Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ucar rayonu, Ramal kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Mercedes” markalı yük avtomobilində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və qoşqusunda olan 21 ton yükün 3 tonu yanıb.
Yük avtomobilinin qoşqusu və oradakı yükün böyük hissəsi yanğından mühafizə olunub.
Сегодня утром в городе Дехдешт иранской провинции Кохгилуйе и Бойерахмед произошло землетрясение магнитудой 4.9 по шкале Рихтера.
Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал Azad İran.
В районы, расположенные вблизи эпицентра землетрясения, очаг которого залегал на глубине 10 км, были направлены две оценочные группы Красного Полумесяца. Все базы Красного Полумесяца в указанной провинции приведены в состояние тревоги.
İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dehdəşt şəhərində səhər saatlarında Rixter cədvəli üzrə 4.9 bal gücündə zəlzələ baş verib.
“Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 10 kilometr dərinlikdə meydana gələn zəlzələnin episentrinə yaxın bölgələrə iki Qızıl Aypara qiymətləndirmə qrupu göndərilib. Sözügedən əyalətdəki bütün Qızıl Aypara bazaları həyəcan vəziyyətinə gətirilib.
Hələlik dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.
Hazırda bir çox vətəndaş dərman vasitələrinin əlçatan olmamasından şikayətçidir.
Median.Az APA TV-yə istinadən xəbər verir ki, vətəndaşlar bəzən lazım olan preparatları tapmaq üçün bir neçə apteki gəzməyə, bəzən isə xaricdən sifariş verməyə məcbur qalırlar.
Xüsusilə də uşaq dərmanlarının və bəzi reseptlə verilən dərmanların tapılmaması insanların narahatlığına səbəb olur.
Məsələ ilə bağlı həkim-terapevt Sübhan Hacıyev bildirib ki, bəzi dərmanlar araşdırılaraq faydasından çox ziyanının olduğu müəyyən olunub və istifadəsi məqsədəuyğun hesab olunmayıb. Nəticədə siyahıdan çıxarılıb.
До конца текущего года область применения системы онлайн-очереди будет расширена.
Об этом в интервью для телеканала Xəzər Xəbər заявил исполнительный директор Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Вугар Гурбанов.
Он также назвал регионы, где планируется активное применение данной системы.
Коснувшись вопроса оплаты 20% тарифа за компьютерную (КТ) и магнитно-резонансную томографию (МРТ), В.Гурбанов пояснил, в каких случаях эти обследования будут проводиться бесплатно. По его словам, речь идет о плановых обследованиях по направлению врача.
“Bu ilin sonuna qədər onlayn növbə sisteminin tətbiq dairəsi genişləndiriləcək”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov “Xəzər Xəbər”ə müsahibəsində deyib.
O, onlayn növbə sisteminin hansı ərazilərdə yerləşən xəstəxanalarda aktiv tətbiq ediləcəyini də açıqlayıb.
Vüqar Qurbanov bildirib ki, TƏBİB-ə tabe olan tibb müəssisələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) rentgen otaqlarının izolyasiyası ilə bağlı apardığı yoxlamalar yekunlaşıb, bildirilən iradlar aradan qaldırılıb.
TƏBİB-in icraçı direktoru həmçinin vətəndaşların KT və MRT müayinələri üçün tarifin 20%-ni ödəməsi məsələsinə münasibət bildirib. Eləcə də hansı halda xəstələrdən bu xidmətlər üçün ödəniş alınmayacağını açıqlayıb.
O qeyd edib ki, bu yeni qərarın xəstəxanalardakı uzun növbələri və sıxlığı azaldacağı gözlənilir.
В средней школе №170 в Сабунчинском районе Баку разгорелся скандал между родителями и директором учебного заведения.
Как сообщает Median.Az со ссылкой на Xəzər TV, по словам родителей учащихся 2-го “Д” класса, директор школы требует от них деньги, чтобы не закрывать класс, и угрожает тем, кто отказывается платить.
Более того, родители заявляют, что директор также берет деньги за возможность пересдачи малого суммативного оценивания (МСО) для учеников, пропустивших его по уважительной причине. Якобы таким образом она “наказывает” и учащихся, и их родителей из-за плохих отношений с классным руководителем 2-го “Д”.
В соответствующие структуры уже направлена жалоб в связи с данным вопросом. В школе №170 заявили, что с февраля месяца трое учеников 2-го “Д” класса регулярно пропускают занятия.
“Из-за низкой посещаемости они не прошли МСО за II полугодие и не были оценены. Родителей неоднократно предупреждали о проблемах с посещаемостью детей. Для предотвращения уклонения детей от образования было направлено официальное письмо в Комиссию по делам несовершеннолетних Исполнительной власти Сабунчинского района и в Сабунчинское районное управление полиции.
Также руководство школы и представители ИВ провели соответствующую беседу с родителями во время встречи у них дома. Другие обвинения необоснованны и носят клеветнический характер”, – сказали в образовательном учреждении.
В Управлении образования города Баку отметили, что в связи с указанным вопросом будет проведено расследование и общественность будет проинформирована о его результатах.
“Direktor Ülviyyə Aslanova sinfin bağlanmaması üçün valideynlərdən pul tələb edir. Etiraz edən valideynləri hədələyir”.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddiaları Bakının Sabunçu rayonu, 170 saylı orta məktəbin 2 d sinfinin valideynləri səsləndiriblər.
Valideynlər bildiriblər ki, məktəb rəhbərliyi üzrlü səbəbdən kiçik summativ qiymətləndirmə (KSQ) yazmayan şagirdlərin yenidən KSQ yazması üçün də eyni addımı atmaqdan çəkinmir.
İddialara görə, direktorun sinif rəhbəri ilə münasibəti yaxşı olmadığı üçün 2 d sinfinin həm şagirdlərini, həm də valideynlərini cəzalandırır.
Valideynlər problemin həlli üçün müvafiq qurumlara müraciət də ediblər.
Məsələ ilə bağlı 170 nömrəli tam orta məktəbdən bildirilib ki, 2 d sinfində 3 şagird fevral ayından etibarən təhsildən yayınır. II yarımil ərzində şagirdlər dərsə gəlmədiyi üçün heç bir KSQ-də də iştirak etməyib və qiymətləndirilməyiblər.
Uşaqların davamiyyət problemlərinə görə dəfələrlə valideynlərinə xəbərdarlıq olunub. Uşaqların təhsildən yayındırılmasının qarşısının alınması üçün Sabunçu Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarla iş komissiyasına və Sabunçu Rayon Polis İdarəsinə rəsmi məktub göndərilib.
Həmçinin məktəb rəhbərliyi və icra nümayəndəliyi tərəfindən məsələ ilə bağlı valideynlərlə evlərində də görüş zamanı müvafiq söhbət aparılıb. Digər iddialar əsassız və böhtan xarakterlidir.
Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılacaq. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi, dost Azərbaycan xalqına firavan gələcəklə bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Son illərdə əlaqələrin getdikcə intensivləşməsi, xüsusilə də ötən ilin sentyabr ayında Sizin Romaya etdiyiniz dəyərli səfər münasibətlərimizin gələcəyinə inamla baxmağa imkan verir. Bu isə ortaq maraq doğuran bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişafı üçün ideal zəmin yaradır.
Daimi dialoq və qarşılıqlı anlayış həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər kontekstində İtaliya tərəfindən ardıcıl olaraq təşviq olunan vasitələrdir. Məqsədimiz bugünkü mürəkkəb beynəlxalq şəraitdə yaxşı qonşuluq əlaqələrini, regional sabitliyi və ümumi inkişafı dəstəkləməkdir.
Cənab Prezident, bu əlamətdar gün münasibətilə İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram”.