Month: May 2025

  • В Азербайджане в связи с ветреной погодой объявлено желтое предупреждение

    Национальная служба гидрометеорологии объявила желтое предупреждение в связи с ожидаемыми ветреными погодными условиями в некоторых регионах 30 мая.

    Об этом сообщили в службе.

    В Нахчыванской АР, Кяльбаджаре, Лачыне, Зангилане, Физули, Нафталане, Гёранбое, Мингячевире, Гяндже, Дашкесане, Гедабеке, Гёйгёле, Ширване, Гаджигабуле, Гобустане, Сабирабаде, Сальяне, Нефтчале, Гёйчае, Хачмазе, Гусаре, Сиязане, Хызы, Губе, Шабране, Шамахы, Огузе и Шеки будет преобладать восточный ветер, скорость которого будет достигать 13.9-20.7 м/сек.

  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

    Bəzi bölgələrdə mayın 30-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Göyçay, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Президент COP29: Азербайджан и Бразилия объединяют усилия в подготовке к COP30

    Председательство COP29 активно организует мероприятия и инициирует обсуждение ряда ключевых вопросов в тесном сотрудничестве с Бразилией и секретариатом Конвенции в рамках подготовки к COP30 в Бразилии.

    Об этом, отвечая на вопрос казахстанского бюро Report, заявил журналистам представитель президента Азербайджана по вопросам климата, президент COP29 Мухтар Бабаев.

    “Говоря о сотрудничестве с Бразилией, мы [команда COP29] активно готовимся к 30-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP30). Вплоть до ноября месяца этого года председательство в COP находится у Азербайджана. Соответственно, очень много мероприятий, очень много вопросов, которые мы совместно с бразильской стороной и с секретариатом конвенции совместно проводим”, – отметил М.Бабаев.

    Он также сообщил, что во многих странах мира имеет место тенденция, когда проявляется определенный скептицизм к международному процессу по климату.

    “И сейчас мы работаем надо тем, чтобы мобилизовать все страны, чтобы все мы были едины во мнении о том, что климатические изменения несут риски. Человечество должно вкладываться, чтобы не только смягчить последствия климата, но и уметь их предупреждать”, – добавил Мухтар Бабаев.

  • COP29 Prezidenti: Azərbaycan və Braziliya COP30-a hazırlıqa bağlı səyləri birləşdirirlər

    COP29 sədrliyi Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasına (COP30) hazırlıq çərçivəsində Braziliya və Konvensiya katibliyi ilə sıx əməkdaşlıq edərək bir sıra tədbirlər təşkil edir və əsas məsələlərin müzakirəsini başladır.

    Bu barədə “Report”un Qazaxıstan bürosunun sualına cavab olaraq Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev bildirib.

    O qeyd edib ki, COP29 komandası COP30-a fəal şəkildə hazırlaşır: “Bu ilin noyabr ayına qədər COP-a sədrlik Azərbaycana məxsusdur. Müvafiq olaraq, Braziliya tərəfi və Konvensiya katibliyi ilə birlikdə çox sayda tədbirlər, çox sayda məsələlər həyata keçiririk”.

    “İndi biz çalışırıq ki, bütün ölkələr iqlim dəyişikliklərinin risklər daşıdığı fikrində bir olsun. Təkcə iqlim dəyişikliklərinin təsirlərini yumşaltmaq üçün deyil, həm də onların qarşısını almağı bacarmaq üçün investisiyalar yatırılmalıdır”, – M.Babayev əlavə edib.

  • “ИрАэро” в июле запустит прямые рейсы из Москвы в Габалу

    С 2 июля российская авиакомпания “ИрАэро” начнет выполнять прямые рейсы по маршруту Москва – Габала – Москва.

    Как сообщает Median.Az со ссылкой на авиаперевозчика, полеты будут осуществляться раз в неделю – по средам, на самолетах SSJ-100.

    Вылет из московского аэропорта Домодедово запланирован на 11:00 (по местному времени), прибытие в Габалу – в 15:20. Обратный рейс из Габалы будет выполняться в тот же день в 16:20, с прибытием в Москву в 18:40.

    Рейсы будут выполняться до 10 сентября включительно.

    Отметим, что с 19 июня рейсы в Габалу также начнет выполнять венгерская авиакомпания Wizz Air из Абу-Даби.

  • “İrAero” iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

    Rusiyanın “İrAero” aviaşirkəti iyulun 2-dən Moskva – Qəbələ – Moskva marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

    Median.Az aviadaşıyıcıya istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə – çərşənbə günləri “SSJ-100” tipli təyyarələrlə həyata keçiriləcək.

    Moskvanın Domodedovo hava limanından uçuş yerli vaxtla saat 11:00-a, Qəbələyə gəliş isə saat 15:20-yə planlaşdırılıb. Qəbələdən əks istiqamətdə uçuş həmin gün saat 16:20-də həyata keçiriləcək və Moskvaya gəliş saat 18:40-da olacaq.

    Uçuşlar sentyabrın 10-na qədər həyata keçiriləcək.

    Qeyd edək ki, iyunun 19-dan etibarən Macarıstanın “Wizz Air” aviaşirkəti də Əbu-Dabidən Qəbələyə uçuşlar həyata keçirməyə başlayacaq.

  • Naxçıvanda taxıl biçininə başlanılır

    Naxçıvan Muxtar Respublikasında iyunun əvvəlində start veriləcək taxıl biçininin mütəşəkkil həyata keçirilməsi məqsədi ilə yerli Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Mərkəzi Qərargahın ilk iclası keçirilib.

    Yeni təyin olunmuş nazir Rafail Quliyevin sədrliyi ilə keçirilən iclasda nazirliyin tabeli qurumlarının, habelə Fövqəladə Hallar Nazirliyi və Dövlət Statistika Komitəsinin məsul şəxsləri iştirak ediblər.

    R.Quliyev qeyd edib ki, qərargah taxıl biçininin vaxtında həyata keçirilməsi, itkisiz yığılaraq anbarlara daşınması, həmçinin biçindən sonra tələb olunan aqrotexniki tədbirlərin görülməsini təmin etmək məqsədilə yaradılıb.

    Qərargahın rəhbəri, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Məhəmməd Zeynalov bildirib ki, bu il Naxçıvanda ümumilikdə 17 581 hektar sahədə taxıl əkinləri həyata keçirilib ki, bunun da 16 946,5 hektarını payızlıq, 634,5 hektarını isə yazlıq əkinlər təşkil edir. Aparılan əkinlərin 8 275,6 hektarı buğda, 9 305,7 hektarı isə arpa əkinləridir.

    Taxıl biçininə muxtar respublika üzrə 77 ədəd saz vəziyyətdə taxılbiçən kombaynlar cəlb ediləcəyini deyən M.Zeynalov kombaynların 64 ədədinin fiziki şəxslərdə, 4 ədədinin Nazirliyin “Naxçıvan Toxumçuluq” MMC-nin balansında, 9 ədədinin isə “Naxçıvan Aqroservis” ASC-nin balansında olduğunu qeyd edib, həmçinin “Naxçıvan Aqroservis”in biçin qiymətinin ötən il olduğu kimi bu il də bir hektar üçün 50 manat müəyyən edildiyini nəzərə çatdırıb.

  • Завтра воздух в Азербайджане прогреется до 33°

    Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, в основном без осадков.

    Об этом сообщает Median.Az со ссылкой на информацию Национальной службы гидрометеорологии.

    Отмечается, что днем в некоторых местах полуострова возможен кратковременный небольшой дождь, гроза. Северо-восточный ветер вечером сменится умеренным северо-западным.

    Температура воздуха ночью составит 18-21° тепла, днем 28-33° тепла. Атмосферное давление составит 756 мм ртутного столба. Относительная влажность ночью 50-55%, днем 30-35%.

    В районах Азербайджана ожидается в основном без осадков. Однако ночью и утром в некоторых горных районах возможны ливни, грозы, град, туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 16-20°, днем 29-33° тепла, в горах ночью 8-13°, днем 17-22° тепла.

  • Sabah 33 dərəcə isti olacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 16-20° isti, gündüz 29-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

  • Azərbaycan Premyer Liqasında növbəti mövsümün “transfer pəncərələri”nin vaxtı bəlli olub

    Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü üçün “transfer pəncərələri”nin vaxtı bəlli olub.

    Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

    Yay transfer dövrü bu il iyunun 19-dan sentyabrın 10-na qədər (saat 23:59) müəyyənləşdirilib. Qış “transfer pəncərəsi” isə 2026-cı il yanvarın 14-dən fevralın 10-na (saat 23:59) kimi davam edəcək.

    2026-cı il martın 31-i azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.