Month: May 2025

  • Трамп: Канаде не придется платить за “Золотой купол”, если она станет частью США

    Канада будет освобождена от платы за использование системы противоракетной обороны “Золотой купол” (Golden Dome), если решится войти в состав США.

    Об этом заявил американский президент Дональд Трамп.

    “Я сказал Канаде, которая очень хочет стать частью нашей чудесной системы “Золотой купол”, что это обойдется ей в $61 млрд, если они останутся отдельной, но неравной нацией. Однако стоимость составит ноль долларов, если они станут заветным 51-м штатом”, – написал хозяин Белого дома на своей странице в социальной сети Truth Social. По его словам, в Канаде “рассматривают это предложение”.

    20 мая Трамп сообщил, что США приняли решение относительно архитектуры своей системы ПРО “Золотой купол”. Он отметил, что на создание системы потребуется чуть менее трех лет. Вашингтонская администрация предлагает выделить на нее порядка $175 млрд.

  • Kanada “Qızıl günbəz”ə görə ABŞ-nin 51-ci ştatı ola bilər

    Kanada ABŞ-a qoşulmağa qərar verərsə, “Qızıl günbəz” raketdən müdafiə sistemi üçün ödənişdən azad olacaq.

    Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

    “Mən bizim gözəl “Qızıl günbəz” sistemimizin bir hissəsi olmaq istəyən Kanadaya bunun 61 milyard dollara başa gələcəyini söylədim. Lakin onlar arzu edilən 51-ci ştata çevrilsələr, dəyəri sıfır dollar olacaq”, – deyə o qeyd edib.

    Onun sözlərinə görə, Kanada bu təklifi nəzərdən keçirir.

    Mayın 20-də Tramp ABŞ-ın “Qızıl günbəz” raketdən müdafiə sisteminin arxitekturası ilə bağlı qərar qəbul etdiyini açıqlayıb. O qeyd edib ki, sistemin yaradılmasına üç ildən bir qədər az vaxt lazım olacaq. Vaşinqton administrasiyası bunun üçün təxminən 175 milyard dollar ayırmağı təklif edir.

  • В чем важность введения в эксплуатацию международного аэропорта в Лачыне? – Мнение депутата

    Сегодня в Лачыне состоялась церемония открытия международного аэропорта с участием президентов Азербайджана и Турции – Ильхама Алиева и Реджепа Тайипа Эрдогана. Таким образом, на освобожденных от оккупации территориях начала функционировать уже третья международная воздушная гавань.

    Об этом в соцсети написал депутат Вугар Байрамов.

    Он отметил, что лачынский аэропорт, расположенный в Восточном Зангезуре, наряду со стратегическим значением будет обладать и экономическими преимуществами.

    «Многолетняя оккупация Восточного Зангезура не позволяла использовать его потенциал. Учитывая стратегическое значение Лачына, формирование в этом районе инфраструктуры, соответствующей международным стандартам, было крайне важно.

    Восточный Зангезур – один из регионов Кавказа, отличающийся возможностями для зимнего, летнего, лечебного, исторического и религиозного туризма. Большой туристический потенциал позволяет в короткие сроки восстановить экономическую активность в этих районах», – подчеркнул парламентарий.

    В.Байрамов напомнил, что Восточный Зангезур, имеющий полностью тюркские оронимы (топонимы, обозначающие поднятые формы рельефа, такие как горы, хребты, вершины – ред.), считается одним из древнейших мест обитания человека.

    «Это стимулирует развитие исторического туризма, ставшего популярным в последние десятилетия. В связи с этим ожидается приток большого количества туристов в данные районы, что создаст условия для рентабельной работы стратегически важного аэропорта в Лачыне.

    Введенные в эксплуатацию воздушные гавани смогут принимать все виды самолетов, в том числе тяжелые грузовые. Это один из факторов, указывающих на их стратегическое значение», – заключил депутат.
    //media.az

  • Ərdoğan Laçında Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May – Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.

    Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında “Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!” – deyib.

    Türkiyə liderinin “Azərbaycan” şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik:

    “El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!

    Mən bir uşaq, sən bir ana,
    Odur ki, bağlıyam sana:
    Hankı səmtə, hankı yana
    Hey uçsam da yuvam sənsən,
    Elim, günüm, obam sənsən!”

  • Donald Tramp İlham Əliyevi təbrik edib

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Prezident Əliyev.

    Müstəqillik Gününüz münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm.

    Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək.

    ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır.

    Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik.

    Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm”.

  • Beynəlxalq Buzüstü Hokkey Federasiyası Avropa Millətlər Kubokunu təşkil etmək qərarına gəlib

    Beynəlxalq Buzüstü Hokkey Federasiyası (IIHF) 2025-ci il Dünya Çempionatı ilə üst-üstə düşən illik konqresində milli komandalar üçün yeni beynəlxalq yarış – Avropa Millətlər Kubokunu təşkil etmək qərarına gəlib.

    Bu barədə IIHF-nin Mətbuat Xidməti məlumat yayıb.

    Bu turnirin yaradılmasında məqsəd Avropanın beynəlxalq fasilələri zamanı bütün milli komandalara mühüm oyunlarda iştirak etmək imkanı yaratmaqdır. Turnirdə 12 komandanın iştirakı nəzərdə tutulub.

    Bundan əlavə, konqres bu ilin payızında Nitsada Qlobal Hokkey Forumunun keçiriləcəyini açıqlayıb. Forumda üç əsas sahə müzakirə olunacaq: hokkeyin inkişafı, marketinq strategiyaları və qadın hokkeyi.

    Milli assosiasiyalardan göstərilən sahələrin hər birinə nümayəndələr təyin etmək istənilib.

    Xatırladaq ki, mayın 25-də finalda İsveçrə komandasını məğlub edən ABŞ yığması dünya çempionu olub.
    //oxu.az

  • Prezident: “Əminəm ki, Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”

    “Əziz qardaşlarımın – Türkiyə prezidenti və Pakistan baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.

    “Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, – deyə dövlətimizin başçısı qeyd edib.

  • Elgünün ölümü ilə bağlı ipucları var – Anasından AÇIQLAMA (VİDEO)

    “Məni, Elgünün dayılarını, sinif yoldaşlarını, ətrafında olan hər kəsi dindiriblər”.

     
    Median.Az xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova deyib.
     
    Fizzə Zeynalova prokurorluqda bir neçə dəfə olduqlarını deyib. Bildirib ki, onlara müxtəlif versiyalar üzərində araşdırmalar aparıldığını və ipuclarının olduğu deyilib.
     
    Mərhumun anası səsləndirilən iddialarla bağlı fikirlərini növbəti dəfə bölüşüb:

    “Əvvəl avtomobil qəzası dedilər. Sonra intihar versiyasını söylədilər. Hüquq-mühafizə orqanları deyir ki, onlar hər bir variantın üzərində işləməlidirlər. Amma bu hadisənin intihar olması mümkün deyil. Elgünü tanıyan, onun ətrafında olan hər kəs bunu bilir. Həyat dolu bir insan idi.
     
    Bu versiya yoxdur. Maşın vurma versiyası və döyülmə versiyasını da istintaqın nəticəsində biləcəyik”.

    Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.

  • Президент Федерации муай-тай Азербайджана получил ножевое ранение – Видео

    Президент Федерации муай-тай (тайский бокс) Азербайджана, 9-кратный чемпион мира Араз Мусаев получил ножевое ранение.

    Как сообщает Median.Az со ссылкой на Unikal, инцидент произошел в турецкой Анталье.

    На опубликованных в сети видеокадрах видно, как окружающие оказывают помощь раненому Аразу Мусаеву.

    Подробности и обстоятельства инцидента пока не разглашаются.

    Согласно данным, А.Мусаев был доставлен в Государственную больницу Кемер в Анталье.

  • Azərbaycan Muay Tay Federasiyasının prezidenti Türkiyədə bıçaqlanıb – VİDEO

    Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.

    Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

    Qeyd edək ki, Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.