Month: May 2025

  • Şri-Lanka prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

    Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Zati-aliləri.

    Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Şri-Lanka ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa, qarşılıqlı anlaşmaya və ümumi dəyərlərə əsaslanan səmimi dostluq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da genişlənəcək və möhkəmlənəcəkdir.

    Zati-alinizin uzaqgörən rəhbərliyi Azərbaycanı sülh, tərəqqi və firavanlıq yolu ilə irəliyə doğru aparmışdır.

    Mən, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), xüsusilə də iqlim dəyişikliyi problemi ilə bağlı kollektiv səylərin birləşdirilməsində Azərbaycanın nümunəvi rəhbərliyini yüksək qiymətləndirirəm.

    Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram”.

  • Воспитательница лянкяранского детсада избила ребенка: ведется расследование – ВИДЕО

    Распространились кадры, на которых запечатлено применение воспитательницей физического насилия в отношении ребенка в детском саду Lənkəran Kaspi Kids.

    Как передает Median.Az, блогер Салех Насиров опубликовал видео, на котором воспитательница бьет малыша по голове, отчего у него пошла кровь.

    “Сколько людей, не любящих свою профессию или детей и при этом занимающихся этой работой. Какой родитель стерпит, увидев такую картину?”, – отмечается в публикации.

    Как сообщили Oxu.Az в лянкяранской региональной группе пресс-службы Министерства внутренних дел, в настоящее время по данному факту в районном отделе полиции проводится расследование.

    “Получены заявления и объяснения сторон, проведена судебно-медицинская экспертиза ребенка. Обеспечивается принятие правовых мер”, – заявили в структуре.

  • Lənkəranda bağçada müəllim uşağı döydü: ARAŞDIRMA APARILIR – VİDEO

    “Lənkəran Kaspi Kids” bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

    Median.Az xəbər verir ki, paylaşımda müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı qeyd olunub.

    “Hadisə “Lənkəran Kaspi Kids” uşaq bağçasında baş verib. Müəllim uşağın başına necə vurursa, başından qan gəlir. Nə qədər vəzifəsini sevməyən, uşaq sevməyən insanlar varsa, gedib işləyirlər. Hansı valideyn bu görüntüyə dözər?”, – paylaşımda qeyd olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun oxu.az-a verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

    “Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”.

  • Kirkorov xəstəxanaya yerləşdirilib

    Rusiyanın məşhur müğənnisi Filipp Kirkorovda dəri nekrozu yaranıb.

    Bu barədə Rusiya KİV məlumat yayıb.
    Məlumata görə, bu yaxınlarda xəstəxanaya yerləşdirilən 58 yaşlı Kirkorov ikinci dərəcəli yanıq, qismən dəri nekrozu və limfadenopatiyadan əziyyət çəkir.
    Ona hər hansı fiziki fəaliyyət qadağan edilib və cərrahın nəzarəti altında gündəlik sarğıların olması tövsiyə olunur.
    Qeyd edək ki, bir müddət öncə F. Kirkorov konsert zamanı atəşfəşanlıq nəticəsində aldığı yanıq səbəbindən təcili xəstəxanaya yerləşdirilmişdi.

  • Təbriz klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

    Cari mövsüm İran çempionatının qalibi olan Təbrizin “Traktor” klubu baş məşqçisi Draqan Skoçiçlə müqavilə müddətini uzadıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
    Xorvatiyalı mütəxəssislə yeni müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
    Qeyd edək ki, D.Skoçiç Təbriz klubunu 2024-cü ildən çalışdırır.

  • BMT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik etdi

    Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:
    “Zati-aliləri.
    Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırıram.
    Milli bayramlar, eyni zamanda, ortaq qlobal çağırışlar üzərində düşünmək üçün fürsət yaradır.
    Hazırda beynəlxalq ictimaiyyət iqlim böhranından tutmuş münaqişələrə, artan bərabərsizliklərə qədər bir çox çətinliklərlə üzləşir ki, bunlar da çoxtərəfli həll yolları tələb edir.
    Gələcək üçün Paktın mahiyyəti də məhz budur. Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş bu tarixi sənədin mərkəzində çoxtərəfliliyi möhkəmləndirmək və davamlı sülhü, dayanıqlı inkişafı, hamı üçün insan hüquqlarının təmin olunmasını təşviq etmək tələbi dayanır.
    Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının xalqına bir daha ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Monteneqro yığmasının futbolçusu: “Milli Gimnastika Arenası indiyədək oynadığım ən möhtəşəm məkandır”

    Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 finalında Polşanı məğlub edərək (1:0) növbəti mərhələyə vəsiqə qazanan Monteneqro komandasının futbolçusu Dyuro Muqoşa yarışın keçirildiyi Milli Gimnastika Arenasını xüsusi fərqləndirib.

    O, “Report”a açıqlamasında təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.
    “Şübhəsiz, Azərbaycan millisi dünya çempionatının favoritidir. Bu komanda çox güclüdür. Təşkilatçılıq gördüyüm ən yaxşı səviyyədədir. Milli Gimnastika Arenası indiyə qədər oynadığım ən möhtəşəm məkandır”, – deyə futbolçu bildirib.
    D.Muqoşa Polşa ilə matçı da dəyərləndirib:
    “Oyun çox çətin idi. Bu indiyədək keçirdiyimiz ən yaxşı matç idi. Qələbə qazandıq, çox yorğunam, çünki güclü komandaya qarşı oynadıq. Yarışda birinci olmaq üçün əlimizdən gələni edəcəyik. Addım-addım irəliləyirik”.

  • Səhranın altından 5.000 illik sivilizasiya çıxdı

    2002-ci ildə aparılan bir uçuş zamanı qeydə alınan qeyri-adi qum formaları, Ərəbistan yarımadasında minilliklər əvvəl mövcud olmuş bir sivilizasiyanın izlərini aşkara çıxarıb. Aparılan yeni qazıntıların bu kəşfin miqyasını daha da genişləndirəcəyi gözlənilir.

    Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yerləşən və “Boş bölgə” adlandırılan Rub əl-Xali səhrası uzun müddət heç bir yaşam izinin olmadığı, sonsuz qum dənizi kimi tanınıb. Lakin 2002-ci ildə yaşanan təsadüfi bir hadisə bu fikri tamamilə dəyişib.
    Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum səhranın üzərindən uçarkən qeyri-adi izlər – fərqli kumul formaları və qara ləkələr müşahidə edib. Bu kiçik detallardan böyük bir arxeoloji kəşfin qapısı aralanıb.
    Bu kəşf təqribən 5.000 il əvvələ aid Saruq əl-Hadid adlı arxeoloji sahənin üzə çıxmasına səbəb olub. Aparılan qazıntılarda metal emalına dair izlər, işlənmiş mis və dəmir parçaları, eləcə də heyvan sümükləri tapılıb. Bütün bu faktlar bir vaxtlar səhranın ortasında yüksək inkişaf etmiş bir yaşayışın mövcud olduğunu göstərir.
    Tədqiqatçılar tapıntıların təxminən üç metr dərinlikdə aşkarlanmış olduğunu bildirirlər. Sərt təbii şərait və daim dəyişən qum qatları bu ərazinin uzun müddət boyunca fərq edilməməsinə səbəb olub. İndi isə bu yer, bölgənin qədim tarixini anlamaq istəyən alimlərin əsas diqqət mərkəzinə çevrilib. Üstəlik, bu kəşf təkcə bir yaşayış yerindən daha artığını gündəmə gətirir.
    Ortaya çıxan izlər Ərəbistan yarımadasının əfsanələrində tez-tez bəhs edilən yoxa çıxmış Ubar şəhərini yenidən yada salıb. Rəvayətlərə görə, Ubar şəhəri tanrıların qəzəbinə tuş gələrək qumların altına gömülüb. İngilis yazıçı və hərbçi T. E. Lourens də bu şəhəri “təkəbbürün cəzası kimi yox olan” bir yer kimi təsvir edib.
    Sadəcə əfsanələr deyil, texnologiyanın gücü də bu kəşfdə mühüm rol oynayıb. Əbu-Dabidə yerləşən Xəlifə Universitetinin tədqiqatçıları səhranı qazmadan yeraltı quruluşları müəyyən edə bilən radar sistemi tətbiq ediblər. Torpağa ötürülən siqnalların əksinə əsaslanan bu sistem süni intellektlə işlənərək qədim yaşayış məskənlərinə və onları birləşdirən yolların aydın izlərini ortaya çıxarıb.
    Dubay Mədəniyyət İdarəsinin dəstəyi ilə bu bölgədə yeni qazıntılar planlaşdırılır. Tədqiqatçılar hesab edirlər ki, bu ərazi Ərəbistan yarımadasında formalaşan ilk sivilizasiyalara dair mühüm məlumatlar ehtiva edir.

  • Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu

    Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

    APA-nın məlumatına görə, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1977-ci il təvəllüdlü Orxan Rüstəmov martın 22-də gedən döyüşlər zamanı həlak olub.
    O, fevral ayında Rusiya-Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun qardaşı Sərxan Rüstəmov APA-ya bildirilib ki, Orxan Rüstəmovun həlak olması ilə bağlı onlara 4 gün əvvəl məlumat verilib.
    Orxan Rüstəmovun nəşi sabah Gəncə şəhərinə gətiriləcək. Mərhumun sabah Gəncədə dəfn olunması nəzərdə tutulub.
    Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Orxan Rüstəmov ailəli olub, onun iki övladı var.

  • Посол Канады поздравил Азербайджан по случаю Дня независимости

    Посол-нерезидент Канады в Баку Кевин Хэмилтон поздравил Азербайджан с 28 Мая – Днем независимости.

    Дипломат поделился соответствующей публикацией в соцсети Х.
    “Сегодня День независимости Азербайджанской Республики. Отмечается создание Азербайджанской Демократической Республики в 1918 году и обретение независимости от Российской Империи. Передаем самые искренние поздравления народу Азербайджана в связи с этим важным историческим днем”, – написал он.
    Отметим, что Кевин Хэмилтон является послом-резидентом Канады в Турции и нерезидентным послом в Азербайджане и Грузии.