Month: May 2025

  • Первый вице-президент Азербайджана Мехрибан Алиева встретилась с принцессой Марокко Лаллой Хасной – ФОТО

    5 мая Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева и ее дочь Лейла Алиева встретились с находящейся с визитом в нашей стране принцессой Королевства Марокко Лаллой Хасной.

    Как сообщает АЗЕРТАДЖ, в ходе беседы было выражено удовлетворение развитием двусторонних связей в различных сферах, подчеркнуто, что между Азербайджаном и Марокко существуют искренние дружественные и партнерские отношения, основанные на исторической, культурной и религиозной близости.

    Было отмечено успешное сотрудничество между нашими странами в рамках международных организаций, в том числе ООН и Организации исламского сотрудничества.

    На встрече было подчеркнуто наличие большого потенциала для расширения отношений в гуманитарной и культурной сферах, а также в других областях. В связи с этим с удовлетворением было упомянуто проведение Дней культуры Азербайджана в Марокко и Дней культуры Марокко в нашей стране, отмечено, что эти мероприятия создали широкую возможность для взаимного ознакомления с богатой культурой наших народов.

    Было затронуто сотрудничество Азербайджана с ИСЕСКО, штаб-квартира которой находится в Марокко, сообщено, что в этом году в Баку открыт региональный офис ИСЕСКО в нашей стране. Отмечено, что наша страна придает особое значение укреплению исламской солидарности и развитию сотрудничества между мусульманскими странами в сфере образования, науки и культуры.

    В ходе беседы говорилось о визите вице-президента Фонда Гейдара Алиева Лейлы Алиевой в Марокко и проведенных в его рамках встречах. Подчеркнуто, что в ходе встреч были обсуждены деятельность Фонда Гейдара Алиева в социальной сфере, вопросы, связанные с заботой о детях.

    Была выражена надежда на то, что визит принцессы Лаллы Хасны в нашу страну предоставит хорошую возможность лучше ознакомиться с Азербайджаном и будет способствовать развитию двусторонних отношений.




  • Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

    Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.

    Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda, Azərbaycan Mədəniyyət Günlərinin Mərakeşdə, Mərakeş Mədəniyyət Günlərinin isə ölkəmizdə keçirilməsi məmnunluqla xatırlanıb, həmin tədbirlərin xalqlarımızın zəngin mədəniyyəti ilə qarşılıqlı şəkildə yaxından tanış olmasına geniş imkan yaratdığı qeyd edilib.

    Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən ISESCO ilə əməkdaşlığına toxunulub, bu il Bakıda ISESCO-nun ölkəmizdə regional ofisinin yaradıldığı vurğulanıb. Ölkəmizin islam həmrəyliyinin gücləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.

    Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Mərakeşə səfəri və bu çərçivədə keçirilmiş görüşlər xatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyi vurğulanıb.

    Xanım Şahzadə Lalla Hasnaanın ölkəmizə səfərinin onun Azərbaycanla daha yaxından tanış olması baxımından yaxşı imkan yaradacağına və əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.




  • По инициативе Лейлы Алиевой проект “Молодой пчеловод” пройдет в Хызынском районе

    Проект “Молодой пчеловод”, реализуемый в целях занятости молодых семей и продвижения экологического предпринимательства, на этот раз будет реализован в Хызынском районе. Проект успешно реализуется в различных регионах нашей страны с 2021 года по инициативе вице-президента Фонда Гейдара Алиева, основателя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой.

    20 молодых семей, которые будут задействованы в проекте, сначала примут участие в теоретических и практических тренингах. Участники, завершившие обучение, будут обеспечены пчелиными семьями и ульями, пчеловодческими костюмами, медогонками и другими принадлежностями. Молодым пчеловодам будут созданы необходимые условия для эффективной организации производственного процесса, а также будет оказана методологическая и профессиональная поддержка в области сертификации продукции, брендинга, проектирования и разработки стратегий сбыта.

    Отметим, что с 2021 года в рамках проекта “Молодой пчеловод”, реализуемого по инициативе Общественного объединения IDEA в партнерстве с Фондом молодежи Азербайджанской Республики, Государственным агентством занятости и юридическим лицом публичного права ABAD, более 60 молодым семьям из разных регионов страны была оказана поддержка в создании пчеловодческих хозяйств.

    Целью проекта является расширение ареала распространения пчел по всей стране, которые являются одними из основных хранителей биоразнообразия, продвижение пчеловодства в регионах как формы экопредпринимательства, поддержка экологически чистой сельскохозяйственной деятельности и увеличение производства качественного натурального меда. В то же время проект направлен на повышение социального благополучия молодых семей и обеспечение их устойчивой занятости.

    Молодежь в возрасте от 18 до 35 лет, проживающая в Хызынском районе и желающая принять участие в проекте “Молодой пчеловод”, могут направить до 18 мая свои обращения на горячую линию Общественного объединения IDEA 1113 или электронную почту (info@ideacampaign.org), а также обратиться в Хызынский районный отдел службы Государственного агентства занятости и пройти регистрацию.

    Отметим, что при оценке заявок в качестве основных критериев будут учитываться знания и опыт участников в области пчеловодства, социальный статус, а также наличие соответствующего приусадебного земельного участка для размещения пчеловодческого хозяйства.

  • Leyla Əliyevanın təşəbbüsü ilə “Gənc arıçı” layihəsi Xızı rayonunda keçiriləcək

    Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Xızı rayonunda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.

    Layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.

    Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

    Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda, layihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.

    “Gənc arıçı” layihəsində iştirak etmək istəyən Xızı rayonunda yaşayan 18-35 yaş arası gənclər mayın 18-dək müraciətlərini IDEA İctimai Birliyinin “1113” qaynar xətti və ya elektron poçt ünvanına (info@ideacampaign.org) göndərmələri və yaxud Dövlət Məşğulluq Agentliyinin Xızı rayon xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçmələri xahiş olunur.

    Qeyd edək ki, müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsində bilik və təcrübəsi, sosial vəziyyəti, həmçinin arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün müvafiq həyətyanı torpaq sahəsinin mövcudluğu əsas meyarlar kimi nəzərə alınacaq.

  • Известного детского кардиохирурга арестовали из-за страсти к охоте

    Эльнур Гасанов, бывший руководитель отделения детской кардиохирургии Научного хирургического центра имени Топчубашова, был арестован по обвинению в хранении огнестрельного и холодного оружия. Он был приговорен судом к ограничению свободы и освобожден из-под стражи.

    Как сообщает Median.Az со ссылкой на musavat.com, 49-летний Эльнур Гасанов был задержан, когда направлялся в парикмахерскую в одном из отелей. В салоне его автомобиля был обнаружен пистолет серебристого цвета.

    В багажнике машины было найдено множество предметов, используемых во время охоты. После этого был проведен обыск в доме Эльнура Гасанова, где было обнаружено значительное количество оружия и боеприпасов.

    Во время обыска в доме было найдено девять охотничьих ножей, 300 патронов калибра 366, 125 патронов 12-го калибра, четыре единицы охотничьего оружия и кастет.

    Эльнур Гасанов – любитель охоты. По его словам, серебристый пистолет он нашел во время прогулки в парке. Было установлено, что остальное оружие он приобрел официально и имеет на него разрешения.

    Стоит отметить, что Гасанов был уволен вскоре после ареста за длительное отсутствие на работе.

    Эльнур Гасанов провел под стражей более пяти месяцев во время следствия. Суд признал его виновным в совершенных деяниях и приговорил к трем годам ограничения свободы.

    С учетом времени, проведенного под стражей, ему оставили 2 года и 1 месяц ограничения свободы. Он был освобожден из-под стражи. В течение этого периода Гасанов должен будет носить электронный браслет.

    В своем заявлении Эльнур Гасанов сказал, что приобрел изъятое из дома оружие из-за своего интереса к охоте.

    Врач, который в настоящее время находится дома, отказался давать дополнительные комментарии: “Я пытаюсь прийти в себя”.

  • Bakıda odlu silahlarla tutulan tanınmış həkim azadlığa buraxılıb

    Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu və soyuq silah saxlamaq ittihamı ilə həbs edilib. Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və azadlığa buraxılıb.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, 49 yaşlı Elnur Həsənov hotellərdən birinə bərbərə gedən zaman saxlanılıb. Onun avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança aşkar edilib.

    Maşının yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşya tapılıb. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib, xeyli sayda silah-sursat aşkar edilib.

    Evə baxış zamanı doqquz ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, dörd ədəd ov silahı və beşbarmaq aşkar edilib.

    Elnur Həsənov ov həvəskarı olub. Onun sözlərinə görə, gümüşü tapançanı parkda gəzən zamanı tapıb. Onun digər silahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyən edilib.

    Qeyd edək ki, Həsənov həbs edildiyi gündən sonra uzun müddət işə getmədiyi üçün azad olunub.

    Elnur Həsənov istintaq zamanı beş aydan artıq həbsdə qalıb. Məhkəmə onu törətdiyi əməllərdə təqsirli bilib və barəsində üç il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

    Həbsdə qaldığı müddət nəzərə alınaraq onun üzərində 2 il 1 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Həbsdən azad edilib. Həsənov bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.

    Elnur Həsənov açıqlamasında evindən çıxan silahları ova olan marağına görə əldə etdiyini deyib.

    Hazırda evdə olduğunu bildirən həkim əlavə açıqlama vermək istəməyib:

    “Özümə gəlməyə çalışıram”.

  • İlham Əliyevdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib.

    Bundan başqa, sənədlə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturu” təsdiq edilib.

    Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Bununla yanaşı, hökumət Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görməlidir.

  • 77 yaşlı sabiq rəis elektron qolbaqda gəzəcək

    Kürdəmir Rayon Məhkəməsində mənimsəmədə ittiham olunan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki Kürdəmir Melioservis İdarəsinin sabiq rəisi Talıb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Marif Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Məmmədov barəsində iki il müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə iki il azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilib. Sabiq idarə rəisinə elektron nəzarət vasitəsi olan qolbaq tətbiq edilib.

    İttihama görə, Talıb Sırac oğlu Məmmədov Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilib.

    Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir Melioservis İdarəsində aparılan yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb.

    Məlum olub ki, T.Məmmədov həmin müəssisədə rəis olduğu vaxt qulluq mövqeyindən istifadə edərək “R-15 təsərrüfatlar arası beton kanalı” üzrə görülmüş əsaslı təmir işlərinə görə 18 601.20 manat, Şilyan-Qarasu ərazisində “OB 1 nov kanalın” üzərindəki hidrotexnik qurğuların əsaslı təmiri işləri üzrə 30 201.51 manat və “Qarasu-2 nasos stansiyasının diametri 500 mm-lik təzyiqli boru xəttinin” əsaslı təmir işləri üzrə 14 533.02 manat məbləğində artıq xərc hesablayıb. Həmin vəsaiti aktların doğruluğu sənədinə öz imzası ilə təsdiq edərək mənimsəmə və israf etmə yolu ilə talayıb.
    //oxu.az

  • Prezident çətin həyat şəraitində olan şəxslərlə bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ

    “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır.

    Bundan əlavə, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.

    Eyni zamanda çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri sırasına sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq daxil edilib.

  • Sosial şəbəkələr vasitəsilə 52 min manatı ələ keçirən iki nəfər saxlanılıb

    Sosial şəbəkədə gəlir qazanmaq vədi ilə dələduzluq edən iki nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıblar.

    Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 51 743 manat pulunu ələ keçiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    Bir daha vətəndaşlara tövsiyə olunur ki, internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olsunlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn ödəniş etməsinlər.