Month: May 2025

  • Kanada səfiri Azərbaycanı təbrik edib

    Kanadanın Bakıdakı qeyri-rezident səfiri Kevin Hemilton Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
    “Bu gün Azərbaycan Respublikasının Müstəqillik Günüdür. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması və Rus İmperiyasından müstəqilliyin əldə edilməsi qeyd olunur. Azərbaycan xalqına bu mühüm tarixi gün münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq”, – o yazıb.
    Qeyd edək ki, Kevin Hemilton Kanadanın Türkiyədəki rezident, Azərbaycanda və Gürcüstanda isə qeyri-rezident səfiridir.

  • Лавров: Россия предлагает Украине встречу 2 июня в Стамбуле

    Делегация РФ во главе с помощником президента Владимиром Мединским готова 2 июня в Стамбуле представить Украине меморандум России по всем аспектам преодоления первопричин кризиса.

    Об этом говорится в заявлении министра иностранных дел России Сергея Лаврова.
    “Российская сторона, как и договаривались, оперативно разработала соответствующий меморандум, который излагает нашу позицию по всем аспектам надежного преодоления первопричин кризиса. Наша делегация во главе с Владимиром Мединским готова представить этот меморандум делегации Украины и дать необходимые пояснения в ходе второго раунда возобновленных прямых переговоров в Стамбуле в ближайший понедельник, 2 июня”, – отметил Лавров.
    Россия рассчитывает, что все поддержат проведение нового раунда переговоров, добавил глава МИД РФ.
    “Рассчитываем, что все, кто искренне заинтересован в успехе мирного процесса, поддержат проведение нового раунда стамбульских прямых российско-украинских переговоров”, – сказал он.

  • Rusiya Ukraynaya iyunun 2-də İstanbulda görüş keçirməyi təklif edib

    Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukrayna böhranının aradan qaldırılmasına dair memorandumu Kiyevə təqdim etməyə hazırdır.

    Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
    “Rusiya Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyini əks etdirən bir memorandum hazırlayıb. Hər kəsin iyunun 2-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının yeni raundunun keçirilməsini dəstəkləyəcəyinə ümid

  • Netanyahu İsrailin HAMAS liderini məhv etdiyini açıqladı

    İsrail qüvvələri HAMAS hərəkatının lideri Məhəmməd Sinvarı öldürüb.

    Median.Az Unikal-a istinadən xəbər verir ki, İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.
    Mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan-Yunis şəhərindəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurduğunu açıqlayıb. İsrailin dövlət televiziyası Kan xəbər verib ki, hədəf Qəzza zolağında HAMAS-a və təşkilatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.

  • DTX 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx paylaşıb

    Dövlət Təhlükəsizliyi Xidmətinin sosial şəbəkə səhifələrində 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx paylaşılıb.

    Median.Az həmin videopaylaşımı təqdim edir.

  • Araz Musayevin bıçaqlanması ilə bağlı yeni detal

    Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Antalya şəhərində bıçaqlanıb.

    APA-nın İstanbul müxbirinin əldə etdiyi məlumata görə, hadisə iki qrup arasında çıxan münaqişə nəticəsində baş verib.
    Araz Musayev qarın nahiyəsindən bıçaq zərbəsi alıb.
    Hazırda, o, dövlət xəstəxanasına yerləşdirilib, vəziyyətinin qənaətbəxs olduğu bildirilir.

  • Siqaret faciəyə səbəb oldu – Özü öldü, qardaşı yaralandı

    Neftçala rayonunda bədbəxt hadisə baş verib.


    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın olub.
    Belə ki, ümumi sahəsi 130kv.m. olan birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yaranan yanğın partlayışa səbəb olub.
    Partlayış dalğasının təsirindən evdə yaşayan 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu aldığı yanıq xəsarətlərindən vəfat edib. Onun qardaş 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq rayon xəstəxanasına çatdırılıb.
    Qonşuların sözlərinə görə, partlayışa səbəb döşəməyə dolğu vurulan zaman siqaret yandırılması olub. Bu zaman evdə partlayış baş verib.
    Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb.
    Faktla bağlı araşdırma aparılır.

  • İşlənmiş 8 etibarlı avtomobil – 2025-ci ildə almağa dəyər

    Təkrar bazarda satış üçün çoxlu sayda müxtəlif avtomobil tapmaq olar. Ancaq bütün modellər diqqətə layiq deyil.

    Lent.az xarici mediaya istinadla xəbərinə görə, 2025-ci ildə almağa dəyər 8 əla işlənmiş avtomobili təqdim edir. “CFR Classic”in satış və marketinq direktoru Co Jiranda və EpicVIN avtomobil eksperti və marketinq direktoru Aleks Blek bu modellərin əsas üstünlüklərini bölüşür.

    Mazda3 (2019-cu ildən 2023-cü ilə qədər) 

    Jiranda görə, Mazda3 kompakt avtomobil seqmentində premium interyeri və rahat idarəetməsi ilə seçilir.

    “Bu, modelə giriş səviyyəli lüks avtomobillərlə rəqabət aparmağa imkan verir, lakin daha aşağı qiymətə”, – “CFR Classic”in satış və marketinq direktoru izah edib.

    Chevrolet Bolt EV (2021-ci ildən 2023-cu ilə qədər) 

    Chevrolet Bolt EV bir dəfə doldurulmaqla 416 kilometr məsafə qət edir və bir çox digər elektrikli avtomobillərdən daha sərfəli qiymətə malikdir. Jiranda qeyd edib ki, bu model böyük təmir xərcləri tələb etmir və kifayət qədər etibarlıdır.

    Lexus GS 350 (2013-cu ildən 2019-ci ilə qədər)

    Blek əmin edir ki, Lexus GS 350 işlənmiş avtomobil bazarının “gizli incilərindən” biridir. Onun sözlərinə görə, bu, əla performansı və yüksək komfortu ilə heyran edən avtomobildir.

    “Bu, BMW 5 Series və ya Mercedes-Benz E-Class-a yaxşı alternativdir, lakin Lexus GS 350-nin sahiblik dəyəri əhəmiyyətli dərəcədə aşağıdır”, – avtoekspert Blek deyir.

    Toyota Corolla (2021-ci ildən 2023-cu ilə qədər)

    Jiranda “Toyota Corolla”nı aşağı yanacaq sərfiyyatı və misilsiz etibarlılığı üçün tərifləyib. O, modelin hətta əsas konfiqurasiyada belə zəngin avadanlıqlara malik olduğunu və texniki xidmət xərclərinin rəqiblərinkindən xeyli aşağı olduğunu bölüşüb.

    Honda Accord (2021-ci ildən 2023-cü ilə qədər)

    Jiranda hesab edir ki, Honda Accord orta ölçülü sedan seqmentində “ikona”dır. O, bu modelin özündə qabaqcıl texnologiyalar və yüksək etibarlılığı birləşdirdiyini vurğulayıb.

    “Honda Accord, bir çox rəqiblərinə nisbətən daha az təmir problemi ilə məşhurdur və bu, ailələr üçün əla seçimdir”, – Jiranda deyib.

    Acura TSX Sport Wagon (2011-ci ildən 2014-cü ilə qədər)

    Blek, yüksək praktikliyə malik etibarlı avtomobil istəyən insanlar üçün “Acura TSX Sport Wagon”u tövsiyə edib. Onun sözlərinə görə, bu universal geniş salon və zəngin avadanlıq təklif edir.

    Toyota Avalon (2013-cü ildən 2018-ci ilə qədər)

    Blek “Toyota Avalon”un kifayət qədər dəbdəbəli, lakin ucuz avtomobil axtaran sürücülər üçün uyğun olduğunu paylaşdı.

    “Bu, mahiyyətcə adı olmayan Lexusdur. O, hamardır, daş kimi möhkəm mühərrikə malikdir, lakin gözlədiyinizdən çox aşağı qiymətə gəlir”, – avtoekspert bildirib.

    Ford Flex (2009-cu ildən 2019-cu ilə qədər)

    Ford Flex qeyri-adi dizaynı və təsir edici tutumu ilə seçilir. Blek modelin çoxuşaqlı ailələri olan sürücülər üçün ideal olacağını bildirib.

  • Bu fermerlərə 15 min ayrılacaq

    Azərbaycanda kənd təsərrüfatında innovativ yanaşmalar genişlənir. Ölkədə əvvəllər rast gəlinməyən qaragilə, dekapon, kinkan, quayava, payız zeytunu kimi meyvə və giləmeyvələr artıq becərilir. Onların bir çoxu sağlamlıq üçün faydalı olmaqla yanaşı, yüksək ixrac potensialına da malikdir.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Belə ki, 2025-ci ildən etibarən ilk dəfə intensiv mavigilə (qaragilə) bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılacaq. Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonlarında hər hektar əkin sahəsinə 15 min manat birdəfəlik subsidiya ayrılacaq. Şərtlərə əsasən, hər hektarda azı 3.400 ting əkilməli, sahə damcı suvarma sistemi ilə təchiz olunmalıdır.

    Eyni zamanda, Lənkəran və Astara rayonlarında dekapon və kinkan kimi sitrus meyvələrinin becərilməsi genişlənir. Masallıda berqamot, Balakəndə isə yapon iydəsi kimi ekzotik növlər yetişdirilir. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində quayava meyvəsinin yerli şəraitə uyğunlaşdırılması istiqamətində uğurlu nəticələr əldə olunub. Yeni iqlimə davamlı pomidor və lavanda sortları da fermerlərin marağına səbəb olub.

    Kənd təsərrüfatında məhsul çeşidlərinin artırılması və ixracyönümlü meyvələrin yetişdirilməsi, regionlarda sahibkarlığın və məşğulluğun inkişafına təkan verir.

  • Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

    “Azərbaycan vətəndaşlarının eyni anda iki əmək pensiyası alması mümkün deyil. Əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, şəxs yalnız bir növ əmək pensiyası ala bilər”.

    Bu fikirləri hüquqşünas Turan Abdullazadə səsləndirib.
    “Əgər vətəndaş bir neçə pensiya növünə, məsələn, yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə təqaüd hüququ qazanarsa, onlardan yalnız birini seçə bilər. Adətən daha yüksək məbləğli pensiya növü seçimdə üstünlük təşkil edir”.

    Vəkil qeyd edib ki, “əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ olan şəxslərə yalnız bir növ əmək pensiyası təyin edilir və bu, onların istəyinə uyğun seçilir.

    “Bununla yanaşı, bəzi istisnalar da mövcuddur. Müharibə əlilləri, şəhid ailələrinin üzvləri, birinci dərəcəli əlilliyi olan şəxslər həm əmək pensiyası, həm də sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin oluna bilərlər”.

    //konkret.az