Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış edirlər.
Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul ediblər.
Sonra digər sənədlər mübadilə olunub.
Премьер-министр Армении Никол Пашинян заявил, что не собирается инициировать досрочные парламентские выборы, передает Median.Az со ссылкой на ТАСС.
“Мы не собираемся проводить досрочные парламентские выборы. Правительство работает в плановом режиме”, – отметил он в беседе с журналистами, объяснив “данные слухи” тем, что он активно общается с гражданами “без посредников”.
Очередные парламентские выборы в Армении запланированы на июнь 2026 года.
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkisinin keçirilməsinə təşəbbüs göstərmək niyyətində olmadığını bildirib.
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
“Biz növbədənkənar parlament seçkisi keçirmək niyyətində deyilik. Hökumət planlaşdırılmış rejimdə işləyir”, – deyə Paşinyan qeyd edib.
O, həmçinin “bu söz-söhbətləri” vətəndaşlarla “vasitəçilər olmadan” aktiv ünsiyyətdə olması ilə izah edib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkisi 2026-cı ilin iyun ayına təyin edilib.
Sərnişinlərə paylanılaraq gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd göstərilən mallar aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsi istifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.
Qeyd edilib ki, nəzarət tədbirləri çərçivəsində sözügedən malları xarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həmin şəxslərdən topladığı və Heydər Əliyev Beynəlxalq Aeroportunun dayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.
Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı mallar – 10 ədəd müxtəlif markalı mobil telefon, 25 ədəd elektron siqaret, 1 810 ədəd siqaret və tütün məmulatı, xeyli miqdarda kosmetik vasitə və ətir hüquqpozma predmeti kimi götürülüb.
İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların bir şəxsə aid olduğunu bildiriblər.
Dövlət Gömrük Komitəsi tərəfindən bildirilib ki, başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilərək əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Faktla bağlı araşdırma aparılır.
7 мая министр внутренних дел Азербайджана генерал-полковник Вилаят Эйвазов провел очередной строевой смотр молодых граждан, желающих служить в городских и районных органах полиции на должностях рядового и младшего начальствующего состава.
Как сообщает Median.Az со ссылкой на Министерство внутренних дел (МВД), в смотре, прошедшем в городе Баку, к следующему этапу отбора были допущены 215 наиболее подготовленных молодых людей из числа подавших онлайн-заявки в МВД. Добавим, что 16 из них являются участниками Отечественной войны.
Выступая перед молодыми людьми, В.Эйвазов пожелал успехов в будущей деятельности тем, кто успешно пройдет и другие этапы отбора и будет принят на службу в органы внутренних дел. Министр также дал ряд поручений и рекомендаций.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 7-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 215 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Şəki Ağır Cinayətlər Məhkəməsində atasını döyüb öldürən Vüsal Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Tural Əfəndiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Nəbiyev 10 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Mingəçevir şəhərində baş verib. 1992-ci il təvəllüdlü Vüsal Nəbiyev narkotik aludəçisi olduğundan atasının evindəki əşyaları satıb narkotik və spirtli içkiyə xərcləyib. Atası isə buna dəfələrlə etiraz edib, etiraza görə isə V.Nəbiyev atasını dəfələrlə döyürmüş.
V.Nəbiyevin atası Heydər Nəbiyev də içki düşkünü imiş. Sonuncu dəfə V.Nəbiyev atasını küçədə kimdənsə pul aldığı vaxt görüb və onu döyməyə başlayıb. H.Nəbiyev aldığı xəsarətlərdən ölüb.
//oxu.az