblər. Bir müddətdən sonra xarici ölkə vətəndaşı olan Səbinənin haqqında Azərbaycandan deportasiya edilmə qərarı çıxarılıb. Ondan sonra salonda işləyən Günəş obyektə şərik olduğunu deyib. Günəş kassadan 250 manat götürüb və buna görə qadınlar arasında dava düşüb. Günəş Gülnarəni saçından tutaraq döyüb, salondakı dəmir dabankeşlə ona zərbələr endirib.

    Gülnarənin şikayətindən sonra polis əməkdaşları Günəş Əhədovanı saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq – CM-in 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə cinayət işi açılıb.
    //oxu.az

  • Назначены дополнительные рейсы по маршруту Баку – Габала – Баку

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) назначило дополнительные рейсы по маршруту Баку – Габала – Баку в период с 6 по 9 июня для удовлетворения роста спроса со стороны пассажиров в связи с праздничными днями по случаю Гурбан байрамы.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу АЖД.

    Согласно предоставленной информации, в указанные даты поезда будут курсировать как из Баку в Габалу, так и в обратном направлении.

    Отправление из Баку запланировано на 07:30, обратный рейс из Габалы – на 19:00.

  • Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 6-9-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Bu barədə ADY məlumat yayıb.

    Bildirilib ki, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.

    Qatar Bakıdan Qəbələyə 7:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

  • Объявлен график движения поездов Баку – Сумгайыт в праздничный день

    9 мая поезда, следующие по маршруту Баку – Сумгайыт – Баку, будут курсировать по субботнему графику.

    Об этом сообщает Median.Az со ссылкой на ЗАО “Азербайджанские железные дороги” (АЖД).

    Отметим, что согласно соответствующему постановлению Кабинета министров Азербайджана, 9 мая является нерабочим днем.

  • Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki açıqlandı

    Mayın 9-da Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

    Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həmin gün qeyri-iş günüdür.