Month: May 2025

  • Премьер-министр Беларуси почтил память Гейдара Алиева

    Премьер-министр Республики Беларусь Александр Турчин 6 мая посетил Аллею почетного захоронения, где почтил память общенационального лидера азербайджанского народа, архитектора и основателя современного независимого Азербайджанского государства Гейдара Алиева, возложив венок к его могиле.

    Как сообщает АЗЕРТАДЖ, также была почтена память выдающегося ученого-офтальмолога, академика Зарифы Алиевой, к ее могилу были возложены цветы.

  • Belarusun baş naziri Fəxri xiyabanı ziyarət edib

    Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

  • ABŞ və İsrail Yəmən ərazisinə birgə zərbələr endirib – VİDEO

    ABŞ və İsrail husilərin nəzarətində olan Hodeyda şəhərinə birgə hava zərbələri endirib.

    Apa xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.

    Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalının məlumatına görə isə, İsrail Hərbi Hava Qüvvələri Qırmızı dəniz sahilində yerləşən Hodeyda limanını və husilərə məxsus yaxın əraziləri hədəfə alıb.

    Məlumata əsasən, Hodeyda vilayəti azı 12 hava zərbəsinə məruz qalıb.

  • ABŞ və İsrail Yəmən ərazisinə birgə zərbələr endirib – VİDEO

    ABŞ və İsrail husilərin nəzarətində olan Hodeyda şəhərinə birgə hava zərbələri endirib.

    Apa xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.

    Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalının məlumatına görə isə, İsrail Hərbi Hava Qüvvələri Qırmızı dəniz sahilində yerləşən Hodeyda limanını və husilərə məxsus yaxın əraziləri hədəfə alıb.

    Məlumata əsasən, Hodeyda vilayəti azı 12 hava zərbəsinə məruz qalıb.

  • Нанесенный фермерам в Нахчыване ущерб будет возмещен Аграрным страховым фондом

    Ущерб, нанесенный застрахованным фермерам в Нахчыване, будет возмещен Аграрным страховым фондом в течение 7 рабочих дней.

    Об этом в интервью местному бюро report сообщил руководитель Нахчыванского филиала фонда Сархан Мамедов.

    Он отметил, что сумма ущерба, нанесенного застрахованным фермерам в результате града, будет уточнена после завершения приема заявлений и оценки независимого эксперта.
    Отметим, что хозяйственные угодья Нахчыванской Автономной Республики, в основном в Шахбузском и Бабекском районах, понесли наибольший ущерб в результате града.

  • Naxçıvanda fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən ödəniləcək

    Naxçıvanda sığortalı fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən 7 iş günü müddətində ödəniləcək.

    Bunu report-un yerli bürosuna müsahibəsində Aqrar Sığorta Fondunun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədov bildirib.

    O qeyd edib ki, dolu nəticəsində zərərçəkmiş sığortalı fermerlərə dəymiş ziyan gözləmə müddətində bitdikdən, müraciətlər yekunlaşdıqdan sonra müstəqil ekspert tərəfindən sahələrə baxış keçirilərək dəyən ziyanın məbləği dəqiqləşdiriləcək.

    Filial rəhbəri onu da bildirib ki, proses başa çatdıqdan sonra öz təsərrüfatını sığortalayan fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən ödəniləcək.
    Qeyd edək ki, muxtar respublikanın əsasən Şahbuz və Babək rayonlarındakı təsərrüfat sahələri dolu nəticəsində daha çox ziyan görüb.

  • Çayı belə içmək xərçəng yaradır

    Səhər yuxudan oyanan kimi əlimizin uzandığı ilk şey adətən bir stəkan dəmli çay olur. Xüsusilə Azərbaycan mədəniyyətində çayın yeri ayrıdır; səhər yeməyində, qonaqlıqda, istirahətdə… Ancaq bir çoxumuz fərqinə varmadan sağlamlığımızı təhlükəyə atırıq. Çünki çox adam əvvəlki günün dəmlədiyi çayı ertəsi gün yenidən qızdırıb içir. Halbuki bu məsum görünən vərdiş, ciddi sağlamlıq riskləri yaradır.

    Alimlər bildirir ki, çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, təkcə dadını yox, həm də qida dəyərini və təhlükəsizliyini itirir. Otaq temperaturunda və ya ocaq üstündə uzun müddət qalan çayın tərkibindəki faydalı maddələr oksidləşir, bu isə həm rəngini qaraldır, həm dadını acıdır, həm də antioksidant xüsusiyyətlərini yox edir.

    Çay boyatladıqca içində zərərli maddələr, xüsusilə də nitrit adlı toksik birləşmələr yaranır. Bu maddələr çox qəbul edildikdə mədə problemlərindən tutmuş immunitetin zəifləməsinə qədər bir çox xəstəliyə səbəb ola bilər. Üstəlik, isti yay günlərində açıqda qalan çay bakteriyaların çoxalmasına şərait yaradır ki, bu da bağırsaq pozğunluqlarını qaçılmaz edir.

    Bəzi insanlar qənaət məqsədilə çayı yenidən qızdırıb içsə də, mütəxəssislər xəbərdarlıq edir: çayı dəmlədikdən sonra 45 dəqiqə ərzində içmək doğrudur. Gecədən qalan çayı içmək yerinə, təzə dəm hazırlamaq həm sağlamlığınız, həm də çaydan zövq almağınız üçün ən yaxşı seçimdir.

    Unutmayın: çay nə qədər təzədirsə, bir o qədər faydalıdır. Bayat çay isə zərərsiz görünsə də, zamanla sağlamlığınıza zərər vura bilər.

  • Ərdoğan Trampla nəyi danışıb? – Türkiyə liderindən açıqlama

    “Bu gün Amerika Birləşmiş Ştatlarının Prezidenti, hörmətli dostum Donald Trampla apardığımız telefon danışığı çox məhsuldar, əhatəli və səmimi oldu”.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Teleqram hesabında yazıb. 

    “Görüşümüz zamanı Qəzzada, Suriyada humanitar vəziyyətin pisləşməsi, Rusiya-Ukrayna müharibəsi, qlobal ticarət, İran və ABŞ arasında davam edən danışıqlar və bir çox digər regional və qlobal məsələləri müzakirə etdik.

    Biz cənab Trampla Türkiyə-ABŞ əlaqələrini, xüsusilə müdafiə sənayesi və ticarət sahələrində inkişaf etdirmək iradəmizi təsdiqlədik.

    Prezident Trampın dünyamızda davam edən qarşıdurmalara və müharibələrə son qoymaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyimi və Türkiyənin bölgəmizdə sülh, sabitlik və əmin-amanlıq mühitinin yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğuladım.

    Ən qısa zamanda dəyərli dostumu Türkiyədə qonaq etməkdən çox məmnun olacağımı bildirdim və o, bizi ABŞ-a dəvət etdi.

    Ümid edirəm ki, dostum Trampla tezliklə görüşəcəyəm və ümid edirəm ki, görüşümüz ölkələrimiz üçün faydalı olacaq”, – deyə Tramp qeyd edib.

  • Rumıniyanın Baş naziri istefa verdi

    Rumıniyanın Baş naziri Marçel Çolaku rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının şurasının iclasından sonra istefa verdiyini açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

    “Partiya həmkarlarıma koalisiyadan çıxmağı təklif etmişəm ki, bu da mənim baş nazir vəzifəsindən istefa verməyimlə nəticələnəcək”, – deyə siyasətçi bildirib.

    Onun sözlərinə görə, prezident seçkilərinin ikinci turundan sonra yeni çoxluq formalaşana qədər hazırkı nazirlər müvəqqəti olaraq vəzifələrini icra edəcəklər.

  • “Bu hərəkət mədəniyyətimizə qara ləkədir”

    Xalq artisti Nazpəri Dostəliyeva sərt açıqlaması ilə diqqət çəkib.

    Median.Az xəbər verir ki, sənətçi aparıcıların proqramlarda sənətkarlarla bağlı yeni ifaçılara verdiyi suallara əsəbiləşib.

    “Bu hərəkəti Azərbaycan mədəniyyətinə qara ləkədir. Durub demək ki, bu kimdir, kimin mahnısıdr? Aparıcılar, xahiş edirəm, bunu etməyin. Bu, sizdən asılıdır. Aparıcının zövqü, musiqi duyumu, dəvət etdiyi qonaq yaxşı olmalıdır. Hər verilişə getmirəm. Sərt danışmaq istəmirəm. Tamaşaçı,15 il incəsənət universitetində baş müəllim olaraq bunları qəbul edə bilmirəm. Zəng edib deyə bilmirəm ki, etməyin. Öz musiqisindən xəbəri olmayana Canahgir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyevdən sual verməyin. Onlar da bilməyəndə bu, Azərbaycan mədəniyyətinə qara ləkədir. Oxuya bilməyən müğənniləri çıxartmaq bir qüsur. Bəstəkarları tanımamaqları isə ləkədir. Dünən çıxan gənclərin qarşısına qoyurlar ki, bu kimin səsidir, bu kimdir? Bağda oturanda radioda bayram konserti gedirdi. Mənim nəvələrim səs eşidən kimi, dedi nənənin səsidir. Hər kəsin səsi insanların qulağındadır. Bu yaxında bir yerdə mənim səsimi qoydular, ordakılar tapmadı. Bircə, Xatun dedi ki, Nazpərinin səsidir. Bu, hərəkətlər xoşuma gəlmir. Ora qoyurlar, Şövkət Ələkbərova, Nazpəri… Lap sənətkarların, bəstəkarların adını elə adamdan soruşursunuz ki… O, oxuduğu mahnıdan xəbərsizdir, dahiləri necə tanıyacaq? Heç bilmir hansı mahnını oxumaq olar və ya yox”.