Month: May 2025

  • 3 uşaq anası qayınatasına ağır söz dediyi üçün ÖLDÜRÜLÜBMÜŞ – TƏFƏRRÜAT (VİDEO)

    Bakıda 32 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib. Şübhəli kimi qayınatası saxlanılıb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

    Rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, Nərimanov küçəsi, 62 ünvanında evin gəlini Dürdanə Əliyeva aldığı xəsarətdən ölüb.

    Qadının meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

    Gəlinini öldürməkdə şübhəli bilinən Ağəli Əliyevin əmisi oğlu Kazım Əliyev bildirib ki, cinayəti törədən A.Əliyev namaz qılan, sakit insan idi. Mərhumun isə 3 azyaşlı övladı var imiş.

    Cinayət hadisəsi isə gəlinin qayınatasına ağır ifadə işlətməsinə görə baş verib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Ağaəli Əliyev barəsində cinayət işi başlanıb, istintaq davam edir.

    Ətraflı süjetdə:

  • Азербайджан снял ограничения на импорт продукции турецкой компании

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) сняло временное ограничение на импорт в связи с несоответствием, обнаруженным в биологически активной пищевой добавке производства турецкого предприятия Pharmanor İlaç San. Tic. Ltd. Şti.

    Об этом сообщили в АПБА.

    Было отмечено, что после уведомления АПБА турецкие компетентные органы провели проверку на предприятии. На основании полученных данных о корректирующих и контрольных мерах ограничение на импорт продукции было снято.

    Министерство сельского и лесного хозяйства Турции официально уведомлено о решении АПБА.

  • Azərbaycan Türkiyədən gətirilən məhsula qoyduğu məhdudiyyəti aradan qaldırıb

    Türkiyənin “Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxala qoyulan müvəqqəti məhdudiyyəti aradan qaldırıb.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilib ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı agentliyə ətraflı məlumat verilib.

    Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının Azərbaycana məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

    AQTA-nın qərarı ilə bağlı Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.

  • Вынесен приговор мужчине, похитившему 14-летнюю девочку

    В Бейлаганском районном суде завершился судебный процесс по уголовному делу Азера Агаева (1986 г.р.), обвиняемого в половой связи с несовершеннолетней.

    По информации Oxu.Az, в ходе процесса было зачитано решение, согласно которому А.Агаев приговорен к 1 году и 6 месяцам лишения свободы. Суд применил к нему статью 70 Уголовного кодекса и назначил условное наказание с испытательным сроком в 1 год.

    Согласно обвинительному акту, Азер Агаев познакомился с 14-летней девушкой в Бейлаганском районе и обручился с ней. Позже он по предложению самой же девочки похитил ее с целью создания семьи. В Бейлаганский районный отдел полиции поступила информация о беременности девочки, не достигшей 16-летнего возраста, и А.Агаев был задержан.

  • 14 yaşlı nişanlısını qaçıran şəxsə hökm oxundu

    Beyləqan Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Azər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Azər Ağayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il sınaq müddəti olmaqla şərti cəza təyin edib.

    İttihama görə, Azər Ağayev Beyləqan rayonunda 14 yaşlı qızla tanış olub və onunla nişanlanıb. Daha sonra o, qızın razılığı və təklifi ilə ailə qurmaq məqsədilə nişanlısını qaçırıb. 16 yaşına çatmayan qızın hamilə olması barədə Beyləqan Rayon Polis şöbəsinə məlumat daxil olub və A.Ağayev saxlanılıb.
    //oxu.az

  • В Армении в ходе спецоперации задержаны девять полицейских

    Девять полицейских задержаны в Эчмиадзине в Армении в результате спецоперации Антикоррупционного комитета республики.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщили в комитете.

    Силовики обвиняются в сокрытии преступления и должностной фальсификации. Иные подробности не раскрываются, исходя из интересов следствия.

  • Ermənistanda xüsusi əməliyyat: Doqquz polis saxlanıldı

    Ermənistanda Antikorrupsiya Komitəsinin Eçmiədzində (Üçkilsə) keçirdiyi əməliyyat nəticədə doqquz polis əməkdaşı saxlanılıb.

    Median.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

    Tutulan polis əməkdaşları cinayətlərin gizlədilməsi və vəzifə saxtakarlığında ittiham olunurlar.

    Digər detallar istintaqın gedişi baxımından açıqlanmır.

  • “Barselona” gənc ulduzunun müqaviləsini artıracaq

    İspaniyanın “Barselona” klubu Lamin Yamalla müqavilə müddətini 2030-cu ilədək uzadacaq.

    Median.Az “Goal” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşıb.

    Lamin Yamal “Barselona”da qalmaq istədiyindən klub rəhbərliyinin bütün şərtlərinə razılıq verib.

    Qeyd edək ki, Lamin Yamal “Barselona” forması ilə 51 oyunda meydana çıxıb 15 qol və 24 məhsuldar ötürmə edib. Gənc ulduzun transfer dəyəri isə 180 milyon avro qeyd olunub.

  • По делу Meydan TV задержан еще один человек

    Задержана журналистка Ульвия Али (Гулиева).

    Она задержана по делу Meydan TV.

    Отметим, что по указанному делу также арестованы Айнур Эльгюнеш (Ганбарова), Натиг Джавадлы, Шамшад Ага (Агаев), Айтадж Тапдыг (Ахмедова), Айсель Умудова, Рамин Деко (Джебраилзаде), Хаяля Агаева, Фатима Мёвламлы, Нурлан Либре (Гахраманлы) и Ульви Таиров.

    Их обвиняют в контрабанде.

  • “Meydan TV” işi üzrə daha bir nəfər saxlanıldı

    Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.

    Ülviyyə Əli “Meydan TV” işi ilə əlaqədar saxlanılıb.

    Qeyd edək ki, “Meydan TV işi” üzrə Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağa (Ağayev), Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı) və Ülvi Tahirov həbs ediliblər.

    Onlar qaçaqmalçılıqda ittiham olunurlar.