Month: May 2025

  • Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində – VİDEO

    Azərbaycanda rəsmi səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Hissədə şəxsi heyət üçün yaradılmış iş şəraiti və “Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsinə həsr olunmuş sərgi barədə qonağa məlumat verib.

    Sonra Baş nazir A.Turçinə yeni alınmış xüsusi texnikalar təqdim olunub.

    Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini diqqətə çatdıran nazir K.Heydərov Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq münasibətləri zəminində ötən ilin noyabr ayında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan FHN-in ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda birgə yığılaraq Nazirliyə təhvil verilmiş yanğınsöndürmə texnikaları və onların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.

  • Şəhid atası meşədə itkin düşməsinin səbəbini AÇIQLADI

    “Yolu azdım, səhərə qədər meşədə qaldım”.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bu sözləri Daşkəsəndə meşədə itkin düşən, Kəlbəcər rayon sakini, şəhid atası Kamil Abdullayev bildirib.

    O qeyd edib ki, meşədə yolu azaraq itkin düşüb:

    “Hava dumanlı idi, yolu azdım, evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığındakı meşəyə çaşır yığmağa getmişdim. Birdən duman çökdü. Saat 5-də qızımla danışdım, dedim ki, gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı. Dedim, bunları da yığım, sonra gedim evə. Anidən duman gəldi, güclü yağış başladı. Mən də bilmədim hara gedim. Telefonumun enerjisi az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə yox idi ki, kiməsə zəng edə bilim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı-yuxarı gəzdim ki, çox yoruldum. Heç cür yol tapa bilmirdim. Bu gün səhər saat 5-in yarısında duman çəkildi, mən də yola davam etdim. Meşə ilə bir qədər irəlilədikdən sonra Göygöl rayonunun Danayeri kəndinə çıxdım. Orada Daşkəsən və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşları məni tapdılar və sağ-salamat ailəmə təhvil verdilər”.

    Kamil Abdullayev qeyd edib ki, hazırda səhhətində hər hansı bir problem yoxdur.

  • Резня в Баллыгая: на суде обнародованы протоколы

    На сегодняшнем заседании суда по делу представителей бывшего сепаратистского режима в Карабахе обнародованы протоколы, связанные с резней 28 августа 1992 года в селе Баллыгая Гёранбойского района.

    Как сообщает АЗЕРТАДЖ, согласно документам, жители села Нагдалы Лачынского района после оккупации района временно поселились в палатках на окраине Гюлистанского леса у села Баллыгая.

    28 августа 1992 года примерно в 5 часов ночи они подверглись обстрелу из огнестрельного оружия общеопасным способом со стороны вооруженных сил Армении. В результате 24 человека (13 женщин, 11 мужчин) были убиты, еще девять получили ранения. Среди погибших семь человек были моложе 18 лет, четыре человека старше 60 лет.

    Согласно протоколу осмотра места происшествия, вынужденные переселенцы из Лачынского района поселились в строении, называемом “финский дом”, и в четырех палатках. Обстрел в ту ночь вели примерно девять армянских военнослужащих из огнестрельного оружия общеопасным способом.

    После обстрела палатки, в которых жили беженцы, были сожжены. “Финский дом” полностью сгорел, внутри него были обнаружены тела одной женщины и шестерых детей, в одной палатке – шесть тел, во второй – четыре тела, в третьей – один раненый ребенок и два тела, в четвертой – два тела и двое раненых детей, возле трактора марки “Беларусь” – три тела.

  • Ballıqaya qətliamı: Protokollar məhkəmədə tədqiq edilib

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış, Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 05 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb.

    Qətliam zamanı həlak olmuş şəxslərdən 7-si 18 yaşınadək, 4-ü 60 yaşdan yuxarı şəxslər, ümumilikdə, 13-ü qadın cinsinə, 11-i isə kişi cinsinə aiddir.

    Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilib ki, Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində “fin evi” adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar. Onlar həmin gecə təxminən 9 nəfər erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində öldürülüb, daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıb. “Fin evi” adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq, 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, “Belarus” markalı traktorun yaxınlığında 3 meyit aşkarlanıb.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 8-də davam etdiriləcək.

  • Российское СМИ: Меры в отношении депутата Азера Бадамова носят персональный характер

    Меры в отношении депутата Милли Меджлиса Азербайджана Азера Бадамова носят персональный характер.

    Об этом сообщает агентство “РИА Новости” со ссылкой на источник.

    По его словам, основанием отказа во въезде в РФ стали неоднократно допущенные Азером Бадамовым высказывания антироссийской направленности.

    В то же время было подчеркнуто, что меры против парламентария не влияют на неизменный настрой российской стороны на развитие российско-азербайджанских отношений в духе стратегического партнерства и союзничества.

    Напомним, что 4 мая 2025 года депутат Азера Бадамова не допустили на территорию России.

  • “RİA Novosti”: “Azər Badamov barəsindəki tədbirlər fərdi xarakter daşıyır”

    “Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov barəsindəki tədbirlər fərdi xarakter daşıyır”.

    Bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat paylaşıb.

    Mənbənin sözlərinə görə, deputatın ölkəyə buraxılmamasının səbəbi Rusiya haqqında səsləndirdiyi fikirlər olub:

    “Bu, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişafında dəyişməz qərarlılığına təsir göstərmir”.

    Qeyd edək ki, A.Badamov mayın 4-də Moskva aeroportunda saxlanılıb və geri qaytarılıb.

  • Levandovski “İnter”lə cavab matçı üçün heyətə daxil edilib

    İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının yarımfinalının “İnter”lə (İtaliya) cavab oyunu üçün heyətə daxil edilib.

    Bu barədə Kataloniya klubunun sosial şəbəkə hesablarında məlumat yayılıb.

    Polşalı ön xətt oyunçusu aprelin 19-da İspaniya çempionatında baş tutan “Selta” ilə matçda (4:3) sol budunun əzələsini zədələmişdi. Bu səbəbdən o, İspaniya Kubokunun finalında “Real”la matçı (3:2) və UEFA Çempionlar Liqasında “İnter”lə ilk görüşü (3:3) buraxmalı olmuşdu.

    Qeyd edək ki, “Barselona”nın heyətində cari mövsümdə meydana çıxdığı 48 matçda 40 qol vuran polşalı futbolçu hazırda La Liqada bombardirlərin siyahısına başçılıq edir. R.Levandovski Çempionlar Liqasında 11 qol vurub.

    “Barselona” və “İnter” arasında cavab qarşılaşması mayın 6-da Milanda keçiriləcək.
    //report

  • Rusiyalı deputat vəfat etdi

    Rusiya Dövlət Dumasının deputatı Pavel Kaçkayev dünyasını dəyişib.

    Bu barədə Başqırdıstan Respublikasının başçısı Radiy Xabirov öz “Telegram” kanalında məlumat verib.

    Qeyd olunub ki, Ufa şəhərinin keçmiş meri 74 yaşında vəfat edib.

    Onun ürəyindəki problemlər səbəbindən öldüyü bildirilir.

  • Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adı verilib

    Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq məktəbinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Mədəniyyət Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyətinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Lavrov yaxın zamanda Ermənistana səfər edəcək

    Yaxın zamanda Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri gözlənilir.

    Bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Ani Badalyan bildirib.

    “Yaxın zamanda Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri planlaşdırılır”, – o qeyd edib.