Month: May 2025

  • Bu evlər təhlükə altındadır – Video

    Qudyalçayda sel sularının səviyyəsinin qalxması nəticəsində Xaçmazın Xaspoladoba kəndində çayın kənarında yerləşən bir neçə yaşayış evi üçün təhlükə yaranıb.

    Median.Az xəbər verir ki, çayın ətrafında yaşayan sakinlərin sözlərinə görə, vəziyyətlə əlaqədar səhərə qədər növbə çəkirlər.

    Sakinlər bildirir ki, torpaq qatlarının lay-lay çaya tökülməsi vəziyyətinin ciddiliyindən xəbər verir.

    Daha ətraflı “Xəzər TV”nin süjetində:

  • Bu halda aliment ləğv olunur – AÇIQLAMA

    Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər. Amma bu həmişə belə deyil. Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqları müddətdə aliment məhkəmə qaydasında tutula bilər.

    Aliment ödəyən valideyn vəfat edərsə, bu zaman alimenti kim ödəyəcək? 
    Məsələ ilə bağlı  vəkil Rəşad Əliyev açıqlama verib.
    O bildirib ki, tərəflər arasındakı ən həssas məsələ uşaqların gələcəyidir. Dövlət isə bu gələcəyi qorumaq üçün aliment öhdəliyini hüququ çərçivəyə salır. Tərəflər arasında nikah pozularkən, uşaqlar hansi valideynin yanında qalırsa, digər valideyn ona aliment ödəyir:
    “Aliment 2 qaydada yəni, maaşın və aylıq gəlirlərin müəyyən hissəsinin tutulması kimi müəyyən oluna bilər. Bu o deməkdir ki, bir uşağa görə aliment aylıq qazancın dörddə biri, 2 uşağa görə üçdə biri, üç və daha çox uşaq sayı olarsa, maaşın və ya aylıq qazancın yarısı qədər müəyyən oluna bilər

    Bu halda ölkə üzrə aylıq əmək haqqından müəyyən misli miqdarında təyin olunur və gələcəkdə aylıq əmək haqqının minumum miqdarı bu halda birbaşa aliment məbləği də artmış olur. Ailə Məcəlləsində aliment öhtəliklərinə xitam verilməsinin əsasları konkret olaraq göstərilib. Bu əsaslardan biri də aliment ödəyən şəxsin vəfat etməsi ilə bağlıdır. 

    Əgər aliment ödəyən və ya aliment ödənilən tərəflərdən hər hansı biri vəfat edərsə, aliment ödənilən şəxsin maddi imkanlarının yaxşılaşdırılması yaxud əmək fəaliyyətinin bərpa olunmasi müəyyən olunarsa, bu halda aliment öhdəliklərinə xitam verilir. Yəni ölən şəxsin aliment öhdəliyi hansısa formada digər şəxsə keçmir. Ailə Məcəlləsində nənə və babalarının nəvəni saxlamaq vəzifəsi təsbit edilib. Həmin normaya əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr öz valideynlərindən maddi yardım ala bilmədikdə zəruri vasitəyə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər”. 

    Vəkil onu da qeyd edib ki, qanunvericilikdə valideynlərdən aliment ala bilməyən uşaqların nənə, babadan aliment tələb etmək hüququ müəyyən olunub. Həmçinin nəvələrin də baba, nənəni saxlamaq hüququ var. Bu halda nənə, baba da iddia qaldıra bilər. 
    Qeyd edək ki, hər bir uşağın aliment sadəcə maddi məsuliyyəti yox, haqqıdır. //milli.az

  • KİV: Ukrayna Kurskda Rusiyanın PUA bazasını vurub: 20-yə yaxın hərbçi ölüb

    Ukraynanın Hərbi Hava Qüvvələri Rusiya Ordusunun Kursk vilayətində yerləşən pilotsuz uçuş aparatları bölmələrinin idarəetmə məntəqəsinə zərbə endirib.

    Apa xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

    Məlumata görə, hücum nəticəsində Rusiyanın təxminən 20 hərbçisi ölüb, ərazidə olan texnikasının bir hissəsi isə sıradan çıxarılıb.

  • Zaqatalada iki minik avtomobili toqquşub: xəsarət alanlar var

    Zaqatalada iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın Şimal-Qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Zaqatala şəhərinin Faiq Əmirov küçəsində qeydə alınıb. 1961-ci il təvəllüdlü Samirat Əliyevanın idarə etdiyi “KIA” markalı avtomobillə, 1982-ci il təvəllüdlü Zöhrab Qardaşovun sürdüyü “Opel” markalı avtomobil toqquşub.

    Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Yardımlıya güclü dolu yağdı – VİDEO

    Yardımlı rayonuna güclü dolu yağıb.

    Median.Az xəbər verir ki, hazırda da yağışlı hava şəraiti davam edir.

    Güclü dolu yağıntısının kadrlarını təqdim edirik:

  • Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü həbs olundu

    Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi sürücüsü Ramiz Rasim oğlu Umudov həbs olunub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

    R.Umudovun barəsində olan iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.

    Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. O, xırda xuliqanlıq və polisə müqavimət göstərməkdə təqsirli bilinib. Qərara görə R.Umudov 10 gün müddətinə həbs olunub.

    Qeyd edək ki, bu ilin aprelin 16-da saat 20 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.
    Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

    Araşdırma Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə götürülüb.

  • В Баку на трассе Зыхский круг – аэропорт снижен скоростной режим

    В связи с дождливой погодой скоростной режим на некоторых полосах автомагистрали Зыхский круг – аэропорт снижен на 20 км/час.

    Как передает report, об этом сообщили в Центре интеллектуального управления транспортом МВД.
    На информационных табло размещены предупредительные знаки “скользкая дорога”, добавили в центре.

    Водителей просят учитывать погодные условия и соблюдать установленный скоростной режим.

  • Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

    Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

    Bu barədə report-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

    Mərkəzin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Лейла Алиева поделилась публикацией из Центра инклюзивного развития и творчества DOST – ВИДЕО

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась в своем Instagram-аккаунте публикацией из Центра инклюзивного развития и творчества DOST.

    Median.Az представляет данную публикацию:

  • Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib – VİDEO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib.

    O, “Instagram” sosial şəbəkəsində görüntülər paylaşıb.

    Həmin görüntüləri təqdim edirik: