Month: May 2025

  • Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü – Video

    Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yol son 20 gün ərzində ikinci dəfə çöküb.

    Median.Az xəbər verir ki, aprelin 16-sı baş vermiş çökmə zamanı minik avtomobili həmin çuxura düşərək ciddi zərər görmüşdü.

    Sürücülər bildirirlər ki, ötən gün də həmin çuxura digər minik avtomobili düşüb. Onlar deyirlər ki, dayanıqlı təmir işləri aparılmadığından yolda yağış yağan zaman yenidən eyni vəziyyət yaranır.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, həmin ərazidə yağış sularının idarə olunması üçün işlər həyata keçirilir. Gün ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, təmir-tikinti işləri yekunlaşdıqdan sonra çökmüş hissədə asfalt örtüyü yenidən bərpa ediləcək.

  • Oksana ilk dəfə Şəhriyarla bağlı sualı cavablandırdı – VİDEO

    Aktrisa Oksana Rəsulova ilk dəfə ayrıldığı həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovla bağlı sualları cavablandırıb.

    Median.Az xəbər verir ki, sənətçi oğlu Osmandan danışıb. 

    “Osman gözünü açanda bir məni, bir də xalamı gördü. Daha sonra nənə və babalarını. İndi ondan soruşanda neçə nənən var: deyir 3” deyə, Oksana bildirib. 
    O, Şəhriyarla oğlunun münasibətləri haqda suala isə belə reaksiya verib:

    “Oğludur, övladıdır, məsuliyyəti onun boynundadır. Amma əsas yük xalamın boynundadır. Arada düşünürsən ki, xaladır, doğma nənə deyil. Osmanla onun münasibəti necə belə oldu? Onların arasında o qədər böyük sevgi münasibəti var ki… Xalamın nəvələri var, amma Osmanı daha çox istəyir. Osman deyir ki, ən çox səni istəyirəm, çünki qadınsan. Sonra atasını və xalamı deyir”. (Axşam.az)

  • Bu ərazilərdə qaz olmayacaq

    Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)

    “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
    Bildirilib ki, Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycanda tələbə faciəli şəkildə öldü

    Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Həlak olan Y.Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi imiş.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Trent Aleksander-Arnoldun “Real Madrid”ə keçəcəyi tarix bəlli oldu

    “Real Madrid” rəhbərliyi Trent Aleksander-Arnold transferini mövsüm başa çatmamış, Klublararası Dünya Çempionatı turnirindən əvvəl rəsmiləşdirmək istəyir.

    Median.Az “Goal” nəşrinə istinadən xəbər verir ki, madridlilər oyunçunun bu turnirdə iştirakını istəyirlər və buna görə də “Liverpul” klubuna bir milyon avro ödəməyə hazırlaşırlar.

    Qeyd edək ki, Trent Aleksander-Arnold “Liverpul” klubunun yetirməsidir.

  • Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüşüb

    Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə görüş keçirilib.

    Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

    Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, Müşahidə Şurasının üzvləri, televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri iştirak ediblər.

    Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün media Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. O, medianın ictimai-siyasi və mədəni həyatdakı yerinə, mədəniyyətin, maarifçiliyin inkişafında roluna diqqət çəkərək, bundan sonrakı mərhələdə də eyni funksiyaları yeni dövrün tələblərinə uyğun qurmalı olduğunu qeyd edib, rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb, dövlət-media münasibətləri, medianın aktual məsələləri barədə fikirlərini bölüşüb.

    Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə Agentliyin fəaliyyət istiqamətlərindən, həyata keçirilən tədbirlərdən, media sahəsində aparılan islahatların nəticələrindən və sahənin inkişaf perspektivlərindən danışıb.

    Müzakirələr zamanı qeyd olunub ki, Milli Mətbuatın 150 illiyi çərçivəsində müxtəlif beynəlxalq və yerli səviyyəli tədbirlərin təşkili, tanınmış xarici media subyektlərinin tərəfdaşlığı ilə inkişaf proqramlarının həyata keçirilməsi, habelə Azərbaycan mətbuatının tarixini və bu gününü təcəssüm etdirən, bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasına yönəlmiş digər layihələrin icrası planlaşdırılır.

    Görüş zamanı media rəhbərlərinin təklifləri dinlənilib, media sahəsinin gələcək inkişafı və müasir çağırışlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

  • Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

    Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb.

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarusun Baş nazirini Fizuli hava limanından yola salıb.

    Qeyd edək ki, mayın 6-da Azərbaycan və Belarus hökumətlərinin başçıları Füzuli və Ağdam rayonlarında olublar. Belə ki, bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.

    Sonra Ə.Əsədov və A.Turçin iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Ağdam rayonundakı Ağdam Sənaye Parkına gəliblər. Hökumət başçıları sənaye parkının ərazisinə baxış keçirib, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.

    Füzuli və Ağdam rayonlarına səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdamın Sarıcalı kəndində yenidənqurma işləri ilə tanış olublar.
    Baş nazirlərə məlumat verildi ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

    Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

    Baş nazirlər, həmçinin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfər ediblər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov hökumət başçılarına bu kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

  • Мария Захарова прокомментировала обвинения спикера парламента Армении в адрес России – ВИДЕО

    Вызывает сожаление риторика, к которой вернулся Симонян. Все нападки и оскорбления даже не вяжутся с образом спикера парламента.

    Такое мнение выразила официальный представитель МИД России Мария Захарова, отвечая на вопрос корреспондента NEWS.ru о вчерашних обвинениях спикера парламента Армении Алена Симоняна в адрес Москвы по поводу якобы ведения гибридной войны и финансирования внутриполитических процессов в республике.

    “Это очередной виток какой-то агрессивной лексики, которая вызывает недоумение. О какой гибридной войне против руководства Армении может идти речь, когда, как мы понимаем, Армения будет здесь представлена на мероприятиях?” – заявила она.

    М.Захарова также довела до внимания, что между двумя странами существуют регулярные контакты на высшем уровне и по линии МИД, а также по линии экономических операторов.

    “Мне кажется, им надо выработать какую-то общую позицию на этот счет”, – добавила официальный представитель МИД РФ.

    Подробнее – в видео:

  • Zaxarova Simonyanın ittihamlarına cavab verdi – VİDEO

    “Ermənistan parlamentinin spikeri Alen Simonyanın bəyanatı anlaşılmazlıq doğuran yeni bir aqressiv ritorika dalğasıdır”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinq zamanı NEWS.ru-nun sualını cavablandırarkən deyib.

    Rusiya XİN rəsmisi Ermənistan Parlamentinin sədri Alen Simonyanın Moskvaya qarşı “hibrid müharibə” və respublikada daxili siyasi proseslərə maliyyə dəstəyi ittihamları ilə bağlı açıqlama verib.

    “Ermənistan rəhbərliyinə qarşı hansı hibrid müharibədən danışmaq olar ki, bizim anladığımız qədəri ilə, Ermənistan burada tədbirlərdə ən yüksək səviyyədə iştirak edəcək?”, – deyə Zaxarova təəccüblənib.

    Rusiya XİN nümayəndəsi həmçinin iki ölkə arasında ali səviyyədə və xarici işlər nazirlikləri səviyyəsində davamlı əlaqələrin olduğunu vurğulayıb, eləcə də həm siyasi, həm də iqtisadi müstəvidə əməkdaşlıqdan söhbət getdiyini bildirib.

    “Ermənistan spikerinin açıqlamaları bu mövqe ilə uzlaşmır. Məncə, onlar bu mövzuda ümumi mövqe formalaşdırmalıdırlar. Adını çəkdiyiniz şəxs isə öz yanaşmasında dəyişikliklər etməli, kimlərinsə təhriki ilə əsassız bəyanatlar verməməlidir. Əgər ortada hibrid müharibə varsa, o zaman kimsə hər hansı bir fakt, sübut gətirsin. Əks halda bu, Brüsselin təlimat kitabçası üzrə atılmış bir addımdır”, – deyə Zaxarova qeyd edib.

  • Bakıda elektrikdoldurma məntəqəsini SU BASDI: Sürücülər çarəsiz qaldılar – VIDEO

    Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb.

    Elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

    Kadrlarda avtomobillərini elektriklə təmin etmək istəyənlərin məntəqəyə yaxınlaşa bilmədiyini görmək mümkündür. Problemin ötən axşam yağan yağışdan sonra ortaya çıxdığı bildirilir.

    Sözügedən görüntüləri təqdim edirik: