Month: May 2025

  • Daha bir “Bolt” sürücüsü dələduzluğa görə həbs edildi

    Bakıda “Bolt” sürücüsü dələduzluğa görə həbs edilib.

    Qaynarinfo xəbər verir ki, Şəhriyar adlı taksi sürücüsünün qurbanı xanım müştərisi olub.

    Şəhriyar müştərisinin heç yerdə işləmədiyini bildikdə ona “Qızıl Buta” ictimai-siyasi, analitik jurnalının əməkdaşını olduğunu bildirib. “Bolt” sürücüsü müştərisinə iş məsələsində kömək edəcəyinə inandıraraq ondan 6500 manat pul alıb.

    Lakin Şəhriyar vədini yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.

    Şəhriyar saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Əvvəlcə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bir ay sonra isə həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəzlənib.

    Cinayət işinin məhkəmə istintaqı Xəzər Rayon Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Şəhriyara 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 1 ay 27 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılıb. Şəhriyarın üzərində qəti olaraq 2 il 8 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Bu dərmanlar pulsuz olacaq

    İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

    O qeyd edib ki, hazırda ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələri, anesteziya və digərləri xidmətlər zərfi çərçivəsində qarşılanır.

    “Resept əsasında ürək, sonra tənəffüs yolu xəstəlikləri üzrə dərmanların tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur”, – Zaur Əliyev vurğulayıb.

    O bildirib ki, hazırda xidmətlər zərfi çərçivəsində ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələrinin, anesteziya xidmətinin və s. İTS tərəfindən qarşılanması üzrə işlər görülür.

  • Azərbaycanda bu şəxslərə PULSUZ EV verilə bilər – DETALLAR

    “Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra kimlərə pulsuz mənzillərin verilməsi ilə bağlı bizə xeyili suallar ünvanlanmaqdadır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və Nazirlər Kabinetinin qərarları ilə bəzi vətəndaşlarımızın dövlətdən pulsuz mənzil almaq hüquqları var”.

    Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

    O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri dövlət büdcəsi hesabına mənzil ilə təmin olunurlar.

    “Eyni zamanda, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. Yəni, gözdən əlilliyi olan vətəndaşlarmız və eləcə də valdeyinlərini itirmiş uşaqlar üçün də pulsuz mənzil təminatı həyata keçirilir. Qanunvericiliyə əsasən, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri üçün bu imtiyaz nəzərdə tutulub”.

    Qeyd edilən imtiyazlı kateqoriyaya uyğun vətəndaşlarımız pulsuz mənzil almaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

    1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;

    2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;

    3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;

    4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;

    5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;

    6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);

    7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);

    8. ailə vəziyyəti ilə bağlı digər sənədlər.

    Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər.

  • Ağadadaşın balta atdığı mühafizəçi qatarda əxlaqsız hərəkət etdiyi üçün həbs olunubmuş

    Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilovun həbs edilməsinin təfərrüatı məlum olub.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, Nurəddin Cəlilov aprelin 24-də məhkəmənin qərarı ilə 7 sutka inzibati qaydada həbs edilib.

    Cəzasını başa vurub azadlığa çıxan Cəlilovun hansı səbəbdən həbs edilməsi məlum olub.

    Məlumata görə, Nurəddin Cəlilov metroda sərnişin xanımlardan birinə qarşı əxlaqsız hərəkət edib. Xanım buna etiraz edərək yerini dəyişib. Bu zaman qatarda olan şəxslər də hadisədən xəbər tutublar və narazılıq yaranıb. Ərazidə olan polis əməkdaşı hadisəyə müdaxilə edib.

    Cəlilov xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinib.

    Xatırladaq ki, “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

  • Azərbaycanda POS-terminaldan istifadə ilə bağlı nəzarət tədbirləri bərpa olundu

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatı vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini bərpa edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət məlumat yayıb.

    Məlumata görə, Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsinin apardığı müşahidələr əsasında paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus bir sıra obyektlərdə qanunvericiliyin pozulması faktları aşkarlanıb. Belə ki, Nəsimi rayonu Cavadxan küçəsində Fariz Ağasəddin oğlu Nəsirova məxsus obyektdə, həmçinin Yasamal rayonu Hüseyn Cavid prospektində Zeynəb Müseyib qızı Qasımovaya məxsus obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulduğu və POS-terminaldan istifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrin təklif edildiyi müəyyənləşdirilib. Faktlar rəsmiləşdirilib və vergi ödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsi zərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan-karta köçürülmə hallarının yolverilməzliyi izah olunub.

    “Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə görə, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanun pozuntuları aktlaşdırılır və belə obyektlərə qarşı maliyyə sanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər”, – deyə Dövlət Vergi Xidməti bəyan edib.

  • Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı videomaterial nümayiş etdirilib

    Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə bağlı videomaterial nümayiş etdirilib.

    1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış videomaterialda Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksini tapır. Videoda bir erməni hərbçi digərinə “Aşot, gör necə yanır” deyərək yanan evlərdən birini göstərir.

    Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindiriliblər.

    Zərərçəkmiş şəxs Camal Məmmədov Laçın rayonunun Cicimli kənd sakini olduğunu, 1992-ci ilin may ayında kəndin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirib. O, atası Mehti Məmmədovun 1989-cu il avqustun 12-də erməni hərbçilər tərəfindən öldürüldüyünü diqqətə çatdırıb: “Rus əsgərlərin dediyinə görə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım vardı”.

    Zərərçəkmiş şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını bildirib. O da yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən silahlı hücum edilməklə işğal olunduğunu bildirib. Zərərçəkmiş şəxs kəndin Ermənistanla sərhəddə yerləşdiyini, işğala qədər mütəmadi olaraq Ermənistanın Gorus rayonu, o cümlədən həmin rayonun Dığ kəndi istiqamətindən atəşə tutulduğunu da deyib: “1992-ci ilin mayın 8-dək ermənilərin hücumunda bir pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlar vahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”, “Alazan” raketlərindən, uzaqvuran toplardan istifadə edirdilər”.

    A.İbrahimov bildirib ki, Cağazur kəndində altı otaqdan ibarət ikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçı tikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzlu heyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni, ona böyük zərər dəyib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Синоптики предупреждают: В Баку будет ливень

    В Баку и на Абшеронском полуострове в ночь с 5 на 6 мая и утром прогнозируются дожди, в некоторых частях полуострова возможны кратковременные интенсивные ливни, ожидаются грозы.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Сообщается, что в районах Азербайджана нестабильная погода и осадки сохранятся с перерывами до 7 мая, возможны грозы, местами ливни, град, в высокогорье – мокрый снег.

    Из-за выпавших осадков ожидается повышение уровня воды в реках, а на некоторых горных реках возможны кратковременные паводки и сели.

  • Bakıda leysan gözlənilir – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında mayın 5-dən 6-na keçən gecə və səhər yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı və qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Azərbaycanın rayonlarında isə müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraitinin mayın 7-si gündüzədək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

  • Принцесса Королевства Марокко Лалла Хаснаа посетила аллеи почетного захоронения и шехидов

    Находящаяся с визитом в нашей стране принцесса Королевства Марокко Лалла Хаснаа 5 мая посетила на Аллее почетного захоронения могилу великого лидера Гейдара Алиева.

    Как сообщает АЗЕРТАДЖ, с уважением была почтена светлая память общенационального лидера нашего народа, возложен венок к его могиле.

    Также принцесса Королевства Марокко посетила Аллею шехидов.

    Лалла Хаснаа с уважением почтила память героических сынов Родины, отдавших жизнь в борьбе за независимость и территориальную целостность Азербайджана, возложила венок к монументу “Вечный огонь”.

    Гостья, полюбовавшаяся с самой высокой точки Баку панорамой нашей столицы, была проинформирована об истории Аллеи шехидов и проводимых в городе работах по благоустройству и созиданию.

  • Mərakeş Krallığının şahzadəsi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

    Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

    Lalla Hasnaa, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.