Month: May 2025

  • Qızılın qiyməti yenidən 3400 dolları keçdi

    “Comex” ticarət platformasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında çatdırılma ilə qızıl füçersləri bir Troya unsiyası üçün 3 400 dolları növbəti dəfə ötüb. Belə artım aprelin 22-dən bəri ilk dəfə qeydə alınıb.

    Bunu birja məlumatları sübut edir.

    Bakı vaxtı ilə saat 16:42-yə olan məlumata görə, qızılın qiyməti 0.94% artaraq 1 unsiya üçün 3 400.4 dollar səviyyəsinə çatıb.

    Lakin beş dəqiqə sonra, Bakı vaxtı ilə saat 16:47-də artım tempi bir qədər yavaşlayıb və kotirovkalar yenidən 3 396.6 dollar səviyyəsinə düşüb ki, bu da hələ də 0.82% artım deməkdir.

  • Oleq Bakinski azad edildi – FOTO

    Kriminal aləmdə “Oleq Bakinski” kimi tanınan ukraynalı iş adamı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesin təyin edilmiş vaxtından əvvəl keçirilməsinə səbəb Oleq Krapivinin vəkili Xeyranisə Babayevanın müvəkkilinin səhhəti ilə əlaqədar onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti olub.

    Müşavirədən sonra “Oleq Bakinski” barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

    Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (Dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (Xuliqanlıq – silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

    Cinayət işi üzrə Rusiya vətəndaşı Valeri Nikolayeviç Zaxarenkov, “Aviazapçast” ASC və “Promışlennıye Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

    “Oleq Bakinski” DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
    //oxu.az

  • Bakıda 7,6 milyon manata üçotaqlı ev satışa çıxarıldı

    Bakıda yeddi milyon manata ev satışa çıxarılıb.

    Bu barədə elan saytlarında məlumat paylaşılıb.

    Bakının mərkəzində yerləşən üç otaqdan ibarət olan ev 375 kvadratmetrdir.

    Ev alıcılara 7 650 000 manata təklif olunur.

  • В Баку мужчина бросился с 11-го этажа

    В Сураханском районе Баку произошло самоубийство.

    Как сообщает Oxu.Az, Хаял Гусейнов (1991 г.р.) бросился с 11-го этажа жилого дома в V массиве поселка Ени Гюнешли. Мужчина скончался на месте происшествия.

    По данному факту ведется расследование.

  • Bakıda kişi özünü 11-ci mərtəbədən atdı

    Bakıda intihar hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

    1991-ci il təvəllüdlü Xəyal Hüseynov Yeni Günəşli qəsəbəsi, V massivindəki yaşayış binasının 11-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Лейла Алиева и Арзу Алиева приняли участие в открытии иммерсивной выставки “Искусство ковров Рабата”

    В Азербайджанском национальном музее ковра открылась иммерсивная выставка “Искусство ковров Рабата”, приуроченная к профессиональному празднику – День ковровщика.

    Как сообщает АЗЕРТАДЖ, на открытии выставки присутствовали вице-президент Фонда Гейдара Алиева Лейла Алиева, руководитель Baku Media Center Арзу Алиева и находящаяся с визитом в нашей стране принцесса Королевства Марокко, президент Фонда сохранения культурного наследия Рабата Лалла Хаснаа.

    Мероприятие было организовано Фондом Гейдара Алиева, Фондом сохранения культурного наследия рабата, Министерством культуры Азербайджана, посольством Королевства Марокко в нашей стране, Азербайджанским национальным музеем ковра, Домом ремесел Марокко и Фондом национальных музеев Марокко.

  • Leyla və Arzu Əliyevalar “Rabat xalça sənəti” immersiv sərgisinın açılışında iştirak ediblər

    Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər.

    Tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının ölkəmizdəki səfirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib.

    Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, dünya mədəni irsinə böyük töhfə olduğunu deyib. 2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb.

    Bədii hissədə “Pəri xanımın sehrli nağılı” animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi “Sevərək toxu!” adlı yeni mahnısı ifa edilib.

    Sonra sərginin açılışı olub.

    Burada Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib. Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq mərkəzinə aid xalça təqdim olunur. Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə, həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur.

    Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Nəqşicahan” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub.

    Sərgi mayın 10-dək davam edəcək.

    Daha sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın yeddi regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.

  • İlham Əliyev Pakistanla iki vacib memorandumu TƏSDİQLƏDİ

    Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu təsdiqlənib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərmanı da imzalayıb.

    Qeyd edək ki, hər iki sənəd 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanıb.

  • На таможенных постах Азербайджана ожидают до 800 грузовых автомобилей – ФОТО

    На таможенном посту “Красный мост” на азербайджано-грузинской границе ожидают 450 автомобилей.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта (AYNA).

    В ведомстве заявили, что на таможенном посту “Астара” ожидают 98, “Билясувар” – 125, “Мазымгара” – 15, “Самур” – 87 автомобилей.

    В то же время на таможенном посту “Ханоба”, расположенном на азербайджано-российской границе, нет грузовых автомобилей.

  • Azərbaycanın gömrük postlarında 800-ə yaxın yük avtomobili gözləyir – FOTO

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450-yə yaxın avtomobil gözləyir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 98, Biləsuvar gömrük postunda 125, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 87 yük maşını var.

    Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

    AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.